adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Noyabr 2016 21:47
81937
AVTOMABİL
A- A+

8 milyon dollara avtomobil nömrəsi

Birləşmiş Ərəb Əmirliyindən olan biznesmen Əbu-Dabidə keçirilən auksionda avtomobilinə "1" qeydiyyat nömrəsi almaq üçün 8.45 milyon dollar pul ödəyib.

Adalet.az xəbər verir ki, 32 yaşlı biznesmen Abdulla əl-Məhri "Mən bu nömrə üçün istənilən məbləği ödəməyə hazır idim" - deyə ona yönəldilən sualı cavablandırıb.

Auksionda ümumilikdə 26.9 milyon dollar dəyərində nömrələr satılıb. BƏƏ-dən olan daha iki biznesmen "7" və "50" nömrələri üçün 3.65 və 1.85 milyon dollar ödəyiblər.