adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Noyabr 2016 16:01
54857
TEXNOLOGİYA
A- A+

Azərbaycanda “Data Mərkəz”lər istifadəyə veriləcək

"Azərbaycanda yaradılacaq "Data Mərkəz”lərdə serverlərin quraşdırılması və istifadəsi xidmətləri yer alacaq. Ancaq bununla belə biz çalışırıq ki, burada daha çox bulud texnologiyalarının tətbiqinə üstünlük verək. Bu istiqamətdə işlər gedir”.

Adalet.az xəbər verir ki, bu sözləri Rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

"Güman edirik ki, məhz bulud texnolgiyalarının tətbiq edilməsi imkan yaradacaq ki, bütün istifadəçilər: dövlət qurumları, biznes strukturları, fərdi şəxslər öz məlumatlarınıçox yüksək təhlükəsizliklə və etibarlılıqla bu "Data Mərkəz”lərdə yerləşdirə bilsin”, - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, "Data Mərkəz” avadanlıq sertifikatını da alıb:

"Bu onu göstərir ki, mərkəz artıq tam hazırdır. Yaxın zamanlarda mərkəz istifadəyə veriləcək”.

Nazir müavini əlavə edib ki, mərkəzin fəaliyyəti maraq doğura biləcək:

"Güman edirəm ki, "Data Mərkəz” öz fəaliyyəti ilə maraq doğura biləcək. Çünki ölkəmizdə hələlik belə funksionallığa malik olan infrastrukturyoxdur”.