adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Noyabr 2016 16:51
33794
ANALİZ
A- A+

Rəsmi saytların reytinq problemi - TƏHLİL

Məhşur "Digital” agentliyinin apardığı araşdırmalara görə dünyada ən çox tanınmış və istifadəçi reytinqinə görə ABŞ-ın rəsmi dövlət saytı olan usa.gov saytıdır. Bu heç də ABŞ-ın hegemonluğundan irəli gəlmir. Dünyanın ən böyük reytinqə sahib 8 rəsmi dövlət saytlarının monitorinqinə əsasən bu saytlarda dəqiq məlumat, statistikalar və vətəndaşların ciddi şəkildə ehtiyac duyduğ və maraqlarını təmin edən saytlardır. Bəziləri hətta sosial şəbəkə, SMS və digər funksiyalardan istifadə edərək həm də fərdi – kommersial xarakter daşıyır. Lakin həmin saytlarda hər hansı qonşu rəsmi saytların keçid lnklərinə və ya reklam löhhələrinə rast gəlinmir. Azərbaycanda son nəticələrə görə rəsmi saytlar arasında reytinq cədvəlində 56%-lə birinci yerdə Azərbaycan Respublikasının Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin və Dövlət Neft Fondunun rəsmi saytları olub.

Reytinq cədvəlində 2-ci yeri Baş Prokurorluğun (55%), 3-cü yeri isə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytları tutub. Həmin saytların informasiya açıqlığı səviyyəsi 52% olub.

Reytin cədvəlinin hazırlanması üzrə hesabat "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə bilgi sahibi hesab olunan 67 dövlət qurumunun internet saytlarının monitorinqi əsasında hazırlanıb.

Nəticələrdən də göründüyü kimi Azərbaycan Respublikasının Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsi əhali arasında ən çox müraciət edilən internet resursu olaraq yer alıb. Sözü gedən saytda reytinq yaradan amillər nələrdir?

Başlıca olaraq belə əlaqaləndirmək olar ki, keçmiş TQDK-nın rəsmi saytı ən çox müraciət edilən portallardan biri idi. Lakin qurumun ləğv edilməsindən sonra üstünlüyü digər saytlar ələ aldı. Dövllət qulluğu ilə bağlı müraciət edilən sayt ali təhsilli gənclər üçün gələcək kariera və iş imkanları yaradan bir təşkilata məxsusdur. Bu bir başa gənc ziyalıların rəsmi qurumlarda vakansiyalara müraciəti əsasında üstünlük qazanıb. Nəzərə alaq ki, ali məktəbi yeni bitirmiş tələbə ilk öncə dövlət quluqçusu olmağı sınayır. Ölkəmizdə də dövlət qulluğunda çalışanların sayı artıb. Bu onu şərtləndirtir ki, son bir neçə ildə əhali arasında qulluqçu olmaq populyarlaşıb. Sözsüz ki, yeni əsrdə gənc kadrlara tələbatın artıması, o cümlədən paralel olaraq pensiya yaş məhdudiyyətinə ciddi nəzarətin olması nəticə etbari ilə dövlət qulluğunda çalışmaq istəyənlər üçün böyük imkanlar açdı. Aparılan monitorinqlər də bunu isbat edir.

Reytinq cədvəlinin ikinci pilləsində Baş Prokurorluğun rəsmi saytı yar alıb. Quruma müraciətlərin sayında ilk vaxtlar artım olsa da hal-hazırda 5 gün ərzində edilən müraciətlərin sayı 96-dan 10-15 nəfər-ə çatır. Lakin ilkin vaxtlarda Baş Prourorluğun gördüyü silsilə tədbirlər çərçivəsində hər hansı bir müəllimin, məmurun rüşvət alma anında yaxalanması kimi halları televiziya və internet portallarında izləyirik. Bu onu şərtləndirir ki, əhalinin maraqlarının təminatında müəyyən qədər uğur qazanılıb. Baş prokurorluğun rəsmi saytı həmçinin Azərbaycanda geniş oxucu trayektoriyası qazanmış internet xəbər portalları üçün də vacib mənbə hesab olunur.

Növbəti yeri isə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytı bölüşür. Cəmiyyətin sosial promlemləri və tələbatları ölkə gündəmində diqqət edilən ən mühüm mövzulardan biridir. Asan xidmətlə bağlı bölmələrin qurumun saytında yer alması o cümlədən vətəndaşların qeydiyyata düşməsi üçün ən optimal "online növbə” bölmələrin yerləşdirilməsi baxış sayını artıran amillərdəndir. Onu da əlavə edim ki, reytinq sıralaması yüksək olan rəsmi saytlar həm də maraqlı layihələri ilə də seçilirlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də "AzerSpace” kimi böyük layihəsi ilə ölkə saytlar arasında öz nüfuzunu artırdı. Gündəlik media portallarının da ən çox istinad etdiyi mənbələrdən biri olduğunu xatırlatmaq yerinə düşər.

Hansı saytlar monitorinqdan "üzüağ” çıxdı?

İnformasiya açıqlığı üzrə Mərkəzi və yerli icra qurumlarının rəsmi saytılarının 2016-cı il moniorinqinə səasən 4 ay ərzində 70 Mərkəzi icra orqanının və 68 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun yoxlaması baş tutub. Həmin saytları 60 parametr və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyəti analiz olunub. Məhz sizin üçün də maraqlı olan Azərbaycanda rəsmi saytlar arasında reytinq cədvəlində ən sonuncu yeri Azərbaycan Hava Yolları QSC tutub. 2015-cü ildə cəmi 55 qurum informasiya açıqlığı üzrə 50%-lik həddi keçə bilib, 2013-cü ildə cəmi 21 qurumun açıqlıq göstəricisi 50%-dən yüksək olub.

Yerli icra hakimiyyətləri (şəhər və rayon) üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 14.5 % ( 2015-ci ildə 15%, 2013-cü ildə : 12.7 %) olub.

Bunlar onu izah edir ki, yerli icra qurumların informasiya açıqlığı sahəsində ciddi problemlər hələ də qalmaqdadır. Aparılan monitorinqlər onu göstərir ki, ötən illərlə müqayisədə yerli icra orqanlarında , rayon və şəhər icra hakimiyyətlərinin rəsmi saytlarında hər hansı bir ciddi dəyişiklik baş verməyib, əksinə geriləmə olub. Bu qurumların saytlarının hamısı bir-birini təkrarlayır, açıqlanması məcburi olan infromasiyalarn 80-90% -i rəsmi saytlarda yoxdur. Ötən müddətdə Dövlət Nefft Fondunun, VXSİ Dövlət Agentliyinin, Əmlak Məsələləri Dövlət Agentliyinin,Gənclər və İdman Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının,Müəllif Hüquqları Agentliyinin, Standartlaşdırma , Meterologiya və Patent üzrə Dövlət Komitəsinin infromasiya açıqlığı sahəsində əhəmiyyətli irəliləyişləri ilə yadda qalıb. Bununla belə, əvvəlki illərdə informasiya açıqlığı sahəsində daha yaxşı mövqedə olan Təhsil Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Bankın Fövqalədə Hallar Nazirliyinin onlayn informasiya resurslarında müəyyən qədər geriləmələrin olduğunu da diqqətinizə çatdırırıq.

Kiçik araşdrmalar belə onu göstərir ki, yerli icra orqanlarına nisbətdən mərkəzi icra orqanlarına məxsus internet resurslarında son illərdə irəliləmələr müşaiyət olunur. Sadalanan reytinq cədvəlinə liderlik edən rəsmi saytlar da məhz mərkəzi icra orqanlarına məxsudur. Mütəxəssislər bu informasiyanı təsdiqləyiblər və səbəb kimi həmin orqanların fəaliyyətlərinin zəifliyini göstərirlər.

Şübhəsiz ki, rəsmi internet mənbələrinin oxucu kütləsi qazanması bir o qədər də asan proses deyil, lakin Azərbnaycanda xüsusən gənclərin ciddi marağına səbəb olan bir sıra layihələr işıqlandırılsa da onların çox hissəsi qeyri-hökümət rəşkilatlarına məxsusdur. O cümlədən bir sıra rəsmi tədbirlərin və digər rəsmi hadisələrin informasiya şəklində emalını uyğun şəkildə rəsmi sayt həyata keçrirsə onunla bərabər qeyri-rəsmi xəbər agentlikləri də həmin informasiyanı öz məhsulları kimi ictiamiləşdirirlər. Bu cür hallar sözsüz ki, rəsmi qurum saytlarının reytinqinə mənfi təsir gösətərir.

Rüfət Soltan

Digər Xəbərlər