ANA SƏHİFƏ / YAZARLAR

Mən necə dəli oldum – Son Yazı

34032    |   2016-11-22 14:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhər ərincək halda, gözlərimi ovuşdura-ovuşdura durdum. Palatada buz kimi soyuq hava kütləsi hökm sürürdü. Xəstələr yavaş-yavaş ayılmağa çalışırdı. Balacaboy, sısqa bədənli, narıncı saçlı qocanın hər səhər çarpayısından qalxmağı mənə o qədər maraqlı gəlirdi ki, böyük həvəsli onu seyr edirdim. Həmişə uzunsov papağı, yerişi ilə mənə cizgi film qəhrəmanlarını xatırladardı. Dodaqları əsirdi, çay içməyi, öz-özünə donquldanmağı diqqətimi çəkərdi. Bu gün xəstəxanadan ayrılacaqdı.


Pəncərəyə yaxın çarpayıda isə digər dəli gözümə dəydi. Bütün günü pəncərənin qabağında danışardı. Rəssam idi. Pikassodan, Da Vinçinin əsərlərindən özünə mühazirə deyərdi. Dağlardan, insan üzlərindən nitq deyərdi, özü üçün. Çarpayısında siyirməni qucaqlayıb, dərin yuxuda idi. Ona elə gəlirdi ki, o siyirmə özünün çəkdiyi portret rəsmdir.


Palatada gördüyüm kədərli mənzərələr günü-gündən çoxalırdı. Burda heç kim, heç kimi anlamırdı. Burda hamı susaraq danışırdı. Hamının içində böyük bir tənha adam vardı.


Bu gün mənim üçün də son gün idi. İki aylıq dəhşət dolu günlərim bu gün xatırlamaq istəmədiyim xatirələrə çevriləcəkdi. Özümə gəlmişdim. Ancaq hələ də özümü qəribə, bu dünyadan olmayan canlı kimi hiss edirdim.


Dəmir qapı döyülən kimi təşvişlə qaçırdım ki, atam-anam gəldi. Hər dəfə də təəssüflə geri qayıdırdım.


Palatada səs-küy qopmuşdu. İki dəli bir-birini öldürməyə çalşırdı. İkisinin də əlləri boğazlarında idi. Digər xəstələr lovğalanaraq onlara baxırdılar. Sanitarlar, ağ xalatlı adamlar onların arasına vedrə dolu su atdılar. İkisi də eyni andaca bir-biriləri azad buraxdılar. Ağladılar. Susdular və getdilər. Bu mənzərdən sonra sükut bomba kimi palataya düşdü.


Kürəyimdən kiminsə toxunuşunu hiss etdim.

- Evə getməyə hazırsan?

Atamı qucaqlayıb, bağrıma basdım. Elə bil yenidən dünyaya gəlmişdim. Hər kəslə sağollaşıb, xəstəxanadan çıxdıq.


Yaz fəsli idi. Küçələr, insanlar, günəş, ağaclar, rəngli maşınlar gözlərimdə daha işıqlı, daha parlaq görünürdü. Atamın əlindən tutdum. Günəşə baxdım. Arxada qoyduğumuz xəstəxana günəşin gur işığında itirdi...




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK