adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Noyabr 2016 17:30
12468
ƏDƏBİYYAT
A- A+

“Multikulturalizm” jurnalı Astarada təqdim olunub

Noyabrın 29-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində "Multikulturalizm” jurnalının ikinci nömrəsinin təqdimatı olub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan ədəbi-bədii, elmi-publisistik jurnalın ikinci nömrəsi cənub bölgəsinə və bu regionda yaşayan yazarların yaradıcılığına həsr edilib.

Təqdimat mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova "Multikulturalizm ili” çərçivəsində ölkəmizdə, o cümlədən Astara rayonunda keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Jurnalın baş redaktoru Fəxri Uğurlu Azərbaycanda multikultural dəyərlərin qorunub saxlanması və onun daha da inkişaf etdirilməsi sahəsində görülən işlərdən söhbət açaraq, jurnalın ikinci nömrəsində dərc olunan yazılar barədə məlumat verib.

Jurnalın texniki direktoru Fuad Cəfərov Multikulturalizm” jurnalının Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə vermək məqsədilə nəşr olunduğunu diqqətə çatdırıb.

Filologiya üzrə fəlsəfə doktoru, şair Mehman Qaraxanoğlu klassik və müasir ədəbiyyatımızda öz əksini tapmış multikultural dəyərlərdən danışıb, ölkəmizdə tolerantlığın qorunub saxlanmasında jurnalın nəşrini yüksək dəyərləndirib, əməkdaşlara yaradıcılıq uğurları arzulayıb.