ANA SƏHİFƏ / TEXNOLOGİYA

Amerika Ticarət Palatası: Azərbaycanda internet tarifləri yüksəkdir

22646    |   2016-11-21 19:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hazırda Azərbaycanda 1-ci səviyyəli iki İnternet Xidmət Provayderi olan "Delta Telecom” və "AzerTelecom” arasında qarşılıqlı əlaqə yoxdur, bu da xidmət səviyyəsinə öz mənfi təsirini göstərir və onların müştəriləri üçün informasiya təhlükəsizliyi ilə bağlı müəyyən risklər yaradır.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham”) hazırladığı "Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” ("Ağ sənəd – White paper”) adlı sənəddə, İnformasiya Kommunikasiya texnologiyaları ilə bağlı tövsiyələrdə bildirilir.

"AmCham”ın ölkə prezidentinə təqdim etdiyi sənəddə deyilir ki, Azərbaycanda internet tarifləri yüksəkdir: "Bu qarşılıqlı əlaqənin çatışmazlığı həmçinin ölkədə internet tariflərinin yüksək olmasının da səbəbi hesab olunur”.

"Ağ vərəq”də ötən ilin noyabrında "Delta Telekom”da baş vermiş qəza haqqında da məlumatlar yer alıb: "Hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (XRİTDA) dövlət qurumlarına 2-ci səviyyəli İnternet Xidmət Provayderi kimi xidmət edir. XRİTDA öz internet mənbəyini 1-ci səviyyəli İnternet Xidmət Provayderi olan "Delta Telecom” şirkətindən əldə edir. Ötən ilin 16 noyabr tarixində "Delta Telecom”da qəza baş verib və bunun nəticəsində dövlət qurumlarının internetlə təminatında dayanmalar olub. Tövsiyəmiz ondan ibarətdir ki, XRİTDA ehtiyat internet mənbəyinin olması üçün yuxarıda göstərilən 1-ci səviyyəli provayderlərin hər ikisindən istifadə etsin. Biz həmçinin ölkə üçün çox önəmli hesab olunan bəzi şirkətlərdə də ehtiyat mənbədən istifadənin tətbiqinin dövlət tərəfindən tənzimlənməsini də tövsiyə edirik. Həmçinin, ölkənin 2 birinci səviyyəli İnternet Xidmət Provayderi arasında qarşılıqlı əlaqənin yaradılması məsələsi ölkə üçün mühüm hesab olunur və bu işi gecikdirmək olmaz. Nəticədə ölkədə son istifadəçilər üçün internet tariflərinin azaldılmasına da müsbət təsir göstərəcək” – sənəddə qeyd olunur.




İmza:
SON XƏBƏRLƏR
2017-02-22
2017-02-21


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir cavan gürcü Urusetdə toyuq oğurlayır, tuturlar. Atası gedib bir yaxşı vəkil tutur. Vəkil də deyir qorxma ey, oğlunu elə məhkəmə zalından açıb buraxdıracam.

Məhkəmə gedir. Vəkil çıxış edir:

- Yoldaş hakimlər, siz nə danışırsız, bizim bu Vano heç toyuq oğurlayarmı? Heç ona yaraşarmı gedib toyuq oğurlasın? Heç bilirsiz o hansı nəslin nümayəndəsidi? Onun dayısı Otar Tiflis bankını yarmışdı, düz bir milyon pul aparmışdı. İndi Vano kakoy-nibud toyuq oğarlasın? Əmisi Tengiz Qoridə bir gülləylə iki adam öldürmüşdü. İndi Vano kakoy-nibud bir toyuq oğurlasın? O biri əmisi Mixail bir milyonerin iki uşağını birdən aparmışdı, sonra düz iki milyon alıb buraxdı. İndi Vano kakoy-nibud bir toyuq oğurlasın?

Babası Ancorun Tiflisdə kəsmədiyi baş qalmamışdı, camaat onu küçədə görəndə siçan deşiyi axtarırdı. İndi Vano kakoy-nibud bir toyuq oğurlasın? Heç nəslinin adına yaraşar, nəslini belə ucuz eləyər – kakoy-nibud bir toyuq...

Məhkəmə gedir müşavirəyə. Qayıtdıqdan sonra hakim hökm oxuyur:

- Vanonun gələcək cinayətlərini nəzərə alaraq cəzasını ciddi rejimli islah müəssisəsində çəkməklə on beş il azadlıqdan məhrum edilsin.





digər lətifələr
ARXİV
FACEBOOK