adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Dekabr 2016 12:41
8564
MƏMLƏKƏT
A- A+

Qar yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə3-6° isti, gündüz8-12° isti, Bakıda gecə4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.