QARA DAŞIN PIÇILTILARI…

ƏBÜLFƏT MƏDƏTOĞLU
70290 | 2016-11-11 14:00

İstəsənsən də ona qulaq as


Hərbir fikrin arxasında mütləq bir məram və bir də o məramın daşıyıcısı dayanır. Vəmən də istənilən fikri oxuyanda, eşidəndə və yaxud özüm onu səsləndirəndə gözümünönünə öncə bu fikrə olacaq reaksiyaları, yəni eşidənlərin,oxuyanların çöhrələrini gətirirəmvə ilk təəssüratım da elə burdan yaranır dediyim fikrə. Onda da bir anlıq düşünübya fikrimi davam etdirirəm, ya da mövzünü dəyişirəm. Təbii ki, bu da elə həmin oilk reaksiyanın təsiri ilə yaranır…

Bəli,son vaxtlar bu dünyanın qara daşının göyərmədiyinə və göyərmək ümidinin də olmadığınadaha çox inanmağa başlamışam. Bu inamın kökündə öncə öz yaşantılarım, öz həyatım,öz düşüncələrim dayanır. Yəniiç dünyamı alt-üst edən hadisələr, münasibətlər, ağlımı başımdan alan sözlər, fikirlərvə nəhayət üz-üzə gəldiyim, göz-gözə baxdığım insanların müəyyən mənada içini görməkimkanı məni bax, elə bu dediklərimlə çarpışa-çarpışa yaşamağa məcbur edib. Bu məcburiyyətdəson anda qara daşın göyərməyəcəyinə yüzə-yüz inandırıb. Nə qədər ağır olsa da,nə qədər acı olsa da bu həyatımın həqiqətidir. Və mən bu həqiqətlə yanaşı dayanmağa,yanaşı addımlamağa, lap elə bir damın altında yaşamağa məhkumam. Necə deyərlər, başqa yolyox artıq!..

Hə,son vaxtlar xatirə yüklü fikirlər daha çox tutur yaxamdan. Bunun bir təbiət hadisəsi olduğuna içimdə heçbir şübhə yoxdur. Adətən insan yaşlaşdıqcasümüyü də kövrəlir, ürəyi də. Və daha çox torpaqdan danışır, torpağa meyl edir.Əgər fikir vermisinizsə, yaşlı adamlar daha çox doğulduqları yerləri arzulayırlar.Uşaqlıq illərinin keçdiyi ünvanları yaddaşlarda təzələyirlər, bu barədə xatirələrsöyləyirlər. Mən yüzdə yüz bilirəm ki, bu,torpağın insanı özünə çəkməsidir. Hətta bu barədə şeirləriminbirində yazmışam ki, «torpaq çəkir adamı». İndi mən də elə durumdayam, mən də torpağınhənirini, nəfəsini artıq rahatca duyuram, hiss edirəm. Deməli, sümük də, ürək dəyavaş-yavaş kövrəlir. Daha göylərlə, buludlarla, ayla, ulduzla danışmaqdan torpağagöz dikmək, torpağı vəsf etmək daha çox işə yarayır, yada düşür. Axı, son mənzil də elə torpaqdı. Amma təəssüf ki, mənimdoğulduğum torpağın taleyi daş altındadı. Və mən də iki qat bir sarsıntı yaşayıram.O da məni çəkən torpağın doğulduğum, uşaqlığımın keçən torpağın olmaması, ikincisidə o torpağın azad ediləcəyi günə ömrümün çatıb çatmamasıdı. Deməli, hər iki haldaməni çəkən torpağın qarşısında günahkaram. Bir də təkcə elə dərd bu deyil ki. Başqa bir dərd də var. O da iç dünyamınviranlığı, bərbadlığı, necə deyərlər, şoran torpaq kimi çat-çat olmasıdı. Onun suya,yəni ülfətə o qədər ehtiyacı var ki, o ülfəti kimsə, daha doğrusu, sən Əbülfətəqaytarıb verəsən, onu ovudasan, onu cadar-cadar olmuş iç dünyasını hərarətinlə,nəfəsinlə. səmimiyyətinlə, doğmalığınla, anlayışınla, bir sözlə, varlığınla öz yerinə qaytarıb qoyasan. Bilirəm, çətindibu!. Bərbadı, dağılanı yenidən düzüb qoşmaq, yenidən öz əvvəlki halına gətirmək təkAllahın gücüdür, bir də onun sevdiyi bəndənin. Ona görə sevdiyi bəndəni xüsusi vurğulayıramki, o gördüyü işi sevgiylə görür, sevərək görür. Başqaları isə iş xatirinə, icraçıkimi çalışır. Deməli, ikincinin gördüyü iş ən yaxşı halda təsəllidir. Mənim isətəsəlli uman yaşım axırıncı qatara çata bilmədi, Tuğda qaldı. Yenə doğulduğum kənddə!.

Fikir burulğanındaqara daşın göyərməyəcəyini bilə-bilə dağıarana daşımaq, sonra daşıdığını qaytarıb yerinə qoymaq ağlı məşğul etsə də, insanıbir nöqtədə dondurub saxlayır. Hərəkətsiz bir vəziyyətdə beyin ildırım sürəti ilə də işləsə, 80 yaşlı qocanın yerişi ilə yerisəfərq eləmir. Çünki burda ortaya konkret bir əmsal qoyulmur, nəticə olmur. Özün düşünürsən…özün sonda ya əsəbi şəkildə «lənət olsun» deyirsən, ya da dərindən bir «ah» çəkibxatirələrdən qopub ayrılırsan. Gəlin elə burda da təkrar bir etiraf edim. Bu ayrılıqda müvəqqətidi. Çünki özün özündə olmursan, özün özündən qopub ayrılmağa cəsarətdə etmirsən. Çünki söykənəcəyin dayaq nöqtən elə həmin o xatirələrdi. Mənim də xatirələrimin,mənim də dayaq nöqtəmin gücü səndədi. Mən elə gücü səndə olan xatirələrin, o yaşamınvərəqlərini çevirdikcə demək istəyirəm ki:


Yadımdan

çıxmır ki, heç

əllərini uzadıb

ovud,

isit dediyin…

əllərin

əllərindən

yaman küsüb dediyin…

yadımdan

çıxmır ki, heç

başını

bircə anlıq

çiynimə söykədiyin

əlimi

bərk-bərk sıxıb

uşaq tək

kövrəldiyin…

yadımdan

çıxmır ki, heç

canım səni…

və susub

sonun demədiyin söz

mənim

bu pıçıltıdan

içimdə qorranan köz…

yadımdan

çıxmır ki, heç

məhəbbət evi olan

ürəyimi yardığın

sənin bütün varlığın

özünlə

açıq-aşkar

ruhumu aparığın…

yadımdan

çıxmır ki, heç

yaddaşmı qalıb məndə?..

cismim

köç edibdi köç-

yaddışım qalıb səndə!...


***

Mən həyatımın ənişıqlı insanlarından biri olan və tanıdığım gündən bu yazını yazdığım ana qədərböyüklüyü, səmimiyyəti, insanlığı, duyğusallığı, anlayışı, mərdliyi və sədaqətiönündə baş əydiyim can dostum Əhməd abiyə söz vermişəm ki, onun bu məsləhətləriniyerinə yetirəcəm. Çünki onun bütün məsləhətləri həm yaşam, həm sağlamlıq, həm dostluqbaxımından son dərəcə halal və haqqa söykənmiş fikirlərdi. Bir az da sadə şəkildəifadə etsəm, abimin istəyi bizlərin həmişə ayaqda olması, həmişə sevgi, sevinc içərisindəyaşaması və uğurlu mücadilə aparmasıdı. Və mən də onun bu istəyinə iki əllə razılıqvermişəm. Tam səmimi şəkildə etiraf edim ki, bu razılığın şərtlərini qorumaq, onabütünlüklə əməl etmək mənə çox çətinliklərlə başa gəlir.Amma sözümü tutmaq üçün mən bu çətinliklərədözürəm. Çətinliyin ən əsas elementi ürəyimi bir küncə sıxmaqdı. Onun müəyyən mənadagözünə qara eynək taxmaqdı, onun qulağına bir balaca səsqovucu cihaz yerləşdirməkdi.Yəni ürəyi qorumaq üçün həssaslığını azaltmaq, duyğusallığını azaltmaq və yalnızözüm və doğmalarım üçün həmişə bir notda, bir kökün üstündə döyünmək, çırpınmaqdı.Bilirəm ki, bu öncə problemli ürəyimin sağlamlığını hər an itirə biləcək qəlbiminqorunması üçün qarşıma qoyulmuş şərtdi. Amma neyləyim ki, bir mahnıda deyildiyi kimi, ürəyimlə bacarmıram. Bilmirəm,bu mənim xoşbəxtliyimdi, ya bədbəxtliyim, heç vaxt bacarmamışam ürəyimlə. Onun duyumuna,onun çırpıntısına heç vaxt sərhəd çəkməmişəm. O duyuma, o çırpıntıya qarşı getməmişəm.Həyatımı, yəni Allahın verdiyi ömrü, xüsusilə Tanrının mənə bəxş etdiyi sevginiürəyimin diqtəsiylə yaşamışam. Və o sevgi mənim üçün bütün duyğulardan, bütün münasibətlərdənən böyüyü, ən gözəli, ən gərəklisi, ən vacibi hesab olunur. Lap bir sözlə ifadəetsəm, o sevgi mənim havam olub. Mən onunla nəfəs almışam. Ola bilsin ki, bu fikirbir az pafoslu görünsün, pafoslu səslənsin, kimlərsə məni bu yaşımda gənclik həvəsiylə,nostalji bir yaşamla özümü ifadə etməkdə günahlandırsın. Bu məni qorxutmur. Çünkimən özümü haqlı sayıram və bütün haqlar da həmişə birmənalı qarşılanmayıb. Necəki, bütün azadlıqlar həmişə bir ölçüylə ölçülmür. Hətta deyirlər ki, mənim azadlığımınbitdiyi nöqtədə sənin azadlığın başlayır. Deməli, biz bir-birimizin azadlığına maneoluruq. Amma mən elə bu nöqtədə də deyim ki, sən qorxmayasan. Biləsən ki, mən səninüçün hər şeyə hazıram və:


Qorxma, heç səsintutulmaz

Ağla məni bir nəfəsə…

Bir damla da qoyçilənsin-

Mən yatan torpaq– qəfəsə!


Qorxma heç oyanıbbir də

Yol üstdə kol olmayacam…

Sənə sarılmaq istəyən-

Obir cüt qol olmayacam!


Qorxmaartıq söz-söhbətdən

Nəvardı götürüb getdim…

Cəhənnəmliközüm, səni-

Cənnətəötürüb getdim!


***

Yazınınəvvəlində qara daşdan danışdım. Onun göyərmək gücündə olmadığını dedim. Bu fikritəsadüfən bilgisayara diqtə etməmişdim. Və elə yazı boyu da məramım indi sinəmdəgəzdirdiyim qara daşın ağırlığını diqqətə çatdırmaq idi. İstədim ki, bu yumruq boydadaşın dünya boyda iddiasına siz də güləsiniz. Onun düşdüyü xəyalların nə qədər absurdolduğuna siz də heyrət edəsiniz. Və görəsiniz ki, həmişə narazı olan, həmişə sevgisindəndoymayan bu ürək sən demə bir divara hörüləsi daş da deyilmiş. Çünkiqara daşdı!! Axı, əsrimiz yeni,dövrümüz təzə, düşüncələr müasir. İndi kimdi qara daşla divar hörən, ev tikən. Deməli,mənim yumruq boyda olan həmin o ürəyimin də yolu, mənzili elə bu yazıya qədər imiş.

Buna da şükür! İnsafənşükür etməyə haqqım çatır. Çünki mənə o sevgini yaşadıb və o sevginin bütün mahiyyəti,bütün özəllikləri, ümumiyyətlə, bütövlüyü mənim yaddaşımda, mənim canımda, qanımdaqalıb. Və mən də ona söykənib hələ ki, ayaqdayam. Hətta hərdən bir qələmə, dəftərədə nəsə pıçıldaya bilirəm. Və bunun üçün o sevgiyə, o sevgini bugünümə gətirib çıxaran o yumruq boyda ürəyəbaş əyirəm. Necə deyərlər, onun mənə verdiyi hər nədisə məni yaşadır və mən də yaşadıqlarımımisralayıram. Bax elə bu şeirdə olduğu kimi.


Səbrim çatmadı

dözmədim…

səni

telefonla

aradım

bilə-bilə ki,

bu zəng

qanını

qaraldacaq

evdə

söz-söhbət

yaradacaq

sən də

əsəbi şəkildə

öncə başlayacaqsan

hamını

yerində oturtmağa

sonra

tələsəcəksən

məni görməyə-

daha doğrusu,

mənim

unutuduğum dərsimi

mənə

yenidən verməyə!..


Hə, indi gördünüzmüqara daşın da kəraməti var. O da nəyəsə yarayabilir, nəyəsə gərəkli olur. Başqalarını yaxınburaxmasam da, sən o qara daşı götürüb kiminsə ardınca və yaxud kiminsə üstünə qolunvə gücün çatdıqca ata bilərsən. Axı onun sahibi də, günahkarı da sənsən. Və deməli,bu qara daş sənə bəlkə də son kəs deyir:


Dəyir atdığın daşlar

Bir başa ürəyimə

Daşlama bu evi sən-

Gir, yaşa, ürəyimə!


Daşın, oxun, ya güllən

Atdın, susma, səndillən…

Həm ömürlük, həmilnən-

Gir, yaşa, ürəyimə!


Ahdan asma, qovurma

Xəlbirləmə, sovurma

Sən sevməkdən yorulma-

Gir, yaşa, ürəyimə.


Bu əzabı, bu qəmi

Verdin, seçdin qibləmi

Köçürtdün sən Kəbəmi-

Birbaşa ürəyimə!..


Hə. Bu da qara daşınqara yazısı və yaxud sizlərin, öncə isə sənin eşidə biləcəyin pıçıltılar.


TƏQVİM / ARXİV