adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Dekabr 2016 15:46
19331
ƏDƏBİYYAT
A- A+

Məmməd Arazın anım günü

Xalq şairi Məmməd Arazın anım günü münasibəti ilə onun yaradıcılığını sevənlər, dostları, yaxınları dekabrın 1-də Fəxri Xiyabandakı məzarının başına toplaşdılar. 

Tədbirdə çıxış edən şairin qardaşı oğlu Qorxmaz İbrahimli Məmməd Arazın Azərbaycan ədəbiyyatına xidmətlərindən danışdı. Daha sonra şair Qardaşxan Əzizxanlı mərhum şairin yaradıcılığından, onunla olan münasibətlərindən söz açdı, şairin şeirlərindən bir neçəsini söylədi. Tədbirdə çıxış edən şairin bacısı oğlu Rəşid Məmmədov Məmməd Araz yaradıcılığından misal gətirdi. Bildirdi ki, Məmməd Arazın hər misrasında dərin məna var. Onun şeirləri xalq tərəfindən sevilir. Tədbirdə Məmməd Arazın qızı İradə Tuncay da iştirakçılar arasında idi. 

Sonda Qardaşxan Əzizxanlı Məmməd Arazın şeirlərindən bir neçə misra səsləndirdi. Şairin qardaşı oğlu Qorxmaz İbrahimli isə gələn qonaqlara təşəkkürünü bildirdi. Şairin ruhuna dualar oxundu.

Allah rəhmət etsin!