adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Noyabr 2016 09:43
13352
KRİMİNAL
A- A+

Bakıda bir ailənin bütün üzvləri yanğında öldü

Bu gün Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış (Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları - 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur  oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.