ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Azərbaycan Cənubi Qafqazda ən mühüm ticarət tərəfdaşımızdır” - MÜSAHİBƏ

22860    |   2016-11-22 14:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın APA-ya müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir:

- Azərbaycana yeni səfir təyin olunmusunuz. Bu müddət ərzində ölkə ilə bağlı təəssüratlarınız necə oldu?

- Avqust ayında etimadnaməmi prezidentİlham Əliyevə təqdim etdim. Sonrakı üç ay ərzində məndə Azərbaycanla bağlı müəyyən təəssüratlar yarandı. Hökumət rəsmiləri, millət vəkilləri, iş adamları, mütəxəssislər, mədəniyyət və ictimaiyyət nümayəndələri daxil olmaqla, bir sıra maraqlı və vacib şəxslərlə görüşlər keçirdim. Mən burada insanların səmimiyyətindən və dostyana münasibətindən çox təsirləndim və qonaqpərvərliyindən çox məmnun oldum. Əlbəttə ki, çox zəngin və özünəməxsus tarixə malik paytaxt şəhəri olan Bakı məndə böyük təəssürat oyatdı. Bu şəhər şübhəsiz ki, Qafqaz regionunun iqtisadi və mədəni mərkəzlərindən biridir. Burada olmağımdan 3 ay keçməsinə baxmayaraq, özümü tamamilə evimdəki kimi hiss edirəm.

- Sizcə, Almaniya və Azərbaycan arasındakı əlaqələrin bugünkü səviyyəsi qənaətbəxşdirmi?

- Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin fevralında - Azərbaycanın müstəqillik əldə etməsi və Almaniyanın yenidən birləşməsi ilə eyni vaxtda qurulub. Bu, o deməkdir ki, bir neçə aydan sonra rəsmi əlaqələrin qurulmasının 25 ili tamam olacaq. Son 25 il ərzində əlaqələrimiz sabit tempdə inkişaf edərək siyasi, iqtisadi və mədəni sahələrdə dərin kök salıb. Bu baxımdan bu il baş vermiş siyasi məqamlar - Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri və Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin Bakıya səfəri özlüyündə bunu sübut edir. Parlamentlərimiz arasında uzunmüddətli əlaqələr mövcuddur. Almaniya Bundestaqında çox aktiv Cənubi Qafqaz Dostluq Qrupu və Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycanda çox aktiv fəaliyyət göstərən alman və Azərbaycan-Alman şirkətləri var. Alman-Azərbaycan Xarici Ticarət Palatası 2012-ci ildən Azərbaycanda fəaliyyətdədir. Bu, Rusiyadan sonraMDB-də fəaliyyət göstərən yeganə alman təşkilatdır. Əməkdaşlığımızı kökündə ölkələrimiz və xalqlarımız arasında mövcud olan uzunmüddətli mədəni və tarixi bağlar dayanır. Yaxın 3 il ərzində Azərbaycanda qeyd olunması planlaşdırılan almanların buradakı məskunlaşmasının 200 illiyi əlaqələrimizin gələcəkdə daha da dərinləşməsi üçün bizi ruhlandırır və motivasiya verən simvolik hadisədir.

- Azərbaycan səfir kimi xidmət edəcəyiniz müddətdə hansı sahələrin inkişafını özünüz üçün prioritet seçmisiniz?

- Baxmayaraq ki, əlaqələrimiz güclü və etibarlıdır, lakin əlaqələrimizin daha da inkişaf etməsi üçün həmişə böyük potensial var. Azərbaycanda planlaşdırılan iqtisadi islahatlara alman şirkətlərinin daha çox cəlb olunması üçün unikal bir potensialın olduğunu hesab edirəm. Almaniya xüsusən istehsal və emal müəssisələri daxil olmaqla, dünyada özünün kiçik və orta şirkətləri ilə çox məşhurdur. Bu şirkətlər Azərbaycanı iqtisadiyyatın diversifikasiyası siyasəti istiqamətində dəstəkləməkdə vacib rol oynaya bilərlər. Xalqlarımız arasında əlaqələrin təməli kimi mədəni əlaqələr mənim üçün xüsusilə vacibdir. Azərbaycanda çoxsaylı gənc və savadlı insanlar alman dilini öyrənir və daha çoxu bu dili öyrənməyə çalışır. Biz xalqlararası əlaqələri gücləndirmək istəyirik. Almaniya və Azərbaycan universitetləri arasında hazırda 21 əməkdaşlıq sənədi mövcuddur. Alman Akademik Mübadilə Xidməti (DAAD) hər il Azərbaycandan olan 50 tələbə üçün Almaniyanın müxtəlif universitetlərində təqaüd imkanı təmin edir. Lakin biz tələbatın daha çox olduğunu görürük. Bizim mədəniyyət institutumuz olan Höte İnstitutu Azərbaycanda dil kursları həyata keçirir və il ərzində 10 tələbə və müəllim üçün mübadilə proqramını maliyyələşdirir. Təəssüf ki, Bakıda hələ də Höte İnstitutunun ofisi yoxdur.

- Almaniya bu ilin yanvarındanATƏT-ə sədrlik edir. Dekabrın əvvəllərində isə HamburqdaATƏTxarici işlər nazirlərinin illik görüşü keçiriləcək və sədrlik Avstriyaya keçəcək. Bu müddət ərzində AlmaniyaATƏTzonasındakı problemlərin həllinin öhdəsindən necə gəlib və hansı nailiyyətlər əldə olunub?

- Düzgün qeyd etdiniz ki,ATƏTXarici İşlər Nazirləri Şurasının 23-cü görüşü dekabrın 8-9 da Hamburqda keçiriləcək. Görüşə 57 iştirakçı və 11 tərəfdaş dövlətin xarici işlər nazirləri dəvət olunub. Almaniya sədrliyi dekabrın 31-nə kimi davam etsə də, Xarici İşlər Nazirləri Şurasının görüşü Almaniyanın sədrliyi dövründəki sonuncu önəmli tədbirdir.ATƏT-ə sədrlik 2017-ci ildə Avstriyaya və 2018-ci ildə İtaliyaya keçəcək. "Dialoqun yenilənməsi, etimadın yenidən qurulması, təhlükəsizliyin bərpası” şüarı altında AlmaniyaATƏTməkanında böhran və münaqişələrin idarə olunmasına, bütün münaqişələrlə bağlıATƏT-in potensialının gücləndirilməsinə,ATƏT-in dialoq platforması kimi istifadə edilməsinə,ATƏTməkanında davamlı əlaqələr və yaxşı idarəçiliyin təşviqinə xüsusi diqqət ayırdı.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıATƏT-in Minsk qrupu yaradılıb. Aprel hadisələrindən sonra Minsk qrupu yalnız bir görüş keçirdi.ATƏT-ə sədrlik edən ölkə kimi Almaniya bu istiqamətdə yeni təşəbbüs irəli sürəcəkmi?

- Aprelin əvvəlində qarşıdurmaların şiddətlənməsindən sonra Minsk qrupu ölkələrinin nümayəndələri Vyanada üç dəfə görüşüblər. Almaniya Minsk qrupunun və onun həmsədrlərinin səylərini dəstəkləməyə davam edəcək.

- Azərbaycanda belə bir təəssürat yaranıb ki, Qərb dövlətləri, o cümlədən Almaniya Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrlə bağlı daha çox aktivlik nümayiş etdirir, lakin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşmırlar. Bunu necə şərh edərdiniz?

-ATƏT-in Almaniya sədrliyi xüsusilə 2016-cı ilin aprelində təmas xəttində vəziyyətin gərginləməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və tərəflər arasında gərginliyin azaldılması ilə bağlı beynəlxalq səylərə aktiv şəkildə cəlb olunub. Almaniya Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməkdə davam edir və onlarla sıx əlaqədədir. Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada və 20 iyunda Sankt-Peterburqdakı görüşlərinin davamı olaraqATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin monitorinq fəaliyyətinin genişləndirilməsi işini güclü şəkildə dəstəkləyir. HəttaATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri FrankValter Ştaynmayerdə iyunun 29-30-da regiona səfəri zamanı bu məsələni qaldırıb. Eyni zamanda o, münaqişənin həlli ilə bağlı substantiv danışıqların başlanması üçün güclü çağırış edib. Fəaliyyətdə olan sədr həmçinin səfir Bexleri Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edib. O da öz növbəsində Almaniya sədrliyinin fəaliyyətinə aktiv şəkildə dəstək verir.

- Öncəki müsahibələrində cənab Ştaynmayer 2015-ci ildə ikitərəfli iqtisadi əməkdaşlığın təkmilləşdirilməsinin önəmini qeyd edib. Ümumilikdə 2016-cı ilin ilk 8 ayı ərzində iqtisadi göstəricilər barədə nə deyə bilərsiniz?

- 2015-ci ildən başlayaraq karbohidrogen bazarlarında gözlənilməz hadisələr səbəbilə Azərbaycan bir qədər çətin vəziyyətə düşdü. 2016-cı ildə ÜDM-un azalması və digər mənfi göstəricilərə baxmayaraq, Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 770 milyon ABŞ dollarına çatıb. Azərbaycan bizim Cənubi Qafqazda ən mühüm ticarət tərəfdaşımız olaraq qalır. Almaniya şirkətləri iqtisadiyyatın yenidən canlandırılması üçün Azərbaycan ilə əməkdaşlığa hazırdır.

- Yaxın vaxtlarda hər hansı qarşılıqlı səfərlərin reallaşması gözlənilirmi?

- Bu ayın sonunda Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franzın başçılıq etdiyi Ticarət və İnvestisiya üzrə Yüksək Səviyyəli İşçi Qrupunun Azərbaycana səfəri gözlənilir. Biz həmçinin yanvarda Berlində keçiriləcək "Beynəlxalq Yaşıl Həftə” kənd təsərrüfatı sərgisinə Azərbaycan nümayəndə heyətinin də qatılacağına ümid edirik. Hər iki ölkə rəhbərlikləri Azərbaycan və ya Almaniyada həmişə olmasa da, beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.




İmza:

“Ədəbiyyat kütlənin qəbulu yox, fərdlərin qəbuludur” - MÜSAHİBƏ

Rusiyanın ermənilərlə bağlı 105 il öncəki - Planı

Keçmiş baş prokuror: “Müşfiqin cinayət işində gördüm ki, Səməd Vurğun...” – MÜSAHİBƏ

Gənc yazar: “Mən ölü doğulmuşam”

AY LAÇIN, CAN LAÇIN, CAN SƏNƏ …

HİDAYƏT ELVÜSALLA AQİL ABBAS BİR BALACA DƏRDLƏŞDİ

“Ərəblər 100 gülləyə 5 ördək vururlar” - Dünya şöhrətli ovçu ilə müsahibə

Nəriman Əbdülrəhmanlı yaddaşını heç kəsə vermək istəmir

Müştərilərini davamlı müxtəlif hədiyyələrlə sevindirən turizm şirkəti

Fuad Ələsgərov: "Aleksandr Lapşin gedəcəyi yeri..." - MÜSAHİBƏ

“Azərbaycanı bir region kimi yox, bir ölkə kimi tanıtmağa çalışırıq” - MÜSAHİBƏ

"O kapitanlar saytlara irad tutmaqdan başqa heç nəyə yaramır” - Baş redaktor sirlər açdı

SON XƏBƏRLƏR
2017-10-21


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK