QARAÇI QIZININ CAZİBƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
235870 | 2016-11-25 16:02

Mənim özbəkaktrisam

Həyatda qəribə məqamlarvar. Bu qəribəliyin ən yaxşı nümunəsi mənə görə həm də oxşarlıqdı, bir-birinə bənzəməkdi.Elə yeri gəlmişkən, burdaca xatırladım ki, sovet dönəminin izlədiyimiz filmlərindənbirinin də adı "Alma-almaya" bənzərdir. Yəqin baxmısınız. Baxmayanlarda imkan tapıb baxsınlar. Orda maraqlı nüanslar çoxdur. İndiki bəzi filmlərimizkimi adamı ekrandan uzaqlaşdırmır, əksinə, ekrana tərəf çəkir...

Bunu sözgəlişiyazdım. Məqsədim hansısa bir filmi müzakirəyə çıxarmaq deyil. Amma mövzununyaranmasının səbəbi, kökü bir məşhur filmlə bağlı xatirəmdi. Bu filmiçoxlarımız sevə-sevə izləmişik, hətta onun qəhrəmanı Budulayı müzakirə dəetmişik. Və çox qəribədir ki, mən ilk dəfə o filmi seyr edəndə elə bildim ki, təkcəBudulayın özünü yox, həm də onu sevən qaraçı qızını hardasa lap yaxından görmüşəm.Hardasa öz kəndimdə, öz şəhərimdə görmüşəmvə bu məndə yaranan fikir demək olar ki, xeyli vaxt yaxamdan əl çəkmədi. Vəgünlərin birindjə xatırladım ki, həqiqətən mən o qaraçı qıza bənzəyən birxanımla Belorusiyanın paytaxtında, lap dəqiq desəm, bu ölkədə yerləşən "Gənclik"düşərgəsində istirahət edən zamanqarşılaşmışam. Sadəcə, zaman fərqi var. Mən o istirahət mərkəzsində 1975-ci ildəolmuşdum. Və orada bir özbək qızı var idi. Eyniylə həmin qaraçı qıza oxşayırdı.Özü də tələbə idi... Bax, indinin özündə də düşünürəm ki, o filmə həmin qızı çəkiblər.Adını xatırlamıram. Xatırlasam, şübhəmə bir inam toxumu səpilər. Və mən indikianda dəqiqləşdirmə aparmadan həmin filmin qəhrəmanlarından olan özbək aktrisasıMatlyuba Alimovanın yaratdığı obrazın nə qədər yaddaqalan olduğunu birmənalı qəbuledirəm. Ona görə ki, o, özünü yaddaşa yazdıra bilib. Deməli, yaşam haqqıqazanıb. Və mən bu haqdan çıxış edərək gözümün önünə neçə-neçə illəri gətirirəm.Tutaq ki, bir onillik qalır arxada. Bu onilliyin içərisində həmin o qaraçıqızının hərəkətləri, baxışı, duruşu, yerişi, saç düzümü, hətta onun istifadəyəetdiyi aksesuarlar bir-birinin ardınca gəlib keçir gözümün önündən və onların hərbiri də mənimlə danışır. Mənə bir zaman kəsiyini, mənə bir yaşam tarixinipıçıldayır. O pıçıltıların içərisində mən özümə doğma olanları da, sevdiklərimidə, məni sevənləri də görürəm. Onların da həmin o zaman içərisindəki həyatkitablarını vərəqləyirəm. Səhifələrdən mənə baxan o çöhrələrdə səni də, özümü dəgörürəm. Onda hiss edirəm ki, bu dünyanın elə indiki durumda mövcudluğu, həttabir az da sadə söyləsəm, ayaqda qalması məhz sevgilərin, istəklərin, yaddaşın vənəhayət bir-birinə güvənin uğurudu, bəhrəsidi. Deməli, bütün bunların müəllifibirmənalı olaraq o sevgini ürəklərə səpən, onu göyərdən, ona nəfəs verən böyükYaradandı. Mən də ona sığınıb, ona əlimi açıb elə, o qaraçı qızını gözümün önünəgətirərək yazdığım misraları sənə də pıçıldayıram. Bəlkə sənin də nə vaxtsa əlindəntutdu.


Düşünmə ki, sənarzusan, xəyalsan

Bu ömrün həranında sən varsan!..

Sən ömürsən, sənhəyatsan, sən yarsan -

Məni səndən təkcəölüm ayırar!..


Göyübulud, yeri duman bürüsə,

Ağrıməni dörd tərəfə sürüsə...

Qəlbim vursa,ayaqlarım yerisə -

Məni səndən təkcəölüm ayırar!..


Aramızda olansevgi bir sirdi

Bu sevgimiz həmocaqdı, həm pirdi!..

Allah birdi -ondan gələn eşq birdi! -

Məni səndən təkcəölüm ayırar!..


***

Mən bilmirəmyaşla bağlıdı, yoxsa həyatın sıxıntılarıyla, daha çox keçmişə üz tuturam...keçmişdə işıq axtarıram... keçmişdə ümid soraqlayıram... Bunu mənə qəbahətsayanlar da var. Amma bilməyin ki, bugünü və sabahı görüb düşünmürəm. Yox, sadəcəolaraq mən indi yaşadığım həyatın günbəgün necə dadını itirdiyini, necə yorucuvə üzücü olduğunu hiss edirəm. Xüsusilə, anlamazların anlayanları üstələməsi məniaz qala dilim-dilim doğrayır, az qala ürəyimi xəlbirə, ələyə çevirir. Və mən dəbunların nədən baş verdiyini və ümumiyyətlə insanlığın, içi mən qarışıq hər kəsinhara getdiyini, niyə getdiyini təxmin edə bilmirəm. Amma görürəm ki, həyatdavam edir, həyat axır, biz də onun içərisində. Sadəcə olaraq bir-birimizin əlindəntutmuş şəkildə yox... bir-birimizə söykənə-söykənə yox, bir-birimizi tapdalaya-tapdalaya...bir-birimizin üstündən keçməklə gedirik bu həyata qarşı. Əgər mən kiminsəhaqqını tapdayıb keçirəmsə, onda bunun nə anlama gəldiyini bir anlıq təsəvvüredin və mənə qiymət verin? Bu sualı özünə verən nə qədər insan tanıyırsınız? Mənşəxsən xatırlaya bilmirəm. Burda söhbət məni kimlərinsə yerə uzadıbtapdalamağından getmir. Söhbət halal haqqımın, layiq olduğumun, ömrünü həsretdiyinin müxtəlif vasitələrlə əlindən alınmasından, qamarlanmasından, sökülməsindən,dağıdılmasından, ümidlərinin puç olmasından gedir. Bax, tapdalanma deyəndə mənbunu nəzərdə tuturam. Və elə mənim bu yazını diktə etdiyim anda da əgər diqqətim içimə rahatlıq verməyən"evin söküldü!" xəbərinin yanındadısa, onda hansı rahatlıqdan, hansıişıqdan, hansı ümiddən danışmaq olar? Və mənbu sıxıntının içərisində əgər yaddaşıma yazılmış özbək aktrisanı, dahadoğrusu, o qaraçı qızını xatırlaya bilirəmsə, deməli, burda yenə Allaha minnətdarlıqəlimdən tutur. Çünki mənim yaddaşımı da, içimdəki son közərtiləri də qoruyanAllahımdı. Və bir də Allahımın mənə bəxş etdiyi həmin o sevgi. Çox təəssüf ki,bu sevgi təkcə ümid, inam, yaşam həvəsi vermir. O həm də əzir, sıxır, ağrıdır.Və deməli, hər iki halda yaşadır. Və sən də, mən də elə o sevgiyə görəyaşamağın özəlliyini və gözəlliyni anlayırıq. Anlamaq isə təbii ki, həmişəkönül xoşluğu gətirmir. Ona görə də bu misraları oxuyanda məni qınama,ümidszlikdə suçlama.


Düyünlədimkirpiyimə gecəni

Bu bağlılıq sübhəcəndi- sındırma...

Mən yazıram ürəyimdənkeçəni -

Vərəqlərioxumadan yandırma...


Havam, suyumyaddan çıxıb nə vaxtdı

Hara baxsam sənyadıma düşürsən...

Ürəyimə biçiləndənbu vaxtı -

Köz-köz olan birkösövü düşün sən!..


Həyat"ah"dı, bir də həzin xatirə

Ələyirəm ikisində sinəmdə...

Ruhum batırgülab adlı ətirə -

"Can"sözüylə dil-dodağın dinəndə...


Bu duyğularpıçıltıdı, Tanrının

Bir sözü tək çiçəkləyiriçimdə...

Oxu, gülüm, buşeirin axırın -

Sən onu sıx ürəyinəüçümdə!..


Hə, özbəkaktirsası Matlyuba Alimova özünün qaraçı qızı Nastya rolu ilə bu gecə yuxumagirmişdi. Bilmirəm, o yuxunun təsirindəndi, yoxsa elə əvvəldə dediyim o filminözünün gücündən. Mən elə indinin özündə də yaşadığım ətrafda... Bakının küçələrində qaraçı qızını axtarıramköhnə xatirələrimi onun dilindən eşitmək üçün...

P.S. Budulay("Tütək səsi” filminin Cəbrayılı - Ə.M.) dünyasını dəyişdi. Matlyubaxristianlığı qəbul edib rahibliyə üstünlük verdi...


TƏQVİM / ARXİV