adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Noyabr 2016 15:35
93608
MÜSAHİBƏ
A- A+

Azərbaycan və Cənubi Qafqazın Etika Akademiyası

Azərbaycanda forma və məzmunca digərlərindən fərqlənən yeni bir Akademiya fəaliyyət göstərir. Etika Akademiyası adlanan bu Akademiyanın bir sıra özəllikləri var. Etika Akademiyasının direktoru Günel İbrahimlə bu yöndə söhbətləşdik.

-Günel xanım. Etika Akademiyasının yaradılmasında məqsəd nədir?

-Etika Akademiyasının yaradılmasının əsas məqsədi milli kadrların qlobal standartlara müvafiq yetişdirilməsidir. Etika adından görsəndiyi kimi çox geniş , bəlkə də ucu bucağı görsənməyən bir tərəfi fəlsəfə , bir tərəfi dəyərlər, milli kolorit , tarix və sadə etiket standartları əhatə edən anlayışdır . Biz bir vətəndaş cəmiyyəti olaraq qısa müddətli , lakin startegiyası uzun illərə yönəldilmiş bir planla yola çıxmışıq. Qarşılaşdığımız ən böyük problem resurslardır. Etiketə, milli etiketimizə aid kitablarımızın olmaması, vahid bir istinad edəcəyimiz birmənalı bilik mənbəyimiz olmadığını aşkarlayanda ilk vəzifəmiz bu barədə aidiyyatı qurumlara xəbər vermək idi. Təşkilatımız bununla əlaqəli ilk dəfə "Etika Forumu- Bakı 2015” keçirdi və dövlət qurumlarının nümayəndələrini, təşkilatları, şirkətləri bu məsələyə cəlb etdik. Milli Etiket Ensklopediyamızın , bununla əlaqəli işçi qrupunun yaradlması barədə forumun çıxarışı oldu.

-Neçə müddətdir fəaliyyət göstərirsiniz, əsas məqsədləriniz barəsində danışarsınız.....

-Qeyd etdiyim kimi , ilk olaraq qısa zaman müddətinə hədəflər təyin edərək addim addim irəliləməyi düşünürük. Ilk öncə gənclərə və məktəblilərə etiketin uğur əmsalındakı gücünü aşılayırıq. Etiket üzrə təlimləri şahmat , kimya, fizika və s. önəmli və inkişaf kodeksi kimi birmənlaı qəbul edilən fənlər sırasında görülməlidir. Bilirsinizmi .. ağılıı canavarlar yetişdirmirik.. hansı sənət sahib olursan ol, yalnız dəyərlər və etika üzərində qurulan sənət töhfəlidir. Hansi ali məktəbi bitirməyinzdən asılı olmayarq ilk dəqiqiələrdə özünüzü təqdim edə bilmirsinizsə kadr bazarında uduzursunuz. Sürətin əsas priroitet olduğu bir zamanda yaşadığını anlayan insan qısa müddtdə düzgün qərarlar qəbul etməkdən ötru keyfiiyətli düşüncə formasına sahib olmalıdır. Bunların fundamental və son halı etika və etiketdir.

-Belə bir Akademiyanın yaradılması bir ilkdir. Sizə tanış təcrübə varmı?

-Etika Akademiyası ölkəmizdə və cənubi Qafqazda ilkdir. Dünyada rəsmi cəmi bir neçə institutlar var . Partnyorlarımız Böyük Britaniyanın İnstitutları və mərkəzləridir. İBS ilə bağladığımız memorandum əsasında milli dəyərlərimizi qoruyub saxlamaqla qlobal standartlar üzərində qurulumuş tədris proqramları bu gun 6 -16 yaş, 16-35 yaş, 35 və daha yuxarı konspesiyasına bölünüb. Etika Akademiyasında etiketi , qida mədəniyyətini, özünü ifadə etmək qabiliyyətini, natiqlik , xanım və alicənab olmağı, biznes etiketi və menecmentlik üzrə Britaniyanın aparıcı institutlarının ixtisas sənədlərinə yiyələnmək mümkündür. Ən son əldə etdiyimiz imkanlar İsveçrə ilə bağlıdır. İsveçrənin "İCsquared GmbH” şirkəti ilə bağladığımız müqaviləyə əsasən "Swiss Education Group”un otelçilik , kulinariya və dil kursları ilə bağlı tədrisli , əyləncəli yay düşərgələrinə göndərmək imkanımız vardır. Qeyd edim ki, SEG İsveçrənin ən məşhur məkanlarında , 5 ulduzlu xidmət verən edən 4 düşərgə və hər il 600 dən artıq tələbəni dünyanın yuksək standartlar tələb edən bazarına effektif kadr kimi hazırlayır. Bizim gənclər də artıq bu imkanlardan istifadə edə bilər ,sadəcə gəlib bizdə məlumat alıb qeydiyyata düşmək lazımdır.

-Akademiya məzunlarının iş və ya öyrəndiyi təcrübəni cəmiyyətə catdırması üçün hansı addımlar atılır?

-Bildiyimzi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Növbəti illərdə prioritetlər məntiqi ardıcıllıqla gənclərin bir mütəxəsis kimi yetişməsi, milli kadrların daha çox sayda formalaşması və beynəlxalq proqramların karyera inkişafında tətbiqidir. Son illər beynəlxalq tədbirlərin Evrovision 2012, İnternet İdarəçiliyi Forumu, Avropa Oyunları-2015 və gələcəkdə planlaşıdırılmış tədbirlər təcrübə baxımdan öz sözünü deyəcəkdir. Azərbayacan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və nəzdində fəaliyyət göstərən Fərdi İnkişaf Mərkəzi-Etika Akademiyası olaraq bu sərəncama inanılmaz sevindik, çünki əksər müddəalar fəaliyyətimizdə öz əksini tapır. Hal-hazırda ən mövcud problemlərdən biri işsizlik deyil, kadr çatışmamazlığıdır. Düşünürük ki, bu müddəalara öz kiçik töhfəmizi əlavə edə biləcəyik. Məsələn bir neçəsini saya bilərəm: gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmaq, gənclər evlərində (mərkəzlərində) ixtisaslaşmış mütəxəssislər vasitəsilə karyera məsləhət xidmətlərini inkişaf etdirmək, gənclərin məşğulluğunun təmin edilməsi üçün onların peşəkarlığını artıran tədbirlər görmək, aztəminatlı gənc ailələrə şəxsi təsərrüfatlarını qurmaq, inkişaf etdirmək və ya fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla gəlirlərini artırmaları üçün davamlı dəstək vermək, regionlarda yaşayan gənclərin təhsil, məşğulluq və mədəniyyət sahəsində imkanlarını genişləndirmək, yeniyetmə və gənclərin iqtisadi sahədəki bilik və bacarıqlarının artırılması üçün müasir metodlar tətbiq etmək, gənclərin qeyri-hökumət təşkilatlarının sahələr üzrə peşəkarlığının artırılmasını və dövlət sifarişlərinin həyata keçirilməsində daha fəal iştirakını stimullaşdırmaq, gənclərlə işin təhlili, planlaşdırılması, təşkili və qiymətləndirilməsi üzrə mütəxəssislərin hazırlanmasını və yenidən hazırlanmasını təmin etmək və s.

Layihələrin yazılması və idarə edilməsi ilə bağlı geniş treninqlər keçiririk. Əməkdaşlıq etdiyimiz ali təhsil ocaqlarında gənclərin artıq 3-4-cü kursdan etibarən "İş Dünyasına Hazırlıq” konsepsiyasını təqdim edirik. Kommersiya şirkətləri ilə bağladığımız 20-dən çox müqavilə əsasında Etika Akadmeyasının gənc məzunlarıını kadr kimi təqdim edirik. Fəaliyyətimz 3ili tamam olacaq, məzunlarımızdan 400 nəfərə yaxın gənc təlimlərdən sonra işlə təmin ediliblər. Gənc və təcrübəsi az olan bir gəncin gərəkli bir kadr kimi formalaşmasının ən qısa yolu inkişaf proqramlarına yiyələnməkdir. Etika Akademiyası olaraq cənab Prezidentin 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsəslanaraq fəaliyyətimizi daha da genişləndiririk.

Ədil Ədilzadə