DİN PKK-çı kimi təqdim olunan şəxsin həbsinə aydınlıq gətirib
Daxili İşlər Nazirliyi mətbuatda Abdullah Öcalanın təbliğatçısı kimi təqdim edilən Laçın rayon sakini Müqabil Baxışovun həbsinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq deyib ki, M. Baxışov ayrı-ayrı vaxtlarda Laçın rayonunun dörd sakininin etibarlarından sui-istifadə etməklə və aldatma yolu əmlakını ələ keçirib. O, həmin şəxslərə ailə üzvlərini işə düzəltmək və digər bu kimi vədlər verməklə 4 min manata yaxın ziyan vurub.
O. Mansurzadə qeyd edib ki, həmin vətəndaşlardan daxil olan şikayət ərizələri əsasında Laçın rayon Polis Şöbəsinin istintaq qrupunda fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə də M. Baxışov barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Müqabil Baxışov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2012-ci il oktyabrında Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq maddəsi təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Sonra isə barəsində 1 il 6 ay müddətinə şərti sınaq müddəti tətbiq edilib.
Onu da əlavə edək ki, M. Baxışov mülki öhdəliklərin icrasından yayındığı üçün də Ağcabədi rayon Polis Şöbəsi tərəfindən axtarışa verilibmiş.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19