adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Noyabr 2016 15:55
45832
TEXNOLOGİYA
A- A+

Azərbaycanda Milli Super Kompüter Mərkəzinin yaradıla bilər

Azərbaycanda Milli Super Kompüter Mərkəzinin yaradılması planlaşdırılır.

Adalet.az-ın məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd edilib.

Qeyd olunur ki, "Elektron hökumət"də dövlət qurumları, dövlət-vətəndaş, dövlət-biznes əlaqələrinin operativliyinin təmin edilməsi, informasiya sistemlərinin səmərəli istifadəsi üçün Milli Super Kompüter Mərkəzinin yaradılması nəzərdə tutulur.

Layihədə bildirilir ki, yaxın illərdə əhalinin bütün kateqoriyalarının, o cümlədən məhdud imkanlı qrupların "Elektron hökumət" infrastrukturundan və xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, müasir çıxış vasitələrinin, o cümlədən mobil şəbəkələrin, məlumat köşklərinin, zəng mərkəzlərinin, interaktiv rəqəmsal televiziyanın tətbiqi təmin olunacaq.

2017-2020-ci illərdə rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı çərçivəsində özəlləşdirməyə açıq elan edilmiş rabitə müəssisələrinin özəlləşdirməqabağı restrukturizasiyası və idarəetmə strukturunun təkmilləşdirilməsi, bazar rəqabətinin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.