SƏN MƏNİM UCA DAĞIMSAN

FAİQ QİSMƏTOĞLU
89568 | 2016-12-01 12:53

… Hər bir adamınarxasında sığındığı bir qaya, bir dağ, bir ucalıq olanda o daha güclü və əyilməzdir.Təbii ki, bu uca qaya da, bu uca dağ da insanın arxasında duran yaxınlarıdır. Bu uca dağ qardaş da ola bilər,ata da ola bilər, ana da ola bilər, dost da ola bilər. Təki insanın kürəyinin arxasındabir böyük adam dayansın və ona «qorxma» desin…

Mənimbir yaxın dostum var. Ən çətin anlarda, ən sıxıntılı məqamlarda və hətta ağrıyıb-acıyandabelə ona sığınmışam. Tək mən sığınmamışam, bizim elin, obanın çox insanları onapənah aparıb və ondan kömək görüblər. Belə baxanda həmin adamla ana tərəfdən qohumluğumuzda var. Bu hamının tanıdığı, daha doğrusu, sevdiyi kordioloq-həkim, tibb elmlərinamizədi Rafiq Yusiflidir. Hələ Rafiq həkim Füzulidə işləyəndə çoxları onun yanınagedərdi. Və mənim rəhmətlik atamı da elə o müalicə edərdi. Atam Qismət kişi Rafiq həkimdən başqa heçkimə inanmazdı. Elə son nəfəsində də Rafiqi arzulayıb və rəhmətlik qardaşım Qürbətdə Rafiq həkimi onun yanına çatdırıb. Ancaq Rafiq həkim atamı kordioqrama eləyəndənsonra başını bulayıb, gözləri dolub və çıxıb gedib. O gedəndən bir saat sonra atamdünyasını dəyişib…

Mənim Rafiq həkimlənə az, nə çox 30 ilə yaxın bir dostluğum var. O gözəl həkim olmaqla yanaşı, həmdə gözəl ziyalı, gözəl şair və gözəl də insandır. İnanmıram ki, Rafiq həkim kimikiminsə dostu çox olsun. İnanın, onun ən böyük var-dövləti, qazancı elə bu dostlar,yaxşılıq elədiyi insanlardır…

Bunu bir daha rəhmətlikqardaşı Mobil Yusifovun yas mərasimində gördüm. Düzdür, Mobil rəhmətlik də özü çoxvətənpərvər, millətini, xalqını sevən bir şəxsiyyət olub. O, Füzulidə könüllü batalyonyaradıb və o batalyonla uzun illər Füzulini erməni işğalından qoruya bilib. Dəfələrləgüllə yarası alıb, amma yenə batalyona uşaqlarına yanına qayıdıb. Deyib ki, mənuşaqları tək qoyub evdə qala bilmərəm. Mən orda olanda onlar özlərini daha güclüvə qüvvətli hiss eləyirlər…

Mobil rəhmətliyinyas məclisi İmam Əli məcidində verildi. İndiyə kimi çox yas məclisləri görmüşdüm.Amma sözün açıcı bu qədər gur yas məclisi görməmişdim. Elə rəhmətlik Mobilin dəən böyük qazancı elə məhəbbəti, el sevgisi olub. Min nəfərdən çox insanı tutan busalon dolub-boşalır və sel kimi aşıb-daşırdı. Bu insan seliydi. Gəlmişdilər ki,rəhmətlik Mobilə son borclarını versinlər. Çox qəribəydi ki, qardaş itkisi Rafiqhəkimin gözlərinin dərinliyində çox aydın hiss olunurdu. Bu qədər səbrli, bu qədərdözümlü adam o dərdin qarşısında uca dağa bənzəyirdi. Dərdi içinə atıb öz ağayanalığını,böyüklüyünü yenə göstərirdi.

Rəhmətlik Mobil dəfələrləağır qəzalardan xilas olmuşdu. Bir dəfə də avtomobil qəzasına düşmüşdü. O maşınabaxanlar demişdi ki, bu qəzadan heç kim sağ-salamat çıxmaz. Düzdür, Mobil rəhmətlikbu qəza zamanı çox ağır vəziyyətə düşmüşdü. Ancaq ölümün pəncəsindən xilas ola bilmişdi.Allah onu çox sevdiyninə görə, mələklərin vasitəsilə ölümün yaxasından almışdı.Buna görə o, həmişə Allahına şükür eləyər və ulu Yaradana duaçı olardı. Və deyərdiki, Allahın qoruduğu bəndəni heç kəs və heç bir hadisə məhv edə bilməz…

Rafiq həkimin böyüklüyübir də odur ki, o həmişə sadə insanlara qarşı çox böyük diqqət, sevgi və məhəbbətgöstərib. İnanın, onun yanına bəlkə indiyə kimi yüzlərlə adam göndərmişəm. Yüzlərləadamların əksəriyyəti imkansız, kasıb-kusub və pulu-parası olmayan insanlar olublar.Rafiq həkim mənim tapşırığımla onları təmənnasız olaraq müayinə və müalicə edib.Və bu adamlar da şəfa tapandan sonra mənə minnətdarlıq eləyiblər. Mən də demişəmki, minnətdarlığı mənə yox, Rafiq həkiməeləyərsiniz.

Bir neçə gün bundanəvvəl özümü narahat hiss elədim və onun yanına qaçdım. Və məni görəndə də heç nəolmayıbmış kimi soruşur ki, nə narahatlığın var? Çünki mən ağrımayanda da, acımayandada bir çox halda Rafiq həkimin yanına gedirəm. Bu dəfə də yanında bir neçə xəstəvardı. İçəri dəvət eləsə də keçmədim. Dedim ki, xəstələrə bax, sonra girərəm.15-20 dəqiqədən sonra çölə çıxdı və məni içəri dəvət elədi. Bir daha məni müayinə elədi, təzyiqimi yoxladı.Dedi ki, şükür Allaha, narahatedici bir şey yoxdur. Dərmanlarını vaxtında at, pəhrizinisaxla və piyada da gəz. Eşitmişəm ki, hər gün piyada 4-5 kilometr yeriyirsən. Eləbunu da davam elə...

İş elə gətirdi ki,söhbətimiz rəhmətlik Mobilin üstünə gəlib çıxdı. Mən bilirdim ki, Rafiq həkim Mobildənəvvəl də iki qardaş itirib. Əlbəttə, üçüncü qardaşı itirmək lap ağırdı. Çünki o biri qardaşların da mehrini bu qardaşa salırsan.Bu qardaş da gedəndə insan dərddən yumağa dönür. Amma mənim qardaşım Rafiq həkimdərdə əyilən və sınan insan deyil. Çünki o özü də dərddən böyük bir insandır…

Söhbətimiz səmimialınır. Elə olur ki, yenidən rəhmətlik Mobillə bağlı günlərə qayıdırıq. Çünki Mobilhəm də böyük idmanla məşğul idi. Daha doğrusu, idman ustası idi. Ancaq görünür biralın yazısı var və o da nə vaxtsa sənin qarşına çıxmalıdır. Mobilin də taleyi beləyazılıbmış. Onu erməni gülləsi öldürə bilmədi, ağır avtomobil qəzası sevənlərininəlindən ala bilmədi, amma toyda oyandığı yerdə qəflətən dünyasını dəyişdi. Bu dahəyatın bir müəmmalı, sirli anlarıdır. İlahi özü bilən məsləhətdir.

Rafiq həkim Mobilləbağlı bir neçə xatirəsini danışır. Axı, qardaş bal kimi şirin olur. Xüsusən də onu itirəndə,o əlindən gedəndə bu boşluğu heç cürə doldura bilmirsən. Rafiq həkimin dərdi tamamiləmənə doğmadır. O dərdi həm də mən sevirəm. Sevirəm ki, bu dərd mənim qardaşımın dərdidir. Uzun illərdir sevə-sevə oynayıram odərdlə…

… Onun gözləri dolur…Və rəhmətlik Mobillə bağlı yazdığı şeirinadını deyir: «Sən mənim uca dağımsan». Düzdür, şeir mənim yadımda əzbər qalmadı,amma bir onu bildim ki, bu şeirdə Rafiq həkim öz duyğularını, öz qardaş sevgisiniçox böyük poetik və lirik bir formada təsvir edib. Bu şeirdə bir daha qardaş məhəbbəti,qardaş sevgisi əbədi bir sevgi kimi insanlara xatırlanır və sanki deyir ki, ey insanlar,qardaşlarınızın qədrini bilin, onları sevin və yad qızlarının ayaqlarına verməyin!..

… Sonra da rəhmətlikMobilin məzar daşının üstünə yazılan sözləri mənə oxuyur. Özümü saxlaya bilmirəmvə gözlərim dolur. Çünki rəhmətlik Mobillə mən dəfələrlə qohumum Əbdürrəhim Əzizovlabir yerdə müharibənin ən ağır günlərində səngərdə olmuşuq və dəfələrlə onunla Qızılqayada, Ərgünəş tərəfdə, Məngələnatayaxınlığında görüşmüşük. Və həmişə də gözlərində çox böyük bir həyat sevgisi görmüşəm.Görmüşəm ki, bu adam ölümdən qorxan, düşməndən çəkinən deyil. Və həmişə də odun-alovuniçinə atıb özünü. Allah-təala da çox vaxt bu odun-alovun içindən onu sağ-salamatçıxarıb.

Rafiqhəkim dedi ki, Mobil mənim uca dağım idi. İndi o uca dağım yoxdu. Mən də dedim ki,həkim, sənin uca dağın var: Mobilin balaları,sənin övladların, Mobili və səni sevən dostlarındı. Elə sənin özün ən böyük ucadağsan və həmişə özümə səni ən uca dağ bilmişəm.

…Vəbu dağ bu gün Mobilin də məhəbbətini, sevgisini özündə birləşdirib bir az da ucavə bir az da əzəmətli və bir az da möhtəşəm görünür. O möhtəşəm dağ ki, Rafiq qardaşım,bu gün çoxları sənə sığınır, səndən güc alır və sənə güvənir. Güvəndiyimiz dağlaraisə Rafiq həkim, ürəyini buz kimi saxla, heç vaxt qar yağmır!!!..


TƏQVİM / ARXİV