ANA SƏHİFƏ / TEXNOLOGİYA

İnsanları gözləyən böyük təhlükə

34176    |   2016-11-07 19:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mühəndis və sahibkar İlon Mask hesab edir ki, gələcəkdə robotlar insanları işsiz qoyacaq.

Mühəndis və sahibkar İlon Mask "CNBC” telekanalına müsahibədə gələcəkdə bəşəriyyəti gözləyən fəlakətlə bağlı fikirlərini bölüşüb. Onun fikrincə, işə salınan aktiv avtomatlaşdırma prosesi insanları işsiz qoyacaq.

"İnsanlar öz iş yerlərinin robotlar tərəfindən tutulması ilə hesablaşmalı olacaqlar. Biz hamımız inkişaf etmiş süni intellektlə birgə yaşamağı öyrənməliyik”, - deyə o bildirib.

Oxu.Az xəbər verir ki, "ICTnews” Elektron Xəbər Xidməti "Naked Science” resursuna istinadən yazır ki, İ.Mask əmindir ki, bu təhlükə təkcə böyük zavod işçilərini gözləmir.

Onun qənaətinə görə, neyroşəbəkələr yaxın gələcəkdə hətta yaradıcılıq xarakterli işi insandan daha yaxşı yerinə yetirə biləcək.

Bildirilir ki, bəşəriyyətə yeni şəraitə adaptasiya etməyə və tənəzzüldən qorumağa yalnız hər yerdə qeyd-şərtsiz baza gəlirinin - iş görmədən cəmiyyətin hər bir üzvünə müəyyən pul məbləğinin mütəmadi ödənilməsinin tətbiqi kömək edəcək.

Vəziyyətdən belə çıxış yolu yoxsulluğun aradan qaldırılmasına və yeni mədəni və iqtisadi bərabərliyin yaranmasına yardımçı olacaq.



İmza:
SON XƏBƏRLƏR
11.10.2017


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Salam həkim. Mən 3 ay bundan əvvəl sizin yanınızda idim. Revmatizm tapdız məndə. Nəmişlikdən uzaq olun dediz.
-Hə. Yadıma gəlir. İndi nədi sizi narahat edən?
-Gəldim soruşam ki, daha dözə bilmirəm qaşınmadan. Olar çimim?




digər lətifələr
ARXİV
FACEBOOK