MƏLƏKLƏRİN QORUDUĞU ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
68428 | 2016-11-15 17:00

Aslan Mehdiyevin70 yaşına bir dost xatırlatması

Təqribən 25-26 ilbundan öncənin söhbətidi. Daha doğrusu, həyat gerçəkliyidi, söhbət deyil. Və bugerçəklik indinin özündə də bütün çalarları ilə yadımdadı. Az qala saatını da, dəqiqəsinidə xatırlayıram. Təkcə ona görə yox ki, həmin o məqamlar mənimlə, taleyimlə bağlıdır.Yox! O həm də işğal olunmuş torpaqlarımızla, həmin o illərin hadisələri ilə əlaqəlidi,necə deyərlər, o dərdlərin içindən çıxıb gəlib mənim yaddaşıma!.. Və mən də həminməqamları xatırlayanda, o illərin şahidləri ilə qarşılaşanda və nəhayət, onun özüilə üz-üzə gələndə yenidən yaşayıram, yenidən vərəqləyirəm o tarixi. Və…

Bəli, onda torpaqlarımızınbir iynə boyu ölçüsü də işğal olunmamışdı. Onda hər kəs öz evində-eşiyində idi.Onda hər kəs öz işığını özü yandırırdı, öz həyət-bacasını, gün-güzəranını, ruzi-bərəkətiniözü nizama düzürdü. Çünki hər kəsin ayağının altında doğulduğu torpaq, hər kəsin sığındığı öz yuvası idi…

Mənim Tuğ kəndimdə yerində idi, onun Yuxarı Yağlıvəndkəndi də. Və Füzuli şəhəri onun da, mənimdə gəncliyimizin, iş-gücümüzün əsas ünvanı kimi almışdı bizi qoynuna. Və beləcəmən yalnız rəsmi tanıdığım, barəsində eşitdiyim bir insanla onun da, mənim də kəndimyerində olduğu bir məqamda tanış olduq. O zamanların termini ilə ifadə etsək, Füzulirayon partiya komitəsinin birinci katibi idi. Və bu vəzifəyə Cəlilabad rayon İcraiyyə Komitəsinin sədri vəzifəsindən gətirilmişdi. Özü də eləbir vaxtda gətirilmişdi ki, artıq sərhəd kəndlərdə, xüsusilə mənim yaşadığım kənddə ov, yəni quş tüfəngləri «dil-dil» ötür, gərginlik narahatlıqpillə-pillə yüksəlir, əsəblərin dərəcəsi getdikcə yüksəlirdi.Özü də təkcə ermənilərlə bağlı deyildi bu gərginlik. Bütün Azərbaycanda, o cümlədənFüzulidə də bir xalq hərəkatı başlamışdı, siyasi atmosfer get-gedə tündləşir, adamlarazadlıq ideyalarının işığını sezməyə başlayırdılar. Bax, bu da rayonun rəhbərlərininidarəetmə sahəsində problemini bir az da artırırdı. Amma burda bir məqam da varidi. Onu mütləq yazmalıyam.O da şəxsi nüfuzdu. Şəxsi nüfuzu olan birinci şəxslər dediyim o gərginliyi nisbətənaz yaşayırdılar, ona nəzarət etməyi bacarırdılar. Bax, mənim qəhrəmanım da şəxsinüfuzu olanlardan biri idi…

Bəli, Füzuli rayonundahadisələrin bu ilk dönəmində partiya fəallarının iclası keçirildi. Aslan Mehdiyev rayon partiyakomitəsinə birinci katib seçildi. Təbii ki,həmin vaxtlar bu seçimin adi bir qəzet adamı kimi mənimüçün elə bir böyük önəmi yox idi. Mən rayonun «Araz» qəzetində işləyirdim və adibir müxbirin birinci katibin kim olması barədə düşünməsi,yumşaq desək, məntiqsiz görünə bilərdi. Elə ona görədə belə məsələlərə o qədər də reaksiya vermirdim. Amma,sən demə, bu seçim mənim də taleyimdə seçim etmək məqamını gündəmə gətirirmiş.Və bu məqam da gəlib çatdı. Günlərin bir günümərhum müəllimim, kəndimizin ağsaqqalı Niyaz Cahangirov məni yanına çağırıbbircə kəlmə dedi:

- Aslan Mehdiyevsəni yanına çağıracaq. Gedib onu dinləyərsən. Nə desə, razılaşarsan.

Təbii ki, müəllimimə«baş üstə» deyib getdim işimin dalınca. Bu söhbətdən bir-iki gün sonra qəzetin redaktoru,peşəkar jurnalist, hörmətli Məcnun Namazəliyev məni otağına çağırıb bildirdi ki,«tez get raykoma, səni çağırırlar». Mən təəccüblə üzünə baxdım. O da tam səmimi bir şəkildə çiyinlərini çəkərək «niyəçağırdıqlarını bilmirəm» dedi. Narahat bir durumda rayon partiya komitəsinə gəldim.Aslan müəllim məni qəbul etdi. Bir az vəziyyətdən,Qarabağdakı hadisələrdən danışdıq. Sonra ərklə dedi ki, məsləhət gördüm sən də Stepanakertdəkitəşkilat komitəsində işləyəsən. Həm vilayət ərazisini yaxşı tanıyırsan, həm ermənidilini bilirsən, həm də bizimöz nümayəndəmizin orada olması baş verənlərdən vaxtında xəbər tutmağımıza imkanverər.

Bu gözlənilməz təklifdənbir an susub razılıq verdim. Və beləcə başladı mənim həmin dövrün siyasi burulğanınadüşməyim. İnanın ki, o gündən sonra hər dəfə Aslan müəllimlə görüşüb söhbət edəndə, dəfələrlə onunlabirlikdə Stepanakertə səfər edəndə mən bu insanın iç dünyasına bələd olmağa başladım.Gördüm ki, bu insan məmurluqdan yerlə göy qədər uzaqdı. Bütün varlığıyla sadə, təbii,el-oba adamıdı. Elə danışığı da sadədi. Ən vacib məsələni, ən ciddi problemi o qədərsadə məntiqlə izah edir ki, razılaşmaya bilmirsən. Hətta sənə elə gəlir ki, onundedikləri elə sənin düşündüklərindi. Bax, mən o yol yoldaşlıqlarımızın içərisindəözüm üçün bir Aslan Mehdiyevkəşf etdim. Hamının birinci katib kimi qəbul edib müəyyənidarəçilik, tabeçilik məsafəsi saxladığı Aslan Mehdiyevin ürəyini gördüm. Və başadüşdüm ki, müxtəlif partiya komitələrində çalışmış bu insan özünü içdən qoruyur,məmurlaşmağa, xalqdan uzaqlaşmağa iç dünyasına, ürəyinə imkan verməyibdi. Bu daonun torpağa, ailəyə, kəndə, tanıdıqlarına bağlılığından qaynaqlanan bir şərt idi. Yəni o həm torpaqadamı idi, həm də el-oba adamı. Ona görə də rayon mərkəzinə çıxanda bəzi məmurlarkimi özünü çəkib dayanmırdı. Ona yaxınlaşan hər kəslə hal-xoş edirdi. Adamları azqala adıyla, soyadıyla çağırır, ailəni, uşağı soruşurdu. Mən bu xüsusiyyəti dahaiki adamda görmüşdüm. Onlardanbiri rəhmətlik Cavanşir Məmmədov, biri də bu gün dostluğundan qürur duyduğum, mənimüçün çox dəyərli bir ziyalı olan Nəbi Muxtarovdur.Bax, mən Aslan Mehdiyevlə Stepanakertə gedəndə və yaxud geriyə qayıdanda yol boyuetdiyimiz söhbətlərin demək olar ki, bütün mahiyyəti Qarabağın taleyi idi, torpaqlarımızıgözləyən fəlakət idi. Və Aslan müəllim bu söhbətləri daxili bir narahatçılıqla,mənimlə çözdüyü məqamlarda həmişə bir fikri xüsusi qabardırdı. Vurğulayırdı ki,sayıqlığı itirmək olmaz. Bu oyunun başında ermənilərin güvəndikləri dayanırlar.Ermənilərdə bu ağılyoxdu. Onları ortaya atanlarvar. Ona görə daha böyük düşmənə müqavimət göstərməyə, cavab verməyə hazır olmalıyıq.Amma onu da vurğulayırdı ki, başımızın üstünü alan müharibəni quş tüfəngi ilə qarşılamalıolacağıq. Çox qorxuludu. Mütləq nələrsə edilməlidi, mütləq ordu yaradılmalıdı. Özünümüdafiədənorduyakeçməyin sürətini artırmaq, səfərbər olmaq lazımdır.

İndiki kimi yadımdadı.Stepanakertdə Təşkilat Komitəsinin iclası çox uzun çəkdi. Tədbirbaşa çatandan sonra gecənin qaranlığında Əsgəranı keçmək, Ağdama gəlmək, sonra Martuni qəsəbəsindən ötüb Füzuliyə getməklazım idi. Adətən yol bu cür qəbul olunmuşdu. Amma hadisələr başlayandan sonra dahaçox Ağdam- Ağcabədi-Beyləqan-Füzuli yolundan istifadə olunurdu. Yəni təhlükəsizlikbaxımından heç kim risk etmək istəmirdi. İndi bu faktı yazdığım məqamda da inanabilmirəm ki, Aslan müəllim niyə o boyda risklər edirdi. İnanın ki, hansı vaxtdan,hansı saatdan asılı olmayaraq, o hər dəfə Martuni qəsəbəsindən keçməklə Stepanakertəvə yaxud Ağdama gəlirdi. Və mən hər dəfə düşünürdüm ki, indi bu qəsəbənin içərisindənə isə baş verəcək. Yolu bağlayan ermənilər bizi daş-qalaq eləyəcək,atəşə tutacaq və yaxud girov götürəcək. Amma hər dəfəsürücüyə maşını sürətlə idarə etməyi tapşıran Aslan Mehdiyev sanki erməninin gözününodunu almışdı. Birinci katibin maşınını tanıyan ermənilər elə bil oddan qorxan kimipərən-pərən düşürdülər, qaçıb yoldan çıxırdılar. Beş-on dəqiqə öncə azərbaycanlılarıatəşə tutan, avtobusları daş-qalaq edən, girov götürən ermənilər həmin an tülküyədönürdülər, qorxaq tülküyə!..

İnanın ki, mən bunuAslan müəllimə xoş gəlmək üçün yazmıram. Hətta Qurana da əl basıb and içə bilərəmki, mən onunla gecələr Stepanakertdən qayıdıb Martunidən keçib Füzuliyə gedib çatandaözümü səngər yarıb gəlmiş döyüşçü kimi hiss edirdim. Və bu barədə bir dəfə anamasöyləyəndə yazıq arvad əlini dizlərinə çırpdı ki, sizin başınız xarab olub? Adamda ilanın yuvasından keçib gedər, özü də indiki vaxtda. Mən də gülə-gülə onu inandırdımki, Aslan müəllimi göydə mələklər, yerdə də fəaliyyət göstərən gizli ordu qrupumühafizə edir, bizə heç nə olmaz. Neyləsin savadsız anam? Dediyimə inandı və özünəgəlib «yenə də ehtiyatlı olun»dedi.

Bəli mən bu beş-altıcümləlik yazımı indi ona görə yazıram ki, kəndimin işğalından 25 il vaxt keçir.Yəni oktyabrın 31-də o işğalın 25 yaşı tamam oldu. Və mən də o xatirələrin işığında yaddaşımda, ürəyimdəizi, sözü olan insanları xatırladım. Həmin o xatirələrin fonunda Aslan müəllim gəlibdurdu gözümün önündə. Və…

Və onda anladım ki,çox yaxın günlərdə Aslan müəllimin 70 yaşı tamam olacaq. Bu 70 ildən 25 ili çıxdım.Deməli, mən Aslan müəllimlə ömrünün 44-45-ciilində tanışlığa, dostluğa imza atmışam. Və əsrin dörddəbirini o səmimiyyətlə də yaşamışıq və indi də yaşayırıq. Məncə hər adama nəsib olmurbeləcə sakit, iç dünyanda özünlə qalmağı bacardığın bir səviyyədə yaşayasan. Bax,Allahın sevdiyi bəndələrdən olan Aslan Mehdiyev ailədə də, doğmaları yanında da,el-obası yanında da, hətta nəvələriylə əl-ələ tutub parka, bulvara gedəndə də həmino rahatlığı özüylə gəzdirir, qarşılaşdığı adamlardan üzü yana çevirmir, gözlərinigizlətmir. Çünki o həmişə xalqın yanında olubdu. Və nəhayət…

Bəli, mən dəyərlibir ziyalı, səmimi bir insan, eloğlum, dostum Aslan Mehdiyevlə bağlı bu yazınınsonunda bir məqamı da vurğulamaq istəyirəm. O da Aslan müəllimin təkcə öz övladlarının,öz nəvələrinin uğurlarına sevinməsi deyil. O həm də doğulduğu bölgənin, yaşadığıölkənin uğurlarına ürəkdən sevinməyi bacarır. Bu insanın ürəyi kindən, xıltdan təmizdi,uzaqdı. Onun ürəyində ancaq səmimiyyət,xeyirxahlıq hakimdi. Bax, mən də həmin o səmimiyyətin, o xeyirxahlığın işığındaAslan müəllimi təbrik edirəm. Və düşünürəm ki, yaxın günlərin birində o mənimləbirlikdə ən böyük arzumuz olan ünvana – Qarabağamaşın sürdürəcək. Biz yenə həmin o yolları keçib gedəcəyik… bizim yolları! O yollarbizi gözləyir. Elə biz də həmin yolların həsrətindəyik.


TƏQVİM / ARXİV