adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Noyabr 2016 12:44
98528
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.

                                                                       ***


Sahib Məmmədov: "Tramp prezident olsa, dediklərinin çoxunu unudacaq. Xüsusən irqi, dini, etnik ayrı-seçkiliyə aparan ideyalarını. Təhlükəli odur ki, Amerika xalqı onu məhz bu şüarlarına görə seçdi. Xalq Trampın dediklərini istəyir. Müsəlmanlar qovulmalıdır, Meksika ilə sərhəddə beton divar çəkilməlidir və s. və i.a. 30-cu illərdə Alman xalqı da bu istəkdə idi. Dünya hara gedir?”

                                                                      ***


Ayxan Ayvaz: "Zaur Baxşəliyev əməkdar mədəniyyət işçisi adı alıb. Təbrik edirəm! Bir dəfə məni verilişinə dəvət etmişdi. Gənc yazıçının faciəvi həyatı. Mövzu belə idi. Əvvəl normal ünsiyyət qurduq. Məni çox xoş qarşıladı. Razılaşmışdım. Verilişə bir gün qala köməkçisi zəng elədi. Bəs verilişə Zaur bəy ananızın gündəliyini və gəlinliyini istəyir. Soruşdum səbəbini. Dedi, bacınız gəlinliyi tutub ağlayacaq, qardaşınız gündəliyi oxuyub kövrək görkəm alacaq, siz də atanızdan danışıb göz yaşınızı siləcəksiniz. Əsəbiləşdim və reytinqə görə ağlaşma qurmağın bizə yad olduğunu dedim. Biz üçümüz də pozitiv və həyat doluyuq. Ağlaşma üçün doğru ünvanda deyilsiniz. Xanım nə qədər yalvarsa da fikrimdən dönmədim və verilişə getmədim. Bir dostum bayaq deyir ki, gərək gedəydin, ondan sonra kitablarını alacaqdılar. Düşünürəm, adam haqlıdır”.

                                                                     ***


Cəlil Cavanşir: "Qarabağı azad etməyin mükəmməl düsturu: Kağıza bir erməni bayrağı çəkirik (Kolumbiya da olar), sonra əlimizə bıçaq alıb həmin kağızı cırıx-cırıx edirik”.


                                                                    ***

Natiq Qədimov: "Evlənmək istəyənlərin şansları azalır. Qızıl 9 dollardan çox bahalaşıb. Qız evi yenə bir üzüklə canının qurtarır”.


                                                                   ***

Fidan Böyükbabalı: "Həyatda uğur əldə etməyin arxasında tək olaraq istək durur. İnsan istəyəndə hər şeyin mükəmməlini edə bilər. İstək+çalışmaq+motivassiya+pozotivlik=UĞUR”.

                                                                  ***


Rza Rzayev: "10 il əvvəl Hollivud kimin prezident olacağının mesajın vermişmiş! Bu da 5 il öncə dediklərimi təsdiq edir!
Bu gün dövlətlər həyata keçirdikləri siyasəti kino vasitəsi ilə mesajlarla cəmiyyətə ötürürlər. İnkişaf etmiş ölkələr başqa millətlərin mənəviyyatının müqavimət sistemini zəiflətmək üçün öncə rejissorlardan və filmlərdən istifadə edirlər (Ən azı bizə tanış olan türk kanallarında göstərilən serialları və filmləri nəzərdən keçirdin. "Kurtlar Vadisi" serialı vasitəsi ilə cəmiyyətə dərin dövlət anlayışı gətirildi və sonrakı mərhələdə bir çox proseslər və əməliyyatlar həyata keçirildi.). Heç də təsadüfən deyilməmişdir: "Amerikanı Hollivud qurub””.

                                                                 ***


Anar Rüstəmov: "Trampın prezident seçilməsi təkcə bizim müxalifətə deyil, həm də ermənilərə ağır zərbə oldu”.

                                                                 ***

Seymur Qasımbəyli: "Sevgi təkcə istəmək deyil, həm də güzəştə getməkdir”.


                                                                ***

Anar Hacıyev: "Amerikanın Rusiyadakı keçmiş səfiri Maykl Makfol twitterdə status yazıb: "Putin Amerikadakı seçkilərə qarışıb və qələbə qazanıb. Putin Amerika kimi dövlətə prezident düzüb-qoşursa, o Amerika niyə Dünya hegemonu olur ki?”


                                                              ***

Şeyda Asiman: "İnsan qəlbini gözləmədiyin qasırğa məhv edər...”


Sübhan Mahmudov