VƏRƏQLƏNƏN YADDAŞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
67404 | 2016-11-25 12:29

Həm uzaq, həm dəyaxın

İnsan öz kimliyini,öz yerini və dünyasını müəyyənləşdirib qura biləndə onda yaşamaq nisbətən asan olur.Yəni, mənkim olduğumu, yerimi və nəhayət, hansı dünyaya nüfuz etdiyimi bildiyim andan özsözümə, öz qələmimə rahatlıqla söykənə bilmişəm. Anlamışam ki, yerim də, kimliyimdə, mənim dünyam da ən azı on nəfərə bəllidi… ən azı on nəfər məni, yerimi və dünyamıqəbul edir. Deməli, bu məntiqlə yanaşanda insanın ən güclü fəaliyyət proqramınınana xətti yaddaşdan keçir. O yaddaşdan ki, oradan özünə də, yerinə də, dünyana dabaxa bilirsən. Üstəlik, bu yaddaş səni həm dünənəbağlayır, həm sabaha aparır. Dünənlə sabahın arasındaözün həm körpü olursan, həm də körpüdən keçən…

Bax, bütün bu söylədikləriminmənə etdiyi nüfuz nə vaxtdan bəri yazı masamın üzərində olan və demək olar ki, gündəən azı iki dəfə əlimi toxundurub səhifəsini çevirdiyim kitab-albomdu. Tam səmimiyyətləetiraf edirəm ki, həyatımda xüsusi bir səhifə olan, yaddaşımın qan damarında hərgün dövr edən bir zaman kəsiyi var ki, mən onun barəsində hamıyla, hər kəslə danışıram.Necə deyərlər, xeyirdə də, şərdə də… avtobusda da, çayxanada da, redaksiyada da…Çünki yaşadığım həmin o zaman kəsiyi mənim təsəvvür etdiklərimi gerçəkləşdirdi.Arzuladıqlarımı mənə göstərdi və mən də yaşadığımı, gördüyümü həm könüllü, həm dəqeyri-ixtiyari özümə köçürdüm.Özümünkülləşdirdim, özəlləşdirdim. Oxuculardan da, eləcə bütün hər kəsdən icazəalmadan etdiyim bu hərəkətə görə, yəqin ki, məni suçlamazsınız. Bəzən insan ya hissəqapılır, ya məcbur olur, ya da heyrətlənib hansısa bir hərəkət edir, addım atır.Bunu məhkəmə zamanı nəzərə alırlar. Adını da "anlaqsızqoyurlar. Mən qanıma, canımahopdurduqlarımı bircə,anlaqsız etməmişəm. Ammaonun əvəzində anlaya-anlaya, sevə-sevəetmişəm, kövrələ-kövrələ etmişəm!


Bəli, yazı masamınüzərindəki kitab-almanax belə adlanır:NAXÇIVANŞərqin Əfsanəsi!

Bu kitab-albomu mənəNaxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən hədiyyə ediblər.Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Hüseynalıoğlu Əsgərov bu kitab-albomu mənə təqdim edəndə bir anlıq düşündüm və o düşüncəmiindi dilə gətirirəm. Onda mən düşündüm ki, mənə hədiyyə edilən bu kitab-albom onunözününəsəridi. Adətən müəlliflər kitablarını bağışlamağıxoşlayırlar. Amma mən sonra kitab-albomu vərəqləməyə başlayanda anladım ki, Bəxtiyarmüəllim mənə bağışladığı bu hədiyyə ilə məni bütünlüklə və özü də həmişəlik Naxçıvanabağlamaq təşəbbüsündə olub.Və inanın ki, indi bu təşəbbüsə görə, mən ona minnətdaram.Görünür, məndən yaşca çox gənc olmasına baxmayaraq, o,qarşımda əyləşən insanların ürəyini oxuya bilirmiş. Məniki günlük Naxçıvan səfərim zamanı az qala bir ömürlük zaman yaşadım və bu zamanmənim həyatımın barlı, sünbülləri dan üzü pıçıldaşan bir zəmi kimi yazılıb qaldı.Əgər fikir vermisinizsə, yenicə saralan zəminin sünbülləri elə həzin pıçıldaşırki, satlarla dayanıbona qulaq asmaq adamarahaitlıq gətirir, əsəblərini dincəldir. Uşaq vaxtlarında, gənclik illərində doğulduğumDağlıq Qarabağın Tuğ kəndinin taxıl zəmilərinin kənarlarında o qədər oturub bu pıçıltılaraqulaq asmışdım ki, indi də hərdən qulaqlarımda səslənir…

Qarşımdakı kitab-albomNaxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunub. Onun işıq üzü görməsinəməsul Muxtar Respublikanın Ali Məclisidi. İlk səhifəsi maraqlı bir foto ilə açılıroxucunun üzünə. Burada Ulu Öndər, sağında ölkə prezidenti cənab İlham Əliyev, solundaAli Məclisin sədri cənab Vasif Talıbov. Təbii ki, mən oxucunun şəklə baxdığı vəgördüyü vəziyyəti təsvir edirəm. Naxçıvanda çəkilmiş bu şəkil adamı bir anlıq düşündürür.Çünki şəklin çəkildiyi nöqtə və ümumiyyətlə,arxa planda görünən mənzərə o qədər mükəmməl seçilibki, orda həm saflıq, aydınlıq, müdriklik, həm tarix var, həm də böyüklük var, əzəmətvar. Mən altı hissədən ibarət olan və hər hissəsi də Naxçıvanın dünənini, bugününüifadə edən bu kitab-albomun sehrinə düşürəm. Səhifələri çevirdikcə elə bilirəm ki,yenidən bu qədim məkana Nuhun izi qalan bu cənnət dünyasına qədəm qoyuram. Hər şəkilmənimlə danışır. Özü də o qədər rahat, o qədər səlist və məntiqli danışır ki, mənsusmaqla həm razılaşıram, həm heyrətlənirəm, həm də sevinirəm. Razılaşıram ki, deyilənlərhamısı bir gerçəkdi. Heyrətlənirəm ki, bütün bunların hamısı mənim xalqımındır,mənim aid olduğum məmləkətindir. Sevinirəm ki, mən də bu məmləkətə, bu torpağa ayaqbasıb,onları öz gözlərimlə görə bildim, onlaraöz əllərimlə toxuna bildim. Və bu üç halın toplusunu yaddaşıma köçürdüm.

Adətən deyirlər ki,çox gəzən çox bilir. Mən bu kitab-albomu vərəqlədikcə həmin fikirlə yüzə-yüz razılaşdım.Üstəlik, həm də bu şəkilləri övladlarıma, ətrafımda olanlara göstərib özüm də şərhlər,izahatlar verməyə başladım ki, bax, bu yerdə, bu nöqtədə mən də olmuşam, bu yer,bu nöqtəni mən də gəzmişəm. Məsələn, Batabatı, Üzən adanı, Əlincəni, Nuh peyğəmbərinməqbərəsini, Əshabül-Kəhfi.Və yaxud Hüseyn Cavid muzeyini, Möminə Xatunun türbəsini, Duz dağını, Bayraq meydanını,Naxçıvan qalasını, Zor bulağı…

İndi özünüz təsəvvüredin, biri var nəyisə eşidəsən, nəiynsə barəsində oxuyasan, biri də var həm eşidəsən,həm oxuyasan, həm də haqqında oxuduğun, eştidiyin nədir,onu gözlərinlə görəsən. Görün sonuncu an nə qədər mükəmməldir.Məhz bu mənada mən vərəqlədiyim kitab-albomun az qala tən ortasında düz 130-cu səhifəsindəbir fotonu seyr edirəm. Bu Naxçıvanın bir gecəsinin foto görüntüsüdü. Və mən bugörüntünü seyr edə-edə özümü həmin gecənin içərisində, yəni bu ilin sentyabr ayının10-u və 11-ci günlərinin gecəsində hiss edirəm. Və az qala and içə bilərəm ki, bufoto görüntüdəki məhz həmin gecədi. Mən onu Naxçıvan qalasından da izləmişəm, Təbrizmehmanxanasının 13-cü qatından da. Deməli, o xoşbəxt gecəni mən də yaşamışam. Vəmənə həmin o yaşadığımı bu kitab-albom bir də yaşadır.

Nəhayət, bu kitab-albommənə həm də bilgi verir. Çünki burada konkret, yığcam, anlaşıqlı şərhlər də var.Verilən məlumatlar az-çox duyumu olan oxucunu Naxçıvan sevdası ilə kökləyir. Adamıhəvəsləndirir ki, gedib gerçəyi yerində gözləriylə görsün. Və mən Allah qarşısındaetiraf edirəm ki, yazdığım, kağıza köçürdüyüm bu fikirlərin hamısı kimlərəsə xoşgəlmək üçün deyil. Bu, kitab-albomun mənə həm yaşatdığıdı, həm də yaddaşımı səhifələməsidi.Vərəqlərin çevrilməsi ilə mən bu kitab-albomda fotogörüntüləri ilə üz-üzə qaldığım hər bir ünvan təkcə Naxçıvankimi yox, həm də Naxçıvanın dəyərli insanları kimi - orada yaşayan məğrur, zəhmətkeşziyalı, sadə əmək adamı, qətiyyətli dövlət məmuru, yurdsevər torpaq övladları kimimənə doğma oldu. Bir daha hiss etdim ki, məhz canıma-qanıma hopan, yaddaşımda yaşayan,dilimdən düşməyənbu ünvan, yəni Şərqin əfsanəsi olan Naxçıvan mənə sondərəcə əzizdi. Bu ünvanın Batabat adlanan yaylasının bir üzündə mənim süddən gələnbir and yerim, güman yerim, bir Dərələyəzim də var...

Demək, uzaq və yaxınolan hər kimdirsə, hər nədirsə, o,yaddaşda yaşayanda səni də yaşadır. Bax, mənə hədiyyəolunmuş bu kitab-albom da,ona hər dəfə toxunanda məniNaxçıvana aparır, o günləri məndə yaşadır.


TƏQVİM / ARXİV