adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Noyabr 2016 14:34
100977
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.



                                                                            ***

Mehdi Hüseynzadə: "Özünü tərifləməyən insandan yox, özünü tərifləyən, insandan qaçın”.



                                                                             ***



Elməddin Muradlı: "Yol polisindən sürücülərə endirim kampaniyası. Öz xoşuna gələnlərə çay-kofe, ləbləbi”.



                                                                            ***



Aygün Məmmədova: "Qar yağır. Uşaqlığım yadıma düşür. Qardaşımla həyətdə saatlarla qartopu oynayırdıq, növbə ilə bir-birimizi xizəkdə sürərdik, ayaqlarımız, əllərimiz buz bağlayardı, evə girib peçin yanında əlcəklərimizi, çəkmələrimizi azca isidib bir də düşərdik. İndi qar yağır və mən qayıtması mümkün olmayan uşaqlığımı axtarıram”.



                                                                             ***

Yusif Məhəmmədoğlu: "Əvvəllər ölməkdən qorxurduq, indi yaşamaqdan...”


                                                                            ***



Nisa Rəhimova: "Həyat adamı elə başıaşağı fırladır ki, sanki beyninə qan sızır və elə bilirsən ki, hər şeyin sonudur. Və bu anda qucaq dolusu yaxşı insan yadıma düşür. Bir də görürəm ki, ağzım qulaqlarıma çatıb”.



                                                                            ***



Orxan Saffari: " Təsəvvür elə bu gün hamıdan tez durmuşam ki, səni məndən əvvəl heç kim fikirləşməsin”.


                                                                            ***



Etibar Hüseynov: "Facebook”da hamı, "havadan xaş, xəngəl, qutab iyi gəlir" yazır. Gör heç kitab adı çəkən var?..”



                                                                            ***



Səbinə Paşayeva: "Pəncərədən baxıram. Qar elə narın-narın, elə nazlana-nazlana yağır ki, əriyəcəksən, sən də torpağa qarışacaqsan deyib, qışqırmaq istəyirəm. Kimdir ee eşidən...”



                                                                            ***


Toğrul İsmayıl: "Ətin qiyməti artdı. Məncə, yaxşı da oldu. Parklarımız var və parklarımızda yaxşı qazonlu sahələr var. Gedək gəzək, qazondan falan nuş edək də. Gül kimi sağlamlığımızın qeydinə qalırlar, siz də bunu başa düşmürsünüz...”



                                                                             ***



Hacıağa Əliyev: "Quşlar qarışqaları yeyir, amma quşlar öləndən sonra qarışqalar onu yeyir. Kimin kimi yeyəcəyinə zaman qərar verir. Bir ağacdan milyon dənə kibrit çöpü düzəltmək olar, amma milyon ağacı yandırmaq üçün bir kibrit çöpü bəs edir”.



                                                                        

Sübhan Mahmudov