adalet.az header logo
  • Bakı 18°C
29 Noyabr 2016 17:58
11163
ƏDƏBİYYAT
A- A+

Şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Xalq Şairi Qabilin anadan olmasının 90 illiyinə həsr olunmuş şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin final mərhələsində iştirak edən hər bir iştirakçıya fəxri fərman və hədiyyələr təqdim olunub. Münsiflər heyətinin ümumi qərarına əsasən müsabiqənin qalibi seçilən 4 məktəbli oxucu isə eynidərəcəli diplomla təltif olunub.

Tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, müsabiqənin qalibi seçilən oxucuların çıxışları dinlənilib, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifaları dinlənilib.