adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Noyabr 2016 13:25
21644
KRİMİNAL
A- A+

19 İŞİD-çi məhv dildi - MOSUL ƏMƏLİYYATI DAVAM EDİR

İraq ordusu Mosulun İŞİD-dən azad edilməsi əməliyyatının gedişində daha 7 bölgəni geri alıb və 19 yaraqlını məhv edib.

Yaraqlılardan 4-ü beynəlxalq koalisiyanın şəhərin cənubundakı Eş-Şəmsiyyat kəndində terrorçuları daşıyan avtomobilə endirdiyi hava zərbəsi nəticəsində, 6-sı hökumət qüvvələrinin Cilyuhan kəndində apardıqları əməliyyatların gedişində öldürülüb. Diclənin şərqində həyata keçirilən əməliyyatda isə 9 terrorçu və bomba yüklü bir avtomobil zərərsizləşdirilib.

İraq Müdafiə Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, ordu hissələri Mosulun şimalında yerləşən əl-Qahirə məhəlləsinin təxminən üçdəbirini, qərb istiqamətində isə 6 kəndi geri alıb.

Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı artıq 40 gündür ki, davam edir. Əməliyyatlara ABŞ başda olmaqla beynəlxalq koalisiyanın döyüş təyyarələri dəstək verir.(AzərTAc)