ANA SƏHİFƏ / YAZARLAR

Mən necə dəli oldum – III Yazı

32665    |   2016-11-08 12:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Divarlar solğun, boz görünürdü. Gecəyarını keçmişdi. Gözümə yuxu getmir, siqaret çəkmək istəyirdim. Palatalara sükut çökmüşdü. Dəhlizin işığı batan günəş kimi narıncıya çalırdı. İşığa doğru addımladım.


Uzun dəhliz divarların arasında çay kimi görünürdü. Küləyin uğultusu pəncərələrin arasından içəri süzülürdü. Ayaqyalın, gözüm torlu ətrafa baxır, heç nə düşünə bilmirdim. Kiminsə toxunuşunu hiss etdim. Uzun ağ xalatlı bir oğlan güllə kimi sözləri üzümə çırpırdı. Onun sözləri səssiz filmlərdəki kimi anlaşılmaz idi. Sonra bilmirəm, nələr oldu, qulaqlarım elə bil açıldı. Ağ xalatalı oğlanı boğmağa çalışırdım. Tükənməz bir güclə oğlanı öldürürdüm. Onun boğnuq, xışıltılı səsi eşidilirdi.

Gözümü açanda çarpayımda, əl-ayaqlarımın bağlandığını hiss etdim. Həmin ağ xalatlı oğlanın yanında, cüssəli bir kişi mənə qımışaraq baxırdı. Yenə səslər eşidilmirdi. Sifətimə, bədənimə güclü zərbələr dəyməyə başladı. Bu zərbələrin heç bir təsiri yox idi. Çığırırdım, ağlayırdım, ancaq səslər duyulmurdu.


Palatanın səs-küyü səhər məni oyatdı. Bədənimdə, sifətimdə ağrıların olduğunu indi hiss etməyə başlamışdım. Palatalara elə bil günəş doğmuşdu. Zolaqlı pijamalarda gəzişən adamlar mənə həbsxanadakı məhkumları xatırladırdı.


Hər səhər palata dəliləri səhər yeməyi üçün, daha sonra isə dərman üçün növbə gözləyirdi. Arada bir bu bu gözləməyə səbr edə bilməyən xəstələr yumruq davasına çıxırdılar.


İynə vuran tibb bacısı da hər səhər bu xəstəxanaya gəlir, saçlarımı oxşayır, bir-iki xoş söz deyib gedirdi. Mən hər səhər onun gəlişini səbirlə gözləyirdim. Bir dəfə dedim ki, axşam da gəl iynə vur mənə. Təbəssümlü üzünə kədər qonmuşdu. Yaxşı deyib, bir də bizim palataya gəlməmişdi.


Bir səhər gözümü açanda hər yer ağappaq olmuşdu. Elə bilmişdim ki, nağıllar aləminə düşmüşəm. Ancaq pəncərədən görünən o idi ki, şəhərə qar yağmışdı. İlk dəfə qara pəncərədən, həsrətlə baxırdım.


Gecələr ağlayırdım, səbəbsiz, anlamını bilmədən. Televizorda göstərilən ölkələrdə adamlar ölürdü. Uzaqdan izlədiyim ölüm xəbərləri məni sarsıdırdı. "Belə xəbərlərə qulaq asma” – həkim böyrümdən çıxıb məsləhət verirdi. Ancaq o xəbərlər idi məni ağladan. Tanımadığım, heç vaxt getmədiyim yerlərin, görmədiyim insanların ölüsünə baxıb ağlayırdım. Eynən arvadlar, uşaqlar sayaq. Ağlamaq məsumluğumun, çarəsizliyimin ifadəsi idi.


Atam, anam, qardaşım hər gün yanıma gəlirdilər. Yemək, ailə doğmalığı, sevinc və göz yaşı gətirirdilər. Onlar üçün darıxdığımı indi anlayırdım. Darıxmaq hissini də burda kəşf etmişdim.


Bir gün anam sevdiyim yeməkdən gətirmişdi. İştahla yeyib, anamı öpdüm, sonra ağlamağa başladım. Kiridə bilmirdilər məni. Gözümün yaşını siləndə gördüm ki, yenə çarpayımdayam. Gözlərim qaralmağa başlayır...

ardı var



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK