adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

XAİN XOFLU OLAR…

FAİQ QİSMƏTOĞLU
73466 | 2016-11-25 12:44

… Siz heç bir şeyimüşahidə eləmisinizmi?! Başqa sözlə demiş olsaq, əyninizə təzə paltar, ayağınızatəzə ayaqqabı geyinəndə bəzilərinin ona necə fikir verdiyini duymusunuzmu?! Sizibilmirəm, şəxsən mən belə anlarla çox rastlaşmışam. Xüsusən də imkansız adamlartəzə paltar geyinəndə, bir ayaqqabı ayağında olanda başqaları ona elə baxır ki,sanki bu geyim-keçimi həmin adam onun pulu ilə alıb. O qədər xəbis, o qədər xain,o qədər paxıldır ki, bu təzə paltar geyinən adama «çox mübarəkdir» də demir.

… Varlıların hərşeyi ola bilər. Ancaq başa düşmürəm ki, kasıb niyə bir təzə ayaqqabı geyinməli deyil.Və bir də paxıllıq vallah, kasıblığa, varlılığa baxmır. Bəlkə də dünyada ən sağalmaz«xəstəliklərdən» biri xainlik, paxıllıq və xəbislikdir. Dünyanın hansı klinikasınagetsən də, bu «xəstəliyi» sağaltmaq mümkün deyil. Ən azından ona görə ki, hələ belə«xəstəlikdən» indiyə qədər sağalan adam görməmişik…

…On-on beş il bundan qabaq yaxın dostlarımdan biri qızına toy eləyirdi. Onun qızınınbəxti digər dostların övladlarının bəxtindən daha tez açılmışdı. Özü də dostum imkanlıbir ailə ilə qohum olurdu. Ancaq onu da deyək ki, dostumuz heç vaxt var-dövlət düşkünüdeyildi və belə bir varlı adamla da qohum olmaq heç onun yatsa yuxusuna da girməzdi.Hətta bir-iki dəfə varlı adamın elçilərini geri qaytarmışdı. Çox get-gəldən sonraqızın razılığı olandan sonra atası da bu işə xeyir-dua verdi…

…Xülasə, toy oldu. Özü də çox yaddaqalan bir məclis keçd. Şəxsən mən o toyda əməlli-başlıgözəl müsiqilərdən zövq aldım və toyun sonuna qədər həmin məclisdə ailəmlə bir yerdəiştirak elədik. Sözümün canı odur ki, ziyalı dostumun ən yaxın adamlarının qəlbindən«qara qanlar» axırdı. Elə bil ki, dağ uçmuşdu altında qalmışdılar. Hətta enli, qırmızısifət, tez-tez ona «qardaş» deyən dostunun da çöhrəsi xəbislikdən qapqara olmuşdu.Çırtma vursaydın, qan çıxmazdı.Bədbəxt oğlunu fikir götürmüşdü. Çünki o adam həddindən çox var-dövlət və şöhrətdüşkünü idi. Düşünürdü ki, elə mən bununla qohum olsaydım, işlərim yağ kimi gedər,var-dövlətim bir az da artardı…

…Toyda o ziyalı dostumunyaxınlarının çoxuna diqqət yetirdim. Onlar sevinmək əvəzinə qanları lap itin qanınadönmüşdü. Toydan sonra onun bir neçə dostu bərk əl-ayağa düşdülər. Əl-ayağa düşdülərki, qızlarını tez-bazar ərə versinlər. Axı, bizim millətin ən böyük xəstəliyi bir-biriyləbəhsə girməkdi. Onlar da dostu ilə bəhsə girib qızlarını ərə verdilər. Nə başınızıağrıdım, həmin adamların üçün də qızının heç bir il çəkmədi ki, ailələri dağıldı.Loru dildə demiş olsaq, boşandılar…

Ataların gözəl birməsəli var: «Qonşunu iki inəkli istə ki, sənin də bir inəyin olsun». Nə qədər gözəlvə nə qədər unikal bir deyim. İnsanın ürəyi dünya boyda böyük olanda o ürəyin içində heç vaxt xainlik,paxıllıq, xəbislik vallah ola bilməz. Düzdür, xəbis adamlar bir-biriylə bəhsə giribçox şeyə nail olurlar. Axı bayaq dedik, xəbislikelə bir «xəstəlikdir» ki, onu heç vaxt müalicə eləmək olmur. Bir də qozbeli heç qəbir də düzəltmir…

… Dünyanın işinəbir bax ki, xəbis ölkələr, paxıl dövlətlər, prezidentlər də var. Məsələn, bizimməmləkətin və prezidentin paxıllığını o qədər çəkən dövlət başçıları var ki. Allahda baxır görür ki, bu paxıl adamlar, paxıl dövlətlər öz əməlindən çəkinmir və heçkimlə işi olmayan dövləti də həmişə hifz eləyir, qoruyur…

«Qurani-Kərim»dəxainlik və paxıllıqla bağlı məlum ayə də vardır. Həmin ayadə buyurulur ki, sənəbir bədbəxtlik, kədər üz verəndə xain adamlar sevinirlər. Elə ki, sənə bir şadlıqqismət olur, sevinc bəxş edilir, bax onda yenə onların qanı qaralır, qəm dəryasınaqərq olurlar…

Tay bədbəxtlər bilmirlərki, sevinci də, kədəri də insana bəxş eləyən Ulu Yaradandı. Yadıma bir rəvayətdüşür: Günlərin bir günü məmləkətin bir-biriylə düşmənolan varlı adamlarından biri dünyasını dəyişir. Bunu eşidən digər varlı kişininoğlu qaça-qaça və sevinə-sevinə atasının yanına gəlib deyir:

- Muştuluğumu ver,ay ata, bəs bizim düşmənimiz vardı ey, o öldü!

Kişi ağıllı və səbirliadammış. Qaşlarını çatır və oğlundan soruşur:

- Oğul, o düşmənimizisən öldürdün?!

Oğlu:

- Yox ata, öz əcəliylərəhmətə gedib.

Kişi yenidən oğlunabaxır və dillənir:

-Noolsun ki, həmin adam bizim düşmənimiz idi. Əgər Allah-Təalanın əmiri ilə dünyasınıdəyişibsə, yadda saxla oğul, buna heç vaxt sevinmək olmaz. Çünki günlərin birindəmən də, sən də öləcəyik.

Bunəsihətdən sonra uşaq bir söz demir, başını aşağı salır və çıxıb gedir. Həmin hadisəuşağın yaddaşına həmişəlik həkk olunur. Həkk olunur ki, başqasının ölümünə heç vaxtsevinmək olmaz…

Xainvə paxıl adamlara Allah-Təala heç vaxt rahatlıq, sakitlik və xoşbəxtlik bəxş eləməz.Onlara elə bir bəla verilib ki, bu adamlar yazımızın əvvəlində qeyd elədiyimiz kimi,ömrünün sonuna qədər bu bəladan xilas ola bilmirlər. Qardaşlar, yoldaşlar, dostlar,çıxarın bu paxıllığı, xainliyi ürəyinizin dərinliyindən! Ora sevgi, məhəbbət, insanlaramərhəmət hissi doldurun!..

Vəbir də biz istəsək də, istəməsək də hər şeyi verən də, alan da Ulu Yaradandır. Ürəyinaçıqlığı isə böyük sevgidən, əbədi günəşdən və xoşbəxt ömürdən xəbər verir. Xoşbəxto adamdı ki, ürəyində bir damla olsa paxıllıq, xainlik və xəbislik yoxdu. Bu ürəkdəsevgi var, gün işığı var və bir də əbədi Allah məhəbbəti yaşayır…


TƏQVİM / ARXİV