ANA SƏHİFƏ / YAZARLAR

Qadınlar yazıçılara yazmaq üçün lazım olub

32452    |   2016-11-29 13:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Keçən dəfə bir dostum mənə maraqlı bir sual verdi: "Qızlar nəyə görə bayağı oğlanları sevirlər?” Sual məni karıxdırdı. Bir az düşündüm, yazıçı pozası aldım, pəncərədən görünən insanları müşahidə elədim, ancaq cavab tapa bilmədim. "Sevsinlər də, mənə nə” deməklə başımdan eləməyə çalışdım.


Amma dostum səhəri gün qaça-qaça gəldi ki, qızların bayağı oğlanlara sevgisinin səbəbini kəşf etmişəm. "Qızlar ona görə bayağı oğlanları sevirlər ki, belə oğlanların seçimi olmur. Belə oğlanlar qadınlardan asılı olurlar. Oğlanların qızlara boyun əyməsi isə onların xoşuna gəlir”...


İstədim dostuma deyim ki, mən hələ dünya ədəbiyyatında heç bir yazıçının qadınla xoşbəxt olduğunu görməmişəm. Amma onun bunu başa düşəcəyinə əmin deyildim. O bədbəxt haradan bilsin ki, Ceyms Coys demiş, qadınlar yazıçılara yazmaq üçün lazım olub. Yaradıcı adamın qadını olmaq çox çətin məsələdi. Çünki qadın eqoistdirsə, yaradıcı adam ondan min qat eqoist olur. Üstünlük ya qadında, ya da yazıçıda olmalıdır. İqtidarı paylaşmaq olmur.


Dünyanın məşhur yazıçı qadınlarını araşdırdıqdan sonra bu nəticəyə gəldim: qadınlar kişinin sahib olduqlarını əlindən almağa çalışırlar. Onlar istəyir ki, yazıçı yaratdığı əsərə görə deyil, məhz onunla birlikdə olduğu üçün sevinsin. Məsələn, Milenanın Kafkaya məktubunda bir yer var: "Frans yaşaya bilməz, yaşamaq gücü olmadığı üçün yaşaya bilməz”.


Freydin dediyini tərsinə oxuyaq: kişilər nə istəyir? Ümumiyyətlə gəlin belə bir sual qoyaq: insan nə istəyir? Bu sualların cavabını Freyd, Dostoyevski tapa bilməyibsə, biz aciz qullar nə çarəyik.


Ona görə də bayağı oğlanlar, seçim şansı olmayanlar həmişə diqqətdədirlər. Fərd həmişə öndədir. Qadın isə özünə rəqib tanımır. Bayağı olsun, ancaq mənə tabe olsun. Heç vaxt yuxarı qalxmasın. İşi, evi, tərbiyəsi olsun, öz düşüncəsi olmasın. Hamı kimi yaşasın. Özünü hər yerdə düzgün göstərməyə çalışsın.


Qızların resepti budur... İndi bu sualın cavabını tapdıqmı, dostum? Sən yenə məğrur-məğrur deyəcəksən, hə, bəs nə?! Ancaq yadında saxla o sualların dəqiq cavabı yoxdur. Bir də unutma: sən qadınlardan danışanda Freyd qəbrinin içində narahat olur. Ona görə sus, dostum. Mən də burada bitirim ki, rəhmətliklər qəbirdə rahat yatsın.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK