adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Noyabr 2016 16:26
49997
HÜQUQ
A- A+

Akif Çovdarov vəkillərindən imtina etdi

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmə heyətinə etiraz barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Prosesdə A. Çovdarov vəkillərindən imtina ilə bağlı məhkəməyə vəsatət təqdim edib. O, bu addımını vəkillərin bütün vəsatətlərinin, müraciətlərinin cavabsız qalması ilə əlaqələndirib.

Məhkəmə vəsatətlə bağlı müşavirəyə gedib. Sonra isə qərarın sabah açıqlanacağı bildirilib. Proses noyabrın 15-də davam etdiriləcək.