adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Dekabr 2016 00:37
14400
İDMAN
A- A+

Bakıda boccia idman növü üzrə III “Seni Cup“ turniri keçiriləcək - VİDEO

Dekabrın 14-də Bakı İdman Sarayında boccia idman növü üzrə III "Seni Cup" turniri təşkil ediləcək.


Turnirdə 10 təşkilatdan altmışa yaxın idmançı iştirak edəcək.Milli Paralimpiya Komitəsindən bildiriblər ki, komitə 2013-cü ildən ölkəmizdə boccia idman növünün təbliğinə başlayıb və xeyli sayda fiziki imkanları məhdud gənc bu idman növünə cəlb olunub. Bu idman növünün sürətlə inkişaf etdirilməsi nəticəsində "İstedadlı Əlillər” İctimai Birliyində, "Əlil İdmançılara Dəstək” İctimai Birliyində, Boccia İdman Klubu MMC-də, 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində, "Sun Light” İctimai Birliyində, "Gülsan” İctimai Birliyində, Arabaçı TV MMC-də, "Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” (ƏBƏU) Cəmiyyətində, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasında və Uşaq Paralimpiya Komitəsində boccia komandaları formalaşıb.

Boccia idman növünün təbliği və inkişafı məqsədi ilə Milli Paralimpiya Komitəsi və "Seni” şirkətinin dəstəyi ilə birinci və ikinci "Seni Cup” turniri keçirilib.

Qeyd edək ki, dünyada ilk dəfə 1978-ci ildə yaradılan boccianın məqsədi əlillik dərəcəsi olan insanların cəmiyyətə inteqrasiyasını daha da sürətləndirməkdir. İdman növü kimi boccia 1984-cü ildə Nyu-Yorkda keçirilən Paralimpiya Oyunlarının proqramına daxil edilib və sürətlə inkişaf edir. İyirmi iki il ərzində populyarlıq qazanan boccia üzrə hazırda 50 ölkədə yarışlar keçirilir. İdmanın bu növündə bütün ağır kateqoriyalı əlillik dərəcəsi olan insanlar yarışa bilərlər.