adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Dekabr 2016 12:14
8747
MƏMLƏKƏT
A- A+

Ünvanlı sosial yardımın məbləği artırılacaq

Gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Gələn il Azərbaycanda ehtiyac meyarının isə 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir. Bununla bağlı "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə dəyişiklik Milli Məclisə daxil olub.

Qeyd edək ki, əvvəlcə gələn il üçün ehtiyac meyarının builki səviyyədə, yəni, 105 manat səviyyəsində saxlanılması nəzərdə tutulurdu.