adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Noyabr 2016 12:55
13239
MƏMLƏKƏT
A- A+

“Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsinin yekun tədbiri baş tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, "Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsibdə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və aidiyyatı olan bir sıra dövlət qurumlarının, eyni zamanda gənclərin iştirakı ilə layihənin yekun tədbiri keçirilib.

Layihənin rəhbəri Şəhla Qarayeva tədbiri açıq elan edərək qonaqları salamlayıb və layihə haqqında ümumi məlumat verərək qeyd edib ki, "Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsini həyata keçirməklə aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində cəmiyyətimizdə olan problemləri aradan qaldırmağı qarşıya məqsəd qoyub. Layihə rəhbəri bildirib ki, layihədə nəzərdə tutulmuş tədbirlər proqramına uyğun olaraq aidiyyatı olan hökümət, tanınmış Qeyri-Hökümət və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa keçirirərək, valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətinə müzakirələr apararaq, bu yönümdə qarşıda olan problemlər aşkarlayıb, eyni zamanda problemlərin həll yolları müzakirə etmək üçün 6 dəyirmi masa həyata keçirilib. Həyata keçirilən 6 dəyirmi masada müzakirələr zamanı uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin problemlərinin həlli yönümündə müxtəlif təkliflər paketi yaranıb.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri və eyni zamanda "XXI Əsrin Qadınları” ictimai birliyin sədri Mahirə Əmirhüseynova, "Xalq” qəzetinin əməkdaşı, eləcə də "Optimist" Sosial Problemlərin Həllinə yardım İctimai birliyinin sədri Məsaim Abdullayev, Azərbaycan Respublikasının "Beynəlmiləlçi Əlil Döyüşçülər " Fondunun prezidenti, Səhiyyə QHT-ları Koalisiyasının sədri Sərraf Orucov, "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin sədri Almaz Zeynalova, "Qürur Şəhid Ailələrinə Xeyriyyə” İctimai Birliyinin sədri Naibə Behbidova, "Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin rəhbəri Tahirə Məmmədova və başqa QHT, KİV nümayəndələrinin iştirakı ilə həyata keçirilən "Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsininin yekun tədbirində layihə qiymətləndirilmiş və son olaraq problemlərinin həlli istiqamətində əldə olunmuş təkliflər bir daha nəzərdən keçirilib.

Son olaraq layihə rəhbəri Şəhla Qarayeva layihəyə maliyyə dəstəyi ayırdığı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna öz təşəkkürünü bildirib.