Mən necə dəli oldum – Son Yazı

OĞUZ AYVAZ
50233 | 2016-11-22 14:57

Səhər ərincək halda, gözlərimi ovuşdura-ovuşduradurdum. Palatada buz kimi soyuq hava kütləsi hökm sürürdü. Xəstələr yavaş-yavaşayılmağa çalışırdı. Balacaboy, sısqa bədənli, narıncı saçlı qocanın hər səhərçarpayısından qalxmağı mənə o qədər maraqlı gəlirdi ki, böyük həvəsli onu seyredirdim. Həmişə uzunsov papağı, yerişi ilə mənə cizgi film qəhrəmanlarınıxatırladardı. Dodaqları əsirdi, çay içməyi, öz-özünə donquldanmağı diqqətimi çəkərdi.Bu gün xəstəxanadan ayrılacaqdı.


Pəncərəyəyaxın çarpayıda isə digər dəli gözümə dəydi. Bütün günü pəncərənin qabağındadanışardı. Rəssam idi. Pikassodan, Da Vinçinin əsərlərindən özünə mühazirə deyərdi.Dağlardan, insan üzlərindən nitq deyərdi, özü üçün. Çarpayısında siyirməniqucaqlayıb, dərin yuxuda idi. Ona elə gəlirdi ki, o siyirmə özünün çəkdiyiportret rəsmdir.


Palatadagördüyüm kədərli mənzərələr günü-gündən çoxalırdı. Burda heç kim, heç kimianlamırdı. Burda hamı susaraq danışırdı. Hamının içində böyük bir tənha adamvardı.


Bu gün mənimüçün də son gün idi. İki aylıq dəhşət dolu günlərim bu gün xatırlamaq istəmədiyimxatirələrə çevriləcəkdi. Özümə gəlmişdim. Ancaq hələ də özümü qəribə, budünyadan olmayan canlı kimi hiss edirdim.


Dəmirqapı döyülən kimi təşvişlə qaçırdım ki, atam-anam gəldi. Hər dəfə də təəssüfləgeri qayıdırdım.


Palatadasəs-küy qopmuşdu. İki dəli bir-birini öldürməyə çalşırdı. İkisinin də əlləriboğazlarında idi. Digər xəstələr lovğalanaraq onlara baxırdılar. Sanitarlar, ağxalatlı adamlar onların arasına vedrə dolu su atdılar. İkisi də eyni andacabir-biriləri azad buraxdılar. Ağladılar. Susdular və getdilər. Bu mənzərdənsonra sükut bomba kimi palataya düşdü.


Kürəyimdənkiminsə toxunuşunu hiss etdim.

-Evəgetməyə hazırsan?

Atamıqucaqlayıb, bağrıma basdım. Elə bil yenidən dünyaya gəlmişdim. Hər kəsləsağollaşıb, xəstəxanadan çıxdıq.


Yaz fəsliidi. Küçələr, insanlar, günəş, ağaclar, rəngli maşınlar gözlərimdə daha işıqlı,daha parlaq görünürdü. Atamın əlindən tutdum. Günəşə baxdım. Arxada qoyduğumuzxəstəxana günəşin gur işığında itirdi...


TƏQVİM / ARXİV