adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Noyabr 2016 17:24
44492
TEXNOLOGİYA
A- A+

Bakı aeroportunun yeni saytı təqdim olundu

Heydər Əliyev Beynəlxalq Aeroportunun www.airport.az saytı yenilənib.

Saytda təkcə dizayn yenilənməyib, həm də interaktiv servislər əlavə olunub – reysin axtarışı, itirilmiş baqaj üzrə sorğu, həmçinin hava limanının ərazisində və onun terminallarında 360 fototur.

Bundan əlavə, sərnişinlərin rahatlığı üçün sərhəd və gömrük xidmətlərindən keçid qaydaları, transfer reyslərlə səyahət edənlər üçün məlumat, kafe və restoranlar, mövcud xidmətlər haqqında informasiya, eləcə də hava limanından paytaxt Bakıya hərəkət edən nəqliyyat vasitələri barədə məlumat burada toplanılıb.

Veb-saytın fəaliyyəti üzrə təkliflərinizi, eləcə də sual və iradlarınızı[email protected]ünvanına, həmçinin "Facebook” -www.facebook.com/BakuAirport, "Instagram” –www.instagram.com/BakuAirportvə "Twitter” -www.twitter.com/BakuAirportsosial şəbəkələri vasitəsilə göndərə bilərsiniz.