adalet.az header logo
  • Bakı 18°C
01 Dekabr 2016 17:47
13785
ƏDƏBİYYAT
A- A+

Haruki Murakamidən yeni roman gəlir

Yapon yazıçısı Haruki Murakami yeni roman yazıb. Murakaminin son dövr kitablarını nəşr edən yapon Shinchosha Publishing nəşriyyatı bu haqda öz saytında məlumat yayıb.

Ancaq nəşriyyat Murakaminin sayca 14-cü kitabı olacaq romanın adını hələlik açıqlamır. Təkcə o məlumdur ki, roman 2017-ci ilin fevralında çapdan çıxacaq.

Murakaminin bundan öncə çapdan çıxmış "Şəvvaf Çkuru Tadzaki və onun səyahətləri" adlı romanı 2013-cü ildə Yaponiyada ən çox satılan kitab olmuşdu.

"Shinchosha Publishing" nəşriyyatında Haruki Murakaminin indiyədək beş kitabı çapdan çıxıb.

Xatırladaq ki, Murakami yaşayan yapon yazıçıları arasında ən məşhurudur. Artıq bir neçə ildir ki, onun adı Nobelə namizəd göstərilir.