adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

AQİL ABBAS: Sosial şəbəkələrdə yaxalarını cıran futbol azarkeşləri

AQİL ABBAS
89862 | 2016-11-25 16:01

«Qarabağ»la «Qəbələ» uduzdu. Bu futboldu, futbolda da həmişəqələbə olmur. Əsas odur ki biri var oynayabilməyib uduzasan, biri də var can qoyasan uduzasan. Hər ikisican qoydu, amma şans onlardan yana olmadı. «Qəbələ»nin hücumçusu o penalıvursaydı tamamilə ayrı bir hesab görəcəkdik. Şanssızlıq.

İndi baxıram ömründəbir dəfə stadiona getməyənlər, stadionunyolunu tanımayanlar sosial şəbəkələrdəvə saytlarda hamısı Qvardiola olub, Maurinyo olub! Yıxıb sürüyürlər bizimkiləri. Mən hərdən bu fikrimi təkrar edirəm, futbol çox faciəli, dəhşətli bir oyundu dünən çiynində gəzdirdiyin məşqçiləri və ya futbolçuları bu gün uf demədən ayaqlar altınaalıb tapdamaq istəyirlər. Dünən Qurbanova,Qriqorçuka mədhiyyə oxuyanlar bu gün qılınclarını sıyırıblar ey.

Sevimli komandaudanda qarabağlılar demiş, nənəm də mədhiyyə deyər. Oğul odur ki komandasıuduzanda ona sahib çıxsın, dəstək olsun, onu ruhdan düşməyə qoymasın.

Bir rus siyasətçisinin sözüdü. Deyir, hamı üç məsələ üzrə professordu: futbol, kino, birdə polis. Mən oyunu belə qurardım, filanoyunçusunu sağdan oynadardım, filan oyunçunusoldan oynadardım, dəyişikliyi filan zaman edərdim; mən bu filmi belə çəkərdim,aktyoru elə seçərdim; mən filan cinayətinüstünü belə açardım, cinayətkara belətələ qurardım və sair və ilaxır. Düzdür,indi dördüncü də var, bu da siyasətdi:Qarabağı belə azad edərdim, Rusiya ilə münasibətləri belə qurardım, ABŞ-la beləiş görərdim və sair və ilaxır. Belə sinəsinə döyənlərin 90 faizini araşdırsan görərsən ki, heç öz çalışdığı peşəni normal yerinəyetirə bilmir, amma hamıya dərs deyir.

İndi sosial şəbəkələrdə,xüsusiləyaxalarını cıranların, elə yazdıqları statuslardan intellektləri məlum olur.

Qayıdaq yenə futbola.Üç misal çəkəcəm. Türkiyənin bir əyalət komandası,deyəsən «Rizəspor» idi, «Qalatasaray»a babathesabla uduzmuşdu. Jurnalistlər düşmüşdüməşqçinin üstünə ki niyə uduzdun.

Gülüb dedi:

- Rəqib mənim üstüməS-300 füzələri ilə, F-16 təyyarələrlə, son model tanklarla hücuma keçib. Bizim də əlimizdə bir-iki beşaçılan var, altı-yeddi də kalaş.

Yəni onu demək istəyirdi ki, «Qalatasaray»ın oyunçularının hərəsinin 5-10 milyon qiyməti var, bizim futbolçuların da hərəsinin 200 min.

Bir gözəl sözü də Rəşad Sadıqov demişdi. Gərək ki, millikomandamız almanlarla oynayırdıvə uduzduq. Almaniyanın da hücumçularıhərəsi «Rizəspor»un məşqçisinin dediyi kimi, S-300 füzəsi. Rəşad Sadıqova dedilər ki, niyə hücumçuların qarşısınıkəsə bilmədin? Rəşad da gülümsəyibdedi:

- Onların qabağınıkəsə bilsəm gedib «Barselona»da, «Real»da oynayaram da.

Yəni müəyyən həqiqətləri görmək istəmirik. Və yaxud görürük də, bilirik də, müdirimizin hayıfını futbolçulardan çıxmalıyıq da.

Və üçüncüsü. Bu sözüm stadionun yolunu tanımayan azarkeşlərədi.

Bir dəfə «Qarabağ» «Kəpəz» ilə Azərbaycan kuboku uğrundaTofiq Bəhramov stadionunda final oynayırdı.Mən də oyunun ən yaxşı futbolçusu üçün birbahalı qılınc hədiyyə edəcəyimi bildirdim.Və oyundan əvvəl də stadionda elan etdilər. «Qarabağ» «Kəpəz»ə uduzdu. Həmin oyunun ənyaxşı futbolçusu da «Kəpəz»in oyunçusu Ramiz Məmmədov seçildi. Mən də enib həminqılıncı təmtəraqlı şəkildə Ramiz Məmmədovatəqdim etdim.

Stadiondan çıxarkənbir ağdamlı yaxınlaşdı mənə, məndən də yaşcaböyük idi, az-çox da hörmətini saxalayardım.Qəribə bir ədayla, özündən razılıqla və ironiya ilə dedi:

- O qılıncdan ikisinigətirib verərdin də gəncəlilərə.

Bu adam ilk dəfəydi «Qarabağ»ın oyununa gəlmişdi. Onu stadiondailk dəfəydi görürdüm. Yoldaşlar zorla saxladı,boğacaqdım onu. Amma dişimin dibindən çıxanbir-iki sözü dedim. Mənə «Qarabağ»sevən çıxmışdı.

İndi «Qəbələ»ninoyununu izləyirdim, ürəyim ağrıdı.Stadionun az qala 70 faizi boş idi. Sən futbola getdinmi, futbolçuya dəstək oldunmu, komandanın12-ci oyunçusuna çevrildinmi ki, futbolçular da ruhlanıb oynasınlar.Həmin gün «Mançestr Yunayted» də oynayırdı, iynə atsan stadiona düşməzdi.Deyəcəksiniz ki, onlar yaxşı oynayır, ona görə gedirlər, sən də get, səninkilərdə yaxşı oynasın. Boş stadiondaoynayan futbolçu tamaşaçısız teatrda oynayan aktyor kimidi. O aktyorun yaşadığıfaciəni hiss edə bilərsinizmi? Futbolçuda elə.

Yadınıza bir futbol hadisəsi də salım. «Fənərbağça»nı cəzalandırmışdılarvə kişi azarkeşlərin stadiona gəlməyinə yasaq qoymuşdular. Ondaqadınlar komandalarına sahib çıxdılar.Budur komandaya sevgi, budur futbolasevgi.

İndi «Qarabağ»la«Qəbələ» oynayacaq. Gözəl bir oyun olacaq, ləzzətli bir oyun olacaq.Ora kimlər gələcək – ağdamlılar, bir də qəbələlilər. Belə olmalı deyil, ora «Neftçi»nində fanatları gəlməlidir, «Zirə»nin də, «İnter»ində, «Azal»ın da, Sumqayıtın da. Eləcə də «Neftçi»nin, ya «İnter»in oyunlarına obiri komandaların da fanatlarıgetməlidir. Bu bir möhtəşəm tamaşadı.

Yeri gəlmişkən,hər hansı bir filmə bəlkə 30-40 dəfə baxa bilirsən, hər hansı bir mahnını bəlkə 150 dəfə dinləyə bilirsən, «Leyli və Məcnun», «Koroğlu»yabəlkə 20-30 dəfə baxa bilirsən, amma nəinkibir matçın təkrarına baxmağa həvəsin olur,hətta baxmadığın , amma hesabını bildiyinbir matça da baxmırsan. Çünki futbolun möhtəşəmliyitamamilə ayrı bir şeydi. Futbol əvəzsiz bir tamaşadı. İnsanda elə bir həyəcan yaradır ki, dünyada başqa heç birnəsə bu həyəcanı yarada bilmir. Ammahesabı biləndə və təkrar olanda o həyəcanıyaşaya bilmədiyinə görə baxmağa həvəsin olmur.Komandalarımızı, eləcə də milli komandamızı Avropada çempiongörmək istəyirsinizsə stadiona gəlin. Təkrarsız tamaşanı ayrı yerdə yaşayabilmədiyiniz həyəcanla izləyin. Futbolçularda sizdən ilham alsın, ruh alsın.

Hər Avropa oyunlarındagörürsünüz, məşqçilər üzlərinituturlar azarkeşlərə, əllərinin işarəsi ilə az qala dirijorluq edirlər ki, komandaya ruh versinlər.

Mən də belə istəyirəm,Qurbanov da, Qriqorçuk da, Adil Qasımov da,Tərlan Əhmədov da digər məşqçilərimiz də.Bax o Qvardiola kimi stadionda dirijorluq eləsinlər. Siz əgər gəlmirsizsə onlar kimə dirijorluq edəcək?

Haydı futbolazarkeşləri, doldurun bu stadionları! Sevginizi, sevincinizi verin bu futbolçulara. Ondan sonra da onlardan qələbətələb edin!

TƏQVİM / ARXİV