adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
21 Noyabr 2016 15:26
26483
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Həkim əməliyyat otağından çıxır, xəstənin qohum-əqrəbası tökülüşür üstünə. Həyəcanla soruşurlar ki, nə oldu?

Həkim:

- Narahat olmayın, yaxşı qurtardı. Amma hələ bir həftə reanimasiyada qalacaq, iki nəfər qohum da yanında qalmalıdı. Sonra köçürəcəyik palataya, üç ay da orda qalmalıdır, yenə də yanında iki nəfər qohumu olmalıdı, biri çayını-suyunu versin, biri də ayaq yoluyla məşğul olsun. Ondan sonra getməlidi Yesentukiyə, altı ay da orda sanatoriyada qalmalıdır, yenə mütləq yanında iki qohum olmalıdı. Ondan sonra…

Qohum-əqrəba hamısı bir-birinin üzünə baxır, dilxor olurlar, əvvəlkindən də artıq həyəcanlanırlar.

Həkim:

- Ay qohumlar, təlaşlanmayın, xəstə öldü.