adalet.az header logo
  • Bakı 19°C
04 Noyabr 2016 19:05
53695
TEXNOLOGİYA
A- A+

Çin və Fransa 60 ton yükqaldırma imkanı olan dirijabl yaradacaqlar

Çin və Fransa 60 ton yükqaldırma qabiliyyətinə malik olan "LCA60T” dirijablın layihəsinin həyata keçirilməsinə başlayıblar.

Adalet.az xəbər verir ki, bu barədə "Sinyuxa” agentliyi məlumat yayıb.

Çinin "China Aviation Inductry General Aircraft” aviasiya sənaye birliyinin törəmə şirkəti "Flying Whales” 60 ton həcmində yükü daşıya biləcək dirijablın hazırlanması üçün fransız şirkətinə sərmayə yatırır. Bununla yanaşı, layihəyə Çinin elmi əməkdaşları da qoşulacaqlar. İstehsal silsiləsi 2019-cu ilə qədərbaşa çatacaq.