ANA SƏHİFƏ / YAZARLAR

Mən necə dəli oldum – IV Yazı

38906    |   2016-11-16 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gecələr bu palatada yoxa çıxmış, sanki boz divarlar onu içinə çəkmişdi. Xəstəxanada günlər bir-birinə bənzəmirdi. Günəşin doğulması, insanların sevincləri, əyləncələri bizdən kosmos uzaqlığı qədər ucsuz-bucaqsız yerdə, əl çatmaz idi. Bizim dünyamızda gözyaşı, anlaşılmazlıq, hamının çıxıb getməyi, tənhalıq vardı.


Palatada boyu az qala 2 metrə çatan dilini qəfəsə qoymadan sözləri üyüdən bir rus dəlisi vardı. Nə gecə, nə də gündüz bilmirdi. Ayaq üstə fasilə vermədən danışırdı. Qəzəblənəndə divarlarla danışırdı, arada bir yumruğunu da işə salırdı. Xəstələrlə danışmazdı. Özündən başqa heç kimi olmayan tənha bir insan idi. Ona yaxınlaşamağa çəkinirdim. Boyunun uzunluğu, vampir dişləri məni ürküdürdü. Gözlərində isə sonsuz və tərifsiz kədər mövcudluğunu qoruyurdu.


Qəfil xəstəxanın dəmir qapısı açıldı. Tez də kilidləndi. Elə bildim sevdiyim qız gəlib. Sonra sükut çökdü, hər yer qaranlığa qərq oldu. Birdən hər şeyin arxada qaldığını anladım. İçimdən getmək istədim. Dayandım. Qorxu içimi titrətdi. Sonra nəsə qəribə bir hiss məni ağuşuna aldı, kürəyimdə istilik hiss etdim. Boğazıma qəhər doldu, ağladım. Yerə çömbəlib gözümün yaşını axıtdım. Gözümün önündən bulanıq, yaşıl xətlər keçirdi. İstilik damarlarıma yayıldıqca gözlərim qapanırdı.

Gözlərimi açanda tavanda ağ, gur işıq seli üzümə bərq vururdu. Tavanda Tanrının qəzəbli gözlərini gördüm. İçimdən burulğan keçdi, nəfəsim kəsilirdi. Yaşıl, ağ-qara xətlər də tavanda görünməyə başladı. Qulağımda insanların pıçıltıları duyulurdu. Zolaqlar çoxalmağa başlamışdı. Qorxu, təşviş, həyəcan. Tanrı ağuşuna alırdı məni. Qışqırdım. Boğazım cırılana kimi çığırdım: Tanrını gördüm! Tanrını gördüm! Bulanlıq görüntüdə ağ rənglər peyda olmuşdu. Əllər yaxınlaşırdı, sonra uzaqlaşırdı. Səslər uğultuya çevrilmişdi. Sonra qaranlıq uddu məni.


Səhər tezdən dəlilər qarşımda eyni ifadə ilə üzümə baxır, heç qıllarını qıpırdatmırdılar. Onların bu halı məni daha da qəzəbləndirirdi. Axı nə baş vermişdi? Susqun gözləri nəsə deyirdi əslində. Bəlkə də gecəki üsyanım onlara toxunmuşdu. Dəstək olmaq üçün ətrafımda susmuşdular. Pəncərdən isə qar yağmağa başlamışdı.


Axşam pəncərdən küçəyə baxırdım. Ağarmış ağaclara baxıb, onlara gözəl günlərin gələcəyindən gap edirdim.


Sonra həkimlər iynə gətirdilər. Onlara başıma gələnləri nağıl etdim. Dinləyir, tez-tez əlləri ilə alnımı yoxlayırdılar.


- Yorulmusan – deyən həkim qoluma iynə vurdu. Yenə eyni hiss: istilik və boşluq içimə axdı. Anladım ki, həyatımda dərin bir boşluq var. Mən daim böyük boşluqlara yuvarlanmaqla məşğulam. İçimdə böyük bir tənhalıq oturub, onu özümdən uzaqlaşdırmağı bacara bilmirəm. İçim qara qutu kimidir: nə kilidi var, nə deşik yeri. Ona görə məni anlayan, çözən adam azdı. Bəzən hər şeyi danışsam da heç nəyi deyə bilmədiyimi gözəl anlayıram.


Dəlilərlə bir yerdə siqaret çəkirdik. Uzaqdan duman bizim taleyimizi əks etdirirdi. Dəlilər siqareti acgözlüklə içlərinə çəkirdi. Qəfil kök, cüssəli dəli başına qapaz vura-vura ana deyə çıırmağa başladı. Hamımız onu seyr edirdik. Sanki tamaşa göstərirdilər. Ağ xalatlılar hərəkətə keçib, kök dəlinin qollarından yapışdılar. Əllərindən xilas olub, məni bərk-bərk qucaqlayıb, bağrına basdı. Göz yaşları üzümə yayılırdı. Ana deyə fəryad qoparırdı. Sonra ağ xalatlı adam ona iynə vurdu. Göz yaşıları üzünü yumuşdu. 


Palata sükuta qərq olandan sonra kök dəlinin gecə hıçqırtıları qulaqlarımda cingildəyirdi...



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK