AQİL ABBAS: PƏNAH XAN MƏRKƏZ KİMİ NİYƏ AĞDAMI SEÇMİŞDİ!

AQİL ABBAS
99281 | 2016-11-15 19:35

Bildiyiniz kimi,artıq bir çox nazirliklər özlərinin regional təşkilatlarını yaradırlar və bu regional strukturlar həm idarəetməni asanlaşdırır, həmdə bir çox üstün cəhətləri var.

Amma bu regional təşkilatlar yarananda mərkəz düzgün seçilməlidir.

Məsələn, TəhsilNazirliyinin Qarabağ üzrə regional idarəsiTərtərdə yerləşir. Bura daxildi Füzuli, Xocavənd, Beyləqan, Laçın, Ağcabədi,Ağdam, Tərtər və deyəsən, Bərdə. Əslində mərkəz Ağcabədi olmalıydı. Niyə? Füzuliilə Tərtərin arası təxminən 190-200 kilometrdi.Deməli, təhsil işçisi hər hansı bir problemini həll etmək, ya sənəd üçün,ya nə bilim nə üçün Füzulidən Tərtərə getməlidivə ya Xocavənddən və ya Beyləqandan. Bir günü batdı getdi, həm də yol xərci, yemək xərci bunuda gəl üstünə. Həmin idarə Ağcabədidə yerləşsəydidüz mərkəzə düşürdü. Kilometrlə deyim, Füzuli-Ağcabədi təxminən 90-100 kilometr, Tərtər-Ağcabədi 90 kilometr,Beyləqan-Ağcabədi, Xocavənd-Ağcabədi 40-50 kilometr, Ağdam-Ağcabədi də təxminənelə və sair və ilaxır.

Hələ də gec deyil,Təhsil Nazirliyi bu haqda fikirləşə bilər. Və mən bunu heç də yerliçilik hissi ilə yazmıram. Mənim üçün Ağdam, Ağcabədi nə qədərdoğmadısa, Füzuli nə qədər doğmadısa Tərtər də bir o qədər doğmadı.

Mədəniyyət Nazirliyiözünün regional təşkilatına mərkəz kimiAğcabədini seçib və mətbuatda oxudumki, ağdamlılar buna çox ciddi etiraz ediblər, hətta müəyyən təşkilatlaramüraciətlər də ünvanlayıblar. Səbəb də onu göstəriblər ki, sənət ocağı Ağdamola-ola niyə regional mədəniyyət idarəsi Ağcabədidə yaradılıb? İnanıram ki, bu, Ağdam camaatınınbütövlükdə fikri deyil, hansısa müəyyən qruplarınişidi. Əvvəla, Mədəniyyət Nazirliyi düzgün seçim edib. Deyəsən, üç rayon baxır bura:Laçın, Ağdam, Ağcabədi. Ağcabədi də bu üç rayonun ortasındadı. Yəni əlverişli bir yerdi.

İkincisi, məsələni də o cür qoymaq olmaz ki, sənət Ağdamdadı. Ağcabədidə böyük bir mədəniyyət ocağıdı. Ən azı ÜzeyirHacıbəyovun vətənidi. Hələ mən Dədə Qorqudu,Füzulini, Aşıq Vəlini demirəm. Ağcabədi Pənah xanın doğulduğu torpaqdı. Mirzə Cəlilin ömür-gün yoldaşı,Azərbaycanın görkəmli ziyalısı Həmidə xanımın vətənidi. Mütəllim əminin, Yaqub əminin, İsi Məlikzadənin vətənidi , Ənvər Əhmədin, Əhməd Elbrusun vətənidi.

Ümumiyyətlə,belə yanaşma düz deyil. Azərbaycanın hər bölgəsi tarixə böyük şəxsiyyətlər, böyükkişilər, böyük alimlər, böyük sənət adamlarıveriblər, təbii ki, Ağdam da elə Ağdamdı.

Ağdamlılara birməsələni də xatırladım. Əzizlərim, Fövqəladə Hallar Nazirliyinin regionalidarəsi sərəncamla Ağcabədidə yaradılmalıydı, amma Ağdamda yaradıldı. Amma onda ağcabədililər üsyan eləmədilər ki, niyə dövlətin sərəncamına əməl edilməyib və niyəbu Ağdamda yaradılıb.

Orda ən əsas bir səbəb vardı. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi niyə bu qəraragəldi?

Ağcabədi yerində oturmuş bir rayondu. İnkişafı da göz qabağında, həm abadlıq-quruculuqbaxımından, həm də iş yerlərinin açılmasıbaxımından. Ağdam isə yerində deyil və Quzanlı da o zaman bir qəsəbə idi, indi şəhərstatusu alıb, elə də inkişaf etməmişdi –nə abadlıq-quruculuq baxımından, nə də iş yerlərinin açılmasıbaxımından.

Nazirlik Quzanlını ona görə seçdi ki, o qəsəbənin infrastrukturuna öz təsirinigöstərsin. Həm orda gözəl və möhtəşəm bir binatikdi, gözəl bir park saldı, parkda Ulu Öndərin büstünü ucaltdı, yüzdən artıq, dəqiq rəqəmi bilmirəm, daha çox yeni iş yerləri açıldıvə bu idarəyə həm də təkcə ağdamlılar deyil, Quzanlıya yaxın Ağcabədi kəndlərindən də mütəxəssislər cəlb edildi. Qəsəbəyə bir şur gətirdi. Neçə rayondaninsanlar Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlıQuzanlıya gəlməyə başladılar. Şəhərin ab-havası dəyişdi.

Və onu da qeyd edim ki, regional idarəninAğcabədidə deyil, Ağdamda yaradılmasında mənim də müəyyən qədər rolum oldu.Amma ağcabədililər bunu bilsələr də məndənküsmədilər.

Əzizlərim, canım-gözüm ağdamlılarım, kimlərinsə təxribatına uymayın.

Və sonda. Qarabağ tarixindən.

Qarabağ xanlığının paytaxtı Şuşa şəhəriydi. Amma Pənah xan xanlığın mərkəzikimi Ağdamı seçmişdi. Və Ağdam şəhərinininkişafı üçün də müxtəlif sərəncamlar vermişdi. Məsələn, sərəncamlardan biri bu idiki, kim Ağdam şəhərinə yatırım yapsa vergidən azad olunur. Bura sənətkarlar daxil idi, tacirlər daxil idi, faytonçular daxil idi, zərgərlər daxilidi, silah-sursat düzəldənlər daxil idi və sair və ilaxır. Ona görəQarabağın bütün bölgələrindən hamıAğdama axışdı. Və Ağdam bir şəhər kimi sürətləinkişaf elədi. Özü də vəsiyyət elədiki, mən öləndə məni Ağdamda basdırın. Niyə Bayatda yox, Ağdamda?! Bilirdi ki, onun məzarıziyarətgaha çevriləcək, bu da Ağdam şəhərinəbir müqəddəslik gətirir.

Niyə Ağdamı seçdi?Ağdam Qarabağın düz mərkəzindədi. Ağdamdan Laçına 70 kilometr, Yevlaxa 70 kilometr,Füzuliyə 48 kilometr, Ağcabədiyə 48 kilometr, Bərdəyə 48 kilometr (qəribədi), Şuşaya37 kilometr, Ağdərəyə 37 kilometr, Xankəndinə 25 kilometr, Kəlbəcərə 90 kilometr,Goranboya 70 kilometr. Yəni bütün qarabağlılar üçün ən əlverişli bir nöqtə.

Bunu da ona görəqeyd elədim ki, regional strukturlar yaradan nazirliklər və komitələr Pənah xanın bu təcrübəsindən öyrənsinlərvə bəhrələnsinlər.


TƏQVİM / ARXİV