adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Mən necə dəli oldum – III Yazı

OĞUZ AYVAZ
50283 | 2016-11-08 12:46

Divarlar solğun, boz görünürdü. Gecəyarını keçmişdi. Gözüməyuxu getmir, siqaret çəkmək istəyirdim. Palatalara sükut çökmüşdü. Dəhlizinişığı batan günəş kimi narıncıya çalırdı. İşığa doğru addımladım.


Uzun dəhlizdivarların arasında çay kimi görünürdü. Küləyin uğultusu pəncərələrin arasındaniçəri süzülürdü. Ayaqyalın, gözüm torlu ətrafa baxır, heç nə düşünə bilmirdim.Kiminsə toxunuşunu hiss etdim. Uzun ağ xalatlı bir oğlan güllə kimi sözləriüzümə çırpırdı. Onun sözləri səssiz filmlərdəki kimi anlaşılmaz idi. Sonra bilmirəm, nələr oldu, qulaqlarımelə bil açıldı. Ağ xalatalı oğlanı boğmağa çalışırdım. Tükənməz bir gücləoğlanı öldürürdüm. Onun boğnuq, xışıltılı səsi eşidilirdi.

Gözümü açanda çarpayımda, əl-ayaqlarımın bağlandığınıhiss etdim. Həmin ağ xalatlı oğlanın yanında, cüssəli bir kişi mənə qımışaraqbaxırdı. Yenə səslər eşidilmirdi. Sifətimə, bədənimə güclü zərbələr dəyməyəbaşladı. Bu zərbələrin heç bir təsiri yox idi. Çığırırdım, ağlayırdım, ancaq səslərduyulmurdu.


Palatanın səs-küyü səhər məni oyatdı. Bədənimdə,sifətimdə ağrıların olduğunu indi hiss etməyə başlamışdım. Palatalara elə bilgünəş doğmuşdu. Zolaqlı pijamalarda gəzişən adamlar mənə həbsxanadakı məhkumlarıxatırladırdı.


Hər səhər palata dəliləri səhər yeməyi üçün, dahasonra isə dərman üçün növbə gözləyirdi. Arada bir bu bu gözləməyə səbr edə bilməyənxəstələr yumruq davasına çıxırdılar.


İynə vuran tibb bacısı da hər səhər bu xəstəxanayagəlir, saçlarımı oxşayır, bir-iki xoş söz deyib gedirdi. Mən hər səhər onun gəlişinisəbirlə gözləyirdim. Bir dəfə dedim ki, axşam da gəl iynə vur mənə. Təbəssümlüüzünə kədər qonmuşdu. Yaxşı deyib, bir də bizim palataya gəlməmişdi.


Bir səhər gözümü açanda hər yer ağappaq olmuşdu. Eləbilmişdim ki, nağıllar aləminə düşmüşəm. Ancaq pəncərədən görünən o idi ki, şəhərəqar yağmışdı. İlk dəfə qara pəncərədən, həsrətlə baxırdım.


Gecələrağlayırdım, səbəbsiz, anlamını bilmədən. Televizorda göstərilən ölkələrdəadamlar ölürdü. Uzaqdan izlədiyim ölüm xəbərləri məni sarsıdırdı. "Beləxəbərlərə qulaq asma” – həkim böyrümdən çıxıb məsləhət verirdi. Ancaq oxəbərlər idi məni ağladan. Tanımadığım, heç vaxt getmədiyim yerlərin,görmədiyim insanların ölüsünə baxıb ağlayırdım. Eynən arvadlar, uşaqlar sayaq.Ağlamaq məsumluğumun, çarəsizliyimin ifadəsi idi.


Atam,anam, qardaşım hər gün yanıma gəlirdilər. Yemək, ailə doğmalığı, sevinc və gözyaşı gətirirdilər. Onlar üçün darıxdığımı indi anlayırdım. Darıxmaq hissini dəburda kəşf etmişdim.


Birgün anam sevdiyim yeməkdən gətirmişdi. İştahla yeyib, anamı öpdüm, sonraağlamağa başladım. Kiridə bilmirdilər məni. Gözümün yaşını siləndə gördüm ki,yenə çarpayımdayam. Gözlərim qaralmağa başlayır...

ardıvar

TƏQVİM / ARXİV