Bu rəsmdə nələr yoxdur...

ETİBAR CƏBRAYILOĞLU
55503 | 2016-11-12 18:13

Birneçə gün öncə Azərbaycan radiosunun 90, televiziyasının isə 60 illik yubileyiniqeyd etdik. Tanınmış yazıçı-dramaturq, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin"Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professorAqşin Babayevin hər iki yubileyə birbaşa aidiyyəti var. Aqşin müəllim ömrünün32 ilini dövlət televiziyasının və radiosunun inkişafına həsr edib, 15 ilAZTV-nin sədr müavini olub.

Radiovə televiziyamızın bayramı qeyd olunan bu günlərdə Aqşin Babayevlə bağlı yazıhazırlamağımızın başqa bir səbəbi də var. Əməkdar jurnalist, "Həsən bəy Zərdabi”,"Yusif Məmmədəliyev” mükafatları laureatı, 30-dan çox kitabın müəllifi kimitanınan, əsərləri Amerikada, Almaniyada nəşr olunan, pyesləri Türkiyədə,Rusiyada, Gürcüstanda dəfələrlə səhnəyə qoyulan Aqşin Babayev yenidən oxucularıilə görüşə gəlib. Bu dəfə "O biri dünyanın astanasında” adlı avtobioqrafikromanla.

"Maziyi dile getiren yegane vasite resmdir”

Əməkdarincəsənət xadimi, tanınmış dramaturq Əli Əmirli həmkarının kitabına "Ön söz əvəzi”yazıb: ""Mazi” osmanlı türkcəsində "keçmiş” deməkdir. Aqşin Babayevin "O biridünyanın astanasında” avtobioqrafik romanı da böyük və keşməkeşli, həm dəmaraqlı bir insan ömrünün ustalıqla çəkilmiş rəsmidir. Həm də bu rəsmin müəllififotoqraf deyil, Aqşin Babayevin özüdür.

Bu rəsmdənələr yoxdur: möhtəşəm ictimai-siyasi hadisələr, bu hadisələrin mərkəzindədayanan tanıdığımız böyük şəxsiyyətlər, dərin konfliktlər, şəxsi intriqalar vəbütün bunlarla yanaşı, xoşbəxtlik sorağında olan konkret bir insanın adi istəkləri-yarsevgisi, övlad və valideyn məhəbbəti, bitib-tükənməyən arzular, uğurlar vəuğursuzluqlar, heç bir halda sönməyən həyat eşqi, vətəndaş məsuliyyəti və ən əsasıisə bir-birindən fərqli, bir-birindən maraqlı real insan taleləri. Bütün bunlarbir yazıçının həyat cizgiləridir. Bax bu cizgilərdən Aqşin Babayevin bütövportreti tədricən yaranır və kitabın səhifələrindən boy göstərir. Elə buradacadeyim ki, bu portret mənim kifayət qədər yaxşı tanıdığım Aqşin Babayevinözüdür...

... Romandadünyanın hər üzünü görmüş bir kişinin həyat və dünya, din və iman, xeyir və şər,məhəbbət və sədaqət, vətən və xalq haqqında müdrik fikirləri düşündürür, təsirləndirir.

Müəllifgənclik illərini, Türkiyə ilə bağlı xatirələrini, qürbətdə vətən həsrəti çəkmişmühacirlərimizin talelərini səmimi duyğularla, uydurma olmayan personajlarına dərinməhəbbətlə qələmə alır. Bu məqamlarda Aqşin Babayevin istedadlı nasir qələmi həminilləri, hadisələri, bir vaxt yaşanmış kövrək duyğuları sadəcə yada salmır,onları yenidən yaşayır və oxucusuna da yaşadır.

Romandagörkəmli bir şəxsiyyətin heç də sadə olmayan həyat yolunun səmimi təsviri birdaha göstərir ki, xoşbəxtlik adama az şey öyrədir, enişli-yoxuşlu həyat, yeridolmayan itkilər, gərgin mübarizə, dərin psixoloji sarsıntılar isə insan hisslərinəmin cür çalar verir, rəng qatır, onun həyata münasibətini fərqli məqamlarla zənginləşdirir.Və günlərin bir günündə bütün bu hisslər, duyğular, yaşanmış hadisələr, təzadlıməqamlar hansı bir yaradıcılıq formasındasa aşkara çıxır: "O biri dünyanınastanasında” sənədli romanı kimi...”

Mənbaşladım saymağa, 1936...

AqşinBabayev uzun, mürəkkəb və şərəfli bir ömür yolu keçib. 1936-cı ildə Bakıdadoğulub. 1937-ci ildə bütün ölkə boyu Stalin repressiyaları başlayıb. Bu bəlaonların evindən-ocağından da yan keçməyib, bir yaşı olanda atası həbs olunub. 6aydan sonra gənc rəssamı "Bu qədər bəsindir”-deyibazadlığa buraxıblar. 1941-ci ildə Böyük Vətən savaşı başlayıb, 5 yaşlı Aqşininatası könüllü cəbhəyə gedib, Stalinqrad uğurunda döyüşlərdə aldığı yara iləgeri dönüb. Aqşin Babayev müharibə illərini, aclığı, çörək növbələrini uşaqlıqyaddaşına yazıb.

Təhsililləri də çətin dövrə düşüb. Ali məktəbin sonuncu kursunda oxuya-oxuya işləməyəbaşlayıb, ilk iş yeri də "Avtomobil nəqliyyatçısı” qəzetinin redaksiyası olub. Sonradostlarının, xeyirxah insanların köməyi ilə radioda işə düzəlib. Ömrünün 32ilini bu kollektivdə keçirib, sıravi əməkdaşdan AZ.TV-nin sədr müavini vəzifəsinəkimi yüksələ bilib.

AqşinBabayev 1991-ci ildən 2006-cı ilə kimi fəaliyyətini Milli Məclisdə davametdirib. Parlamentimizin ilk Mətbuat katibi olmaq məhz onun bəxtinə düşüb. Müstəqilliyimizinilk illərində baş verən ictimai-siyasi prosesləri yaxından izləmək imkanımqazanıb. Qanunverici orqanda çalışarkən II dərəcəli Dövlət müşaviri rütbəsinəlayiq görülüb.

Sonillər fəaliyyətini Dövlət Mədəniyyət və İncəsənət Universitetində davametdirir, "Ədəbi yaradıcılıq və ekrandramaturgiyası” kafedrasının müdiridir.

"İldırımtək ağacları vurur...”

"Obiri dünyanın astanasında” avtobioqrafik romanında Aqşin Babayev arxada qalanillər ərzində gördüyü, birbaşa iştirakçısı olduğu hadisələrin bəzilərini qələməalıb. 1936-cı ildən bu yana rastlaşdığı, xatırladıqlarını yazmaq üçün isə Aqşinmüəllimə bir kitab bəs etməz...

AqşinBabayev görkəmli ictimai-siyasi xadimlərlə, dövlət adamları ilə görüşüb. Nəhəngsənətkarlarla, dünyanın məşhur yazıçı və şairləri ilə təmasda olub, dostluqedib. Onlar barədə düşüncə və xatirələri bir romana sığışdırmaq asan məsələdeyil. Aqşin müəllimin yeni əsərində böyük Nazim Hikmətlə bağlı məqamları həyəcansızoxumaq mümkün deyil. Kitabla tanış olan hər bir oxucu yəqin ki, bu hisslərikeçirəcək.


"İndio biri dünyanın astanasındayam. İnanın, elə bil ki, hər şey dünəndi. Məktəbəgetdim, sonra ali təhsil aldım, ailə həyatı qurdum, oğul-uşaq sahibi oldum, nəvəgördüm, müxtəlif vəzifələrdə işlədim, kitablar nəşr etdirdim... Ömür çoxqısadır... Hər şeyin əvvəli və sonu var. Sona yaxınlaşan həyatımda təkcə birşeydən razıyam ki, heç kəsə pislik etməmişəm. Heç kəsin çörəyinə baisolmamışam. əlimdən gəldiyi qədər yaxşılıq etmişəm... Amma istədiklərimin,arzularımın çoxuna çata bilməmişəm. Nə eybi. Təsəllim odur ki, gözəl ailəm, sədaqətliömür dostum, qayğıkeş balalarım, gözəl nəvələrim var.

İldırımtək ağacları vurur. Mən tək deyiləm! Allahım var! Məni hər bəladan hifz edənUca Allahım!”

Aqşinmüəllim, Uca Allah bundan sonrakı illərdə də yardımçınız olsun. Ayrılmağa yox,yazıb-yaratmağa tələsin. Həmişə olduğu kimi sizi yenə Müzəyyən xanımlaqol-qola, gülərüzlə, şık geyimlə qarşımızda görək!

EtibarCƏBRAYILOĞLU


TƏQVİM / ARXİV