Aqil ABBAS: NƏ MÜSAHİBƏ VERSƏM DAHA ÇOX SÖYÜLƏRƏM?!

AQİL ABBAS
245965 | 2016-11-18 14:02

Şamaxıda Sabirənənəsini davam etdirən çox maraqlı bir şair yaşayırdı – Qürbət Əziz, yeri behiştolsun. Şeirlərini də hərdən yalnız bizə göndərirdi, mən də məmnuniyyətlə çap edirdim.Həyatda da bircə dəfə görüşmüşdük. Ən çox sevdiyim şeirləri də «Bu millət Allahın möcüzəsidi», «Vallah, bu millətə göz dəyəsidi». Arxivi gərək axtaram, onun şeirlərini yenidən dərc edəm.Sabir min illər yaşayacaq şeirlər yazdığıkimi, onun da şeirləri həmişə aktualdı.

Bir məşhur ifadəsidə vardı: «Millət deyilik ey, kefik başdan-ayağa».

Ötən həftə beləbir replika yazmışdım qəzetdə: «Hadı Rəcəbli,Əhəd Abıyev, Elza Seyidcahan, Xoşqədəm Hidayətqızı, bəs sabah kim?!»

Sabah da hörmətlimillət vəkilimiz, həmişə xalqın sözünü yüksəktribunalardan deyən Vahid Əhmədov oldu. Bir gün sonra Vahid Əhmədovu tək qoymadımvə elə mən özüm oldum.

Manşetlərə çıxarmışdılarki, Vahid Əhmədov deyir ki, deputatlar 2200 manat maaş alır, bu da azlıq edir və sair və ilaxır. Və heç kəs maraqlanmadı ki, Vahid Əhmədov doğrudanbu sözü deyib, ya deməyib. Və sonra da məlum oldu ki, Vahid Əhmədov bu sözü deməyib. Amma kimdi ey buna fikir verən,müzakirələr gedir, həm qəzetlərdə, həm saytlarda,həm də sosial şəbəkələrdə.

Təbii ki, mənədə, yadımdan çıxıb hansı saytıydı, telefon açdılar və Vahid Əhmədovun dediyi ilə bağlı bir açıqlama istədilər. Mən də bildirdim ki,şəxsən Vahid Əhmədovdan bu sözüeşitməmişəm, ikincisi də deputatlarınmaaşı 2200 deyil, 1750 manatdı. Düzdür, məno birideputatlardan 60 manat artıq maaş alıram, Əməkdar jurnalist olduğuma görə. Soruşdularbu maaş sizə çatır? Mən də bildirdimki, mənim üçün fərq etməz, az olar az xərcləyərəm, çox olar çox xərcləyərəm və maaşımdannarazılıq eləmirəm.

Görürəm indisaytlar parthapart paylaşır ki, Aqil Abbas deyir, deputatların maaşları artırılmalıdır. Vəssalam! Söy ki söyəsən. Əvvəla, mən belə birsöz deməmişəm. Sadəcə olaraq, bildirmişəm ki, keçmiş SSRİ məkanında ən az deputat maaşı Azərbaycandadı,hətta Dağıstanda da, eləcə də Gürcüstanda da deputatlar bizdənçox maaş alır. Və bir də deputatların maaşını çox görənlərə bir mesaj vermişəm ki, o maaş nələrəxərclənir. Təkrar eləmək istəmirəm. Saytlar damənim müsahibəmi olduğu kimi çap eləmirlər,özlərinə sərf edən kimi müsahibədən bir parçanı çap edirlər və kontekstdən də çıxarırlar. Sağ olsunlar.

Dəfələrlə mənimmüsahibələrimdəki fikirlər kontekstdən çıxarılaraqmanşetlərə daşınıb və heç kim həmin müsahibəni oxumadan konstekstdən çıxarılıb manşetə daşınanyarımçıq bir fikri müzakirə eləməyə başlayıb.

Elə bu günlərdə«ölüm cəzasının Azərbaycanda bərpa edilməsi mümkündürmü»-deyə mənə sualvermişdilər. Mən də bildirmişdim ki, bu mümkün deyil. Əvvəla, ölüm hökmünün ləğvolunması ilə bağlı sərəncama Ulu Öndər HeydərƏliyev imza atıb. Yəni onun sərəncamını ləğv etmək olmaz. Və onu da qeydetmişdim ki, ölüm cəzasının tətbiqi heç dəcinayətlərin azalmasına təsir göstərə bilməz və misallar çəkmişdim. Bir də onu demişdim ki, amma hər bircinayətin adekvat cəzası olmalıdı.

Bir də baxıbgörürəm ki, «Moderator.az»da şair Aqşin Yenisey deyib, Aqil Abbas özünü Mili Məclisin qabağında yandırsın. Niyə belə hirslənib şair?Çünki müsahibəni oxumadandüşük saytlardakı demədiyim sözün manşetə çıxarılmasıdı. Yəni mən guya ölüm hökmününtərəfdarıyam və demişəm ki, ölüm hökmü bərpa olunmalıdı. Şair mənibağışlasın ki, özümü Mili Məclisinqabağında yandırmadım.

Bir soğan söhbətidə vardı, yenə kontekstdən çıxarmışdılar.«Azadlıq» radiosu məndən müsahibə götürmüşdü. Sual dabeləydi ki, kəndlilər işsizdi. Mən də cavab vermişdim ki, dövlət kəndlilərə torpaq payı verib, getsin əksin, soğan əksin, nə istəyir əksin. Vay dədəm, vay, hələ də həmin soğanıçeynəyirlər. Əkməsin, qardaşım, torpağında futbol meydançası düzəltsin.

Yeri gəlmişkən,Bərdədə bir qohumun təsərrüfatı var, mənədedi ki, təkcə soğandan 1 milyon manat pul götürmüşəm.

Nə isə… Ondansonra evdə mənə embarqo qoydular ki, nə heçhara müsahibə vermə, nə də televiziyaya çıxma. Neçə ay nə televiziyaya çıxdım, nə dəmüsahibə verdim.

Əslində beləhücumlar ondan ötəridi ki, özü də bunu müəyyən qüvvələr təşkil edir, danışa bilən ziyalıları susdursunlar. Amma indi yenidən hörmətetdiyim jurnalistlərin müəyyənsuallarına cavab verirəm. Və dərhal dabelə məsələlər yenidən qalxır və susdurmağaçalışırlar. Susmayacağıq. Yazın, söyün,təhqir edin. Əsas odu bilirsiniz nədən ləzzət alıram? O yazıb, söyüb, təhqir edənlərməni görəndə pişiyə dönürlər.

O gün də «Azadlıq»radiosundan zəng ediblər ki, əhali arasındasorğu keçirilib və sorğuda iştirak edənlərin neçə faizisədeyib ki, ölkədə rüşvət var, bununlabağlı sizin münasibətinizi bilmək istəyirik.Mən də qısa cavab verdim ki, mən nə rüşvət alıram, nə də rüşvət verirəm. Siz bu sualı rüşvət alanlara və rüşvət verənlərə yönləndirin.Bilmirəm, indi nə yazdılar, nə yazmadılar. Buyurun, bunu da müzakirə edin.

Qaldısöyüşməsələsinə, mənbiryazıçıyamşifahixalqədəbiyyatınaçoxgözəlbələdəm. Azərbaycandilindəqədərsöyüşvarsa, bilirəm. HəttagörkəmlişairmizƏjdərOlməqalələrininbirindəyazmışdıki, AqilAbbasdünyanınənsöyüşcülbaşredaktorudu. Ammamənhəminsöyüşlərisizədemirəm, hayıfdı, həmayıbdı.

AllahQürbətƏzizərəhmət eləsin, millət deyilik ey, kefik başdan-ayağa.


TƏQVİM / ARXİV