adalet.az header logo
  • Bakı 11°C
02 Dekabr 2016 16:04
11690
ƏDƏBİYYAT
A- A+

Tərcümə Mərkəzinin saytı çex dilində yayımlanacaq

"Azərbaycan həqiqətləri”, "Azərbaycan yazıçıları”, "Açıq kitab”, "Xəzər”, "Aydın yol” portalları vasitəsi ilə ölkənin tarixi, keçmişi və bu günü, ədəbi-mədəni həyatı, həmçinin dil və tərcümə sahəsinin yenidən təşkili və təkmilləşdirilməsi, milli ədəbiyyatımızın dünyada təbliği məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı mətn və materialları 9 dildə (Azərbaycan, ingilis, rus, türk, alman, fransız, ispan, ərəb və fars) dünyanın bir çox aparıcı mətbu orqanlarında və internet saytlarında yayımlayan aztc.gov.az saytı bu gündən etibarən çex dilində də yayımlanacaq.