adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Noyabr 2016 21:57
52336
TEXNOLOGİYA
A- A+

Poçt sektorunda yeni “şəbəkə” yaradılır

"Azərbaycanın poçt sektorunda yaxın vaxtlarda "şəbəkə” adlandırılan yeni layihəyə start veriləcək. Artıq ilk belə bir layihə həyata keçirilir”.

Adalet.az xəbər verir ki, bu sözləri Rabitə və yüksək texnologiyalar nazirinin müaviniElmir Vəlizadədeyib.

"Vətəndaşlar artıq bir məkana müraciət edərəkistər rabitə, internet, istərsə də poçt ilə əlaqədar olan müxtəlif xidmətləri bu mərkəzdən əldə edə biləcəklər”, - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, bu layihə təkcə Bakıda deyil, regionlarda da tətbiq ediləcək.