adalet.az header logo
  • Bakı 18°C
30 Noyabr 2016 17:39
9937
MƏMLƏKƏT
A- A+

“Milli qəhrəmanlarımızı tanıdaq və yaşadaq!”

30 noyabr 2016-cı il tarixində, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında "Milli Qəhrəmanlarımızı tanıdaq və yaşadaq!” hərbi vətənpərvərlik mövzüsunda tədbir keçirildi.

Tədbiri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov giriş sözü ilə açaraq ilk öncə tədbir iştirakçılarından Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuşların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Cəlil Xəlilov tədbir haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Müdafiə Sənayesi Nazirliyininölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin, əməkdaşlığın mühüm əhəmiyyəti və hərbi sahədə böyük uğurlar əldə edilməsi xalqımız tərəfindən müsbət qarşılanır.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyininhazırladığı silah-sursatlar bu gün dünyanın qabaqcıl ölkələrində istehsal edilən eynitəyinatlı məhsullardan nəinki geri qalmır, hətta bəzi texniki-taktiki göstəricilərinı görə onlardan üstündür. Qarabağda cəbhə xəttində erməni təxribatlarının qarşısının alınmasında, ölkənin ərazi bütövlüyünün, dinc əhalinin təhlükəsizliyinin qorunmasında qəhrəman Azərbaycan oğulları ilə yanaşı, bu silahlar da öz sözünü dedi. Həmin silahlar və hərbi sənaye sahəsi mühəndislərimizin əməyinin nəticəsi olan hərbi texnikamız döyüş sınağından uğurla çıxaraq, düşmənə sarsıdıcı zərbə vurulmasına imkan verdi.
Milli Qəhrəmanlarimizi tanitmaq və yaşadmaq məqsədi ilə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun, "Qürur Şəhid Ailələri Xeyriyyə" birliyinin, "20 Yanvar" birliyinin, "Xocalı Soyqırımını Tanıtma"birliyinin və "Sosial Rifah və Tədqiqatları" birliyinin təşəbbüsü ilə 2 fevral 2016-cı il tarixində, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun adının əbədlədirilməsü üçün onun adına silah adı verilməsinə görə müraciyət edilmişdir.
Müraciətimiz Müdafiə Sənayesi Nazirliyində müsbət qarşılanaraq Azərbaycan Respublikasının, ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində xususi igidlik və sücaət gösdərdiyinə görə ( ölümündən sonrə) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Səfiyar Abuzər oğlu Behbudovun adının əbədləşdirməsi üçün Müdafiə Sənayesi Nazirliyinmühəndisləri tərəfindən hazırlanan və istesal olunan 120 mm-lik minaatanın "SƏFİYAR minaatanı” adlandırılması qərara alınnmışdır.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Müdafiə Nazirliyininxüsusilə ölkə gəncləri arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətindəki fəaliyyəti də təqdirəlaiqdir. Belə ki,Müdafiə Sənayesi Nazirliyiistehsal etdiyi silahlara, hərbi texnikaya torpaqlarımızın düşmən işğalından azad olunmasında xususi igidlik və sücayət gösdərdiyinə görə Azərbaycanın ən yüksək fəxri adına, Milli Qəhrəmanı adına layiq görülmüş oğullarımızın xatirəsini əbədiləşdirir. Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimovun və Səfiyar Behbudovun adlarını daşıyan və atəşləri onlar kimi düşmənə ölümcül zərbələr vuran"MÜBARİZ 12.7"mm çaplısnayper tüfəngi və 120 mm-lik"SƏFİYAR minaatanı”bu sahədəki fəaliyyətin bariz nümunələridir.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şobəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış edərək qeyd etdi ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinvə Azərbaycan Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə sentyabrın 27-də dünyanın 44ölkəsindən 250-yə yaxın şirkətin rəsmi heyətin, beynəlxalq ölkələrin müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə, Bakı Ekspo Mərkəzində keşirilmiş "ADEX-2016” ikinci Beynəlxalq müdafiə sərgisinidə, Qəhramanlarımızın adına verilmiş "MÜBARİZ 12.7"mm çaplısnayper tüfəngi və "SƏFİYAR minaatanı” sərgi iştirakçılarının böyük marağına səbəb oldu.
Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti Sərraf Orucov şıxış edərək, bildirdi ki, «İstiqlal» snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci snayper tüfəngi Mübariz İbrahimovun şərəfinə "MÜBARİZ 12.7"mm çaplı snayper tüfəngi adlandırılması orduda xidmət edən əsgərlərimizin döyüş rühünu qalxızmış və ictimayət tərəfindən müsbət qarşılamışdı.
"MÜBARİZ 12.7"mm çaplı snayper tüfəngi hazırda dünyada ən yaxşı silahlar sırasında xususi yer alaraq atış məsafəsinə və vuruş gücünə görə xarici analoqlarını üstələyir. Bu snaper tüfəngi hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində Mübariz İbrahimovun şərəfinə «MÜBARİZ» snaper tüfəngi adlandırdığı üçün, əskərlərimiz tərəfindən sevilərək tətbiq edilir.
Digər Milli qəhrəmanimızın adını daşıyan 120 mm-lik "SƏFİYAR minaatanı”-nın, Rusiya istehsalı olan 120 mm-lik minaatandan üstünlüyü ondan ibarətdir ki, qəhramanımızın adını daşıyan minaatanımız atəş yayımını müəyyən olunmuş hədəfə daha düzgün və dəqiq nişan alır. 120 mm-lik "SƏFİYAR minaatanı” Azərbaycan və Türkiyə Silahlı Qüvələrində böyük marağa səbəb olmuşdur. Sərraf Orucov çıxışının sonunda bildirdi ki, "MÜBARİZ 12.7"mm çaplı snayper tüfəngi Qarabağda gizlin düşmən nişangahlarını zərərlədirəcək, "SƏFİYAR minaatanı” isə Qarabağda Səfiyarın ayağı dəyən yerlərə raket zərbələri ataraq onun ruhunu şad edəçəkdir.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Mehti Mehtiyev çıxış edərək bildirdi ki, bu gün yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil. Onun iqtisadiyyatı, hərbi potensiyalı və qüdrəti durmadan günü-gündən güclənməkdədir. Artıq Azərbaycan Ordusu 1991-1993-cü illərki ordu deyil. Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti sayəsində, Silahlı Qüvələrimizin maddı-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi-psixoloji drumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyəsinin yüksəldilməsi sahəsində ciddi işlər görülüb. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşıb. Azərbaycan Silahlı Qüvələri Qafqazın ən qüdrətli ordusu kimi formalaşmışdır.

Tədbirdə iştirak edən, "Ehtiyatda olan Zabitlər Konfederasiyasının” birliyinin sədri ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, Müdafiə Sənayesi Nazirliyinin nazir müşaviri Azad Məmmədov ,Azərbaycanın Respublikasi Müdafiyə Nazirliyinin Hərb Tarixi Muzeyinin direktoru polkovnik Əzizağa Qənizadə, "Əfqanıstan Müharibəsi Veteranlar” birliyinin sədri Məhəmməd Vəliyev, "Qürur Şəhid Ailələri Xeyriyyə" birliyin sədri Naibə Behbudova, "20 Yanvar" birliyinin sədri Sultan Əzimzadə, "Xocalı Soyqırımını Tanıtma"birliyinin sədri Şamil Sabiroğlu, "Sosial Rifah və Tədqiqatları" birliyinin sədri Əkrəm Bəydəmirli.Milli Qəhramanları Tanıtma birliyini sədri Elşən Uluxanlı, Azərbaycanın Milli Qəhrəmanları Vahid Quliyev, İntiqam Atakişiyev Bəxtiyar Allahverdiyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə birliyinin sədri Emin Həsənli, "Respublika Əlil və şəhid ailələrinin vətənpərvərlər” birliyinin sədri, Çeçenistanın milli qəhrəmanı Arif Məhərrəmov, Qarabağ veteranı ehtiyatda olan polkovnik Xətai Baxışov çıxış edərək "Milli Qəhrəmanlarimizi tanidaq və yaşadaq!” hərbi vətənpərvərlik mövzüsunda təşkil olunan tədbirlərinı müsbət dəyəndərdirərək, Milli Qəhramanlarımızın adlarının verildiyi silah, hərbi texnika və başqa adlar Azərbaycan əsgərinindöyüş ruhunun yüksəlməsinə,vətən sevgisinin artmasına mühüm təsir göstərməklə düşmən üzərindəki labüd qələbəmizə öz töhfəsini verəcəyini bildirdilər.

Tədbir iştirakçıları, Azərbaycanın Milli Qəhrəmanlarına dəyər verərək onların adlarının əbədəşdirdikləri üçün, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziri YavərCamalova, Azərbaycan Respublikasının Müdafiə Naziri genral palkovnik Zakir Həsənova öz təşəkkürlərini bildirdilər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, adiyyəti olan Müdafiə Sənayesi Nazirliyinin, Müdafiə Nazirliyinin, Milli Qəhramanların şəhid ailələri, müharibə, əmək və Silahlı Qüvvələr veteranları, Əfqansdan, Qarabağ müharibəsinin veteranları, fəal gənclər, yuxarı sinif orta məktəb şagirdləri, QHT və KİV-in nümayəndələri iştirak edirdi.


Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər"
Fondunun Mətbuat Xidməti



Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu