Rəqib qapıçının anası kilsədə...

ETİBAR CƏBRAYILOĞLU
45025 | 2016-11-04 19:26

Avropa Liqasının qrup oyunları çərçivəsində Ağdamın "Qarabağ"klubu növbəti qələbəsini qazandı. "Köhlən atlar" qədim Elladatorpağından da zəfərlə qayıtdılar. Qitə miqyaslı yarışlarda böyük təcrübəyəmalik PAOK Azərbaycanda olduğu kimi, Yunanıstanda da "Qarabağ"lagörüşdən məğlub ayrıldı.

Hər yer Ağdam, Bakı, hətta Saloniki də...

"Qarabağ" Avropa Liqasının IV turunda çətin səfərə çıxmışdı.Ağdamlıları Salonikidə nə gəzinti, nə da asan oyun gözləyirdi. Qrup yoldaşıPAOK qitə miqyaslı yarışların bu mərhələsinə təsadüfən düşən komandalardandeyildi. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov rəqibi Bakıda da"dişinə vurduğundan" onları yaxşı tanıyırdı və bilirdi ki, PAOKSalonikidə daha aqressiv futbol sərgiləməyi xoşlayır. Matçöncəsi mətbuatkonfransında Qurban bəy çətin oyun olacağını demiş, futbolçularından xarakternümayiş etdirməyi istəmişdi.

Futbolçuları Qurban Qurbanovun konkret nə istədiyini bu oyunda dadoğru-düzgün anladı. Belə oyunlarda böyük təcrübəyə malik Rəşad Sadıqovun zədədənsonra yenidən heyətdə yer alması komanda üzvlərinə əlavə motivasiya idi. Yeri gəlmişkən,kapitanın PAOK-la görüşdə meydana çıxacağı oyundan yalnız iki saat əvvəl məlumolmuşdu.

Salonikidə gərgin oyun olacağını gözləyənlər yanılmadı. Matçın ilk 5 dəqiqəsitamam olmamış baş hakimin hər klubdan bir oyunçuya sarı vərəqə göstərməsininözü qarşılaşmanı canlı izləməyənlərə nəsədeməlidir...


Baş məşqçinin start heyətində döyüşə atdığı İbrahim Sehiç, Qara Qarayev,Maksim Medvedev, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Bədavi Hüseynov, Ansi Aqoli,Muarrem Muarrem, Riçard Almeyda, Dina Ndlovu və Dani Kintana rəqib meydanındavacib qələbə üçün döyüşdülər. Zaman-zaman "Qarabağ"ın üstünlüyü iləkeçən qarşılaşmaya əvəzetmədən daxil olan Əfran İsmayılov, Reynaldo və Miçelkomandanın gücünə güc qata bildilər. Üstəlik...

Qolu və qələbəni gətirən Miçel

Qurban Qurbanovun baş məşqçi kimi fəaliyyətini yaxından izləyənlər yaxşıbilir, onun əvəzetmələri əksər hallarda uğurlu alınır. Qurban bəyin sonradanoyuna daxil etdiyi futbolçular çox vaxt qol vuraraq lazımi anda lazımi yerdəolmağı bacardıqlarını göstərirlər. İstər daxili çempionatda, istərsə də Avropamiqyaslı yarışlarda dəfələrlə bunun şahidi olmuşuq.

PAOK-la oyunda meydana sonradan daxil olan "Qarabağ"ın ispanfutbolçusu Miçel həm özünün, həm də baş məşqçinin üzünü ağartdı. İkinci hissəninəvvəlində Qurban bəyin döyüşə atdığıispanın adı stadionda yenicə elan olunmuşdu ki...

69-cu dəqiqədə Miçel adını tabloya yazdırdı və onun Salonikidə vurduğuqol "Qarabağ"ın səfər qələbəsi üçün yetərli oldu. Və bir daha sübutolundu ki, Qurban Qurbanov əvəzetməni vaxt udmaq üçün eləmir.

Görüşün əvvəli kimi sonu da dramatik, gərgin alındı. Xüsusi ilə başhakim Con Bitonun əlavə etdiyi uzatma dəqiqələrində"Qarabağ" PAOK-un qapısı önündə bir neçə real qol vəziyyəti yaxaladı.Lakin ya zəlzələdən, ya da vəlvələdən bu imkanlar boşa verildi. Son dəqiqələrdəkifürsətlər dəyərləndirilsəydi "Qarabağ" böyük hesabla qalib gələ bilərdi.Görünür rəqib qapısını qoruyan Qlikosun anası kilsədə gecə ibadətininrituallarını yerinə yetirirmiş...

Heç nəyə yaramayan

Ermənistan bayrağı

Bütün bunlara rəğmən, Ağdam futbolçuları çətin Yunanıstan səfərindən qələbəilə döndülər. PAOK futbolçularının gücü, aqressivliyi, yunan fanatlarınçılğınlığı və azarkeşlərdən kiminsə haralardansa tapıb gətirdiyi Ermənistanbayrağı heç bir işə yaramadı. PAOK Bakıda olduğu kimi öz meydanında da"Qarabağ"a yenildi, arada bizə düşmən ölkənin bayrağı bihörmət oldu.

Rəqibin gənc məşqçisi Vladimir İviç oyundan sonra keçirilən mətbuatkonfransında "Qarabağ"ın qələbəsini belə şərh edib: "Rəqib əks-hücumdaoynamağa hazır gəlmişdi və biz "Qarabağ"ın qarşısını ala bilmədik".

Qalib komandanın baş məşqçisi Qurban Qurbanov Salonikidə jurnalistlərəbunları deyib: "Hər uğurlu oyundan sonra məsuliyyətimiz bir az da artır.Bu qələbə işimizi bir az da çətinləşdirdi. Qrupdan çıxmaq şansımız var. Mübarizəson turadək davam edəcək".

İlklər, rekordlar...

PAOK üzərindən qələbədən sonra Ağdam klubunun qrupdan çıxmaq şansı dahada artıb. Yəqin ki, Qurban Qurbanov və futbolçular yaxaladıqları bu şansı dəyərləndirəbiləcəklər və komanda qarşıdakı oyunları da qələbə ilə başa vuracaq. "Köhlənatlar" qrup mərhələsini adlamaqla Azərbaycan futbolunda bir ilkə imzaatacaq.

Yeri gəlmişkən, Yunanıstandakı zəfərdən sonra "Qarabağ" AvropaLiqasının qrup mərhələsinin oyunlarında dalbadal iki qələbə qazanan ilkklubumuz kimi də tarixə düşüb.

PAOK-la oyun daha bir hadisə ilə əlamətdar oldu. "Qarabağ"ınkapitanı Rəşad Sadıqovun oyunu UEFA-nın da diqqətini çəkib və azərbaycanlıfutbolçu Avropa Liqanın qrup mərhələsinin rəmzi komandasının heyətinə daxiledilib.


Üstəlik "Qarabağ" klubu UEFA reytinqində də irəliləyərək 100komada sırasına düşə bilib. İndi 99-cu yerdə qərarlaşan Qurban Qurbanovunkomandası bunu bacaran ilk Azərbaycan klubudu.

Belə uğurların davamının gəlməsini kim istəmir ki...

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV