Bakı aeroportunun yeni saytı təqdim olundu
Heydər Əliyev Beynəlxalq Aeroportunun www.airport.az saytı yenilənib.
Saytda təkcə dizayn yenilənməyib, həm də interaktiv servislər əlavə olunub – reysin axtarışı, itirilmiş baqaj üzrə sorğu, həmçinin hava limanının ərazisində və onun terminallarında 360 fototur.
Bundan əlavə, sərnişinlərin rahatlığı üçün sərhəd və gömrük xidmətlərindən keçid qaydaları, transfer reyslərlə səyahət edənlər üçün məlumat, kafe və restoranlar, mövcud xidmətlər haqqında informasiya, eləcə də hava limanından paytaxt Bakıya hərəkət edən nəqliyyat vasitələri barədə məlumat burada toplanılıb.
Veb-saytın fəaliyyəti üzrə təkliflərinizi, eləcə də sual və iradlarınızı[email protected]ünvanına, həmçinin "Facebook” -www.facebook.com/BakuAirport, "Instagram” –www.instagram.com/BakuAirportvə "Twitter” -www.twitter.com/BakuAirportsosial şəbəkələri vasitəsilə göndərə bilərsiniz.
Digər Xəbərlər
17 Aprel 2024 21:00
Türkiyədə "Baykar" şirkətinin yeni qanadlı raketi sınaqdan keçirildi - VİDEO
16 Aprel 2024 18:40Saxta nömrələrdən zəng gələrsə, diqqətli olun - XƏBƏRDARLIQ + VİDEO
16 Aprel 2024 18:17Azərbaycanda bu provayderlər cərimələndi
16 Aprel 2024 16:01Bakcell böyük dəyişiklər astanasında
15 Aprel 2024 09:56