adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Noyabr 2016 13:55
12955
MƏMLƏKƏT
A- A+

MƏMURLAR YAY, BAHAR, NƏĞMƏ OXUR BİQƏRAR...

Ey millətimizin Xıdırlı qaymaqları (Ağdamda ən gözəl qaymaq Xıdırlı qaymağı sayılırdı), yazı-yayı gözləmisiniz, qış qapını kəsəndə hərəniz bir buldozer götürüb düşmüsünüz fağır-füqəraların evlərini sökməyə. Heç olmasa bunu yazda, yayda eləyəydiniz, onlar da qışa başlarını soxmağa bir yer tapaydılar.

Avtovağzalın qabağında meşəlikdəki evləri sökməyə başlayırlar. Düz 25 ildi burda evlər tikilib, dövlət strukturlarının gözünün qabağında. Və heç kəs də basməmmədi eləyib orda ev tikməyib, kimlərinsə razılığı əsasında alınıb torpaqlar. Hökumət də ora qaz çəkib, su çəkib, işıq çəkib, telefon çəkib, hətta məktəb də tikib orda yaşayanların balaları üçün. Heç kimin də yerini dar eləmirlər. Bələdiyyə rüsumlarını da vaxtı-vaxtında ödəyirlər. İndi qəfildən buldozerlər tökülüb əraziyə sökhasökdü.

Yuxarıda qeyd etdiyimiz kimi, sökürdüz bunu heç olmasa yazda, yayda sökəydiniz, qışın sazağında camaatı çölə tökməyəydiniz.

Deyəcəksiniz ki, xəbərdarlıq eləmişdik. Çox gözəl. Əgər bu yerlər dövlətə lazımdırsa, sökülsün. Amma bir ədalət olmalıdır. Evləri sökülən insanlar ya mənzillərlə təmin olunmalıdırlar, ya da onlara elə bir təzminat ödənməlidir ki, hardansa mənzil ala bilsinlər, ev ala bilsinlər.

Möhtərəm prezidentimiz İlham Əliyev məmurlara bu məsələlərdə diqqətli olmağı tövsiyyə edib.

İndi həmin ərazidə sökulən evlərin hər kvadratmetrinə 500 manat verirlər. Bu pulla neyləmək olar? Orda hər kəs 50-60, uzağı 100 kvadratmetrlik bir daxma tikib balalarını yığıb altına. Bakının ən ucqar nöqtələrində belə verilən pula ev almaq mümkündürmü?

Həmin yaşıllığın Xocəsən tərəfdə sökülən evlərə, bizdə olan məlumata görə, 1200 manatdan pul veriblər. Elə isə bu ayrı-seçkilik nədi?

Bu da camaatın haqlı narazılığına səbəb olur.

Biz sivil bir ölkədə yaşayırıq. Məhkəmənin qərarı olmadan kiminsə mülkünü sökmək harda görülüb?

Nazirlər Kabinetində rəhbər vəzifələrdə oturan hörmətli yoldaşlar, söz sizindi. Bu məsələni hökumət həll etməlidi.

Əbülfət MƏDƏTOĞLU,

şair, əməkdar jurnalist