QARABAĞI XATIRLADAN ŞƏHƏRDƏ ÜZ-ÜZƏ KÖNÜL SÖHBƏTİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
74457 | 2016-11-04 16:30

Bu şəhərə ilkayaq basanda çox duyğulanmışdım. Bunun da iki səbəbi vardı: Birincisi, bu şəhərinmüəyyən mənzərələri mənə doğulduğum Tuğ kəndini xatırladırdı. Mənim də kəndimbeləcə dağ döşündədi, dağa sığınıb. Onu da beləcə yaşıllıq bürümüşdü, onun daküçələrinə daş döşənmişdi. Onun da küçələri belə darısqal idi. Eyni zamanda mənim də kəndimin "birayağı suyun içindəydi", yəni dağ çayı axıb gedirdi kəndimin aşağısından.İkincisi, bu şəhər mənə Şuşamı xatırlatmışdı, Xandəndimi, Laçını, Kəlbəcəri, Zəngilanı,Qubadlını xatırlatmışdı. Bütövlükdə bu şəhər məndə Qarabağ həsrətini təkraralovlandırmışdı. Nəhayət, bu şəhər mənə qucaq açmışdı, abim, dostum, qardaşımAhmet Varolun, İbrahim Hocanın timsalında. Vəonların çevrəsini tanıyıb sevəndən sonra bir-birimizə qaynayıb-qarışdıq,bir millətin övladları kimi sarıldıq bir-birimizə. Və nəticədə mən ikinci kəndimi,ikinci vətənimi gəlib ziyarət etmiş oldum.

Trabzon mənə kəndləşəhərin, keçmişlə müasirliyin sintezinin, harmoniyasının, vahidliyinin, həmahəngliyinin...bir-birinin içində necə gözəl olduğunu göstərdi. Mən burda sübh çağı səs-səsəverən quşların, xoruzların səsinə də oyandım, aramsız şütüyüb gedən müasiravtomobillərin siqnal səslərinə də. Bu şəhərdə mən meyvə bağları, fındıq sahələri,çay kolları da gördüm, karusellər də, müasir istirahət, alış-veriş mərkəzləri də,otellər də, təyyarə, gəmi limanları da. Üstəlik, bu şəhərdə mən dağdan üzüaşağıaxıb gələn seli də seyr etdim, qar üstündə sürüşən uşaqları da, ləpələnən mavigözlü Qara dənizi də.

Bu məqamda dadoğma bir yerdə olduğuma təkrar inandım. Təbii ki, bu inamın kökündə mənə qucaqaçan dostlarımın, onların ailələrinin məhəbbəti, diqqəti dayanırdı. Anladım ki,qardaş qardaşın evində qürbətdə olmur və sevdim Trabzonu - Tuğu, Şuşanısevdiyim kimi. Şəninə şeirlər yazdım və nə vaxtsa "Trabzon nəğmələri"adlı bir kitab dünyaya gələcək.

Dostum Ahmed bəyinövladının düyünündə Trabzon Ortahisar Bələdiyyəsinin başqanı ilə bir süfrədə əyləşəsiolduq. Dostum bizi bir-birimizə təqdim etdi. Başqanın səmimiyyəti, üstəlik onunbizim Azərbaycandan gəlişimizə olan həssas münasibəti, təbəssüm dolu məmnunluğubizim növbəti görüşümüzə, həmsöhbət olmağımıza yol açdı və sabahısı istirahətgünü olmasına baxmayaraq biz razılaşdığımız kimi, onun iqamətgahının qapısınıdöydük. Üzümüzə bir dost qapısı açıldı və biz həmsöhbət olduq...

Elə buradaca onuda əlavə edim ki, mətbuatda çalışdığım 37 il ərzində kifayət qədər dövlətadamıyla görüşmüşəm, məmurla həmsöhbət olmuşam, çaylarını içmişəm, amma əlimiürəyimin üstünə qoyub etiraf edirəm ki, ilk dəfə gördüyüm bu insandakı səmimiyyət,qonaqpərvərlik, özü də təkcə mənə qarşı yox, həm də iştirakçısı olduğu məclisdəhər kəsə münasibəti məni heyrətləndirmişdi. Bu insan həqiqətən elə, ona səs verənlərinbiri kimi idi. Yəni, onlardan sadəcə tutduğu vəzifəsi ilə fərqlənirdi.Davranışı da, hərəkətləri də, hətta toydakı bütün iştirakı ilə mən onuyaxından tanıdığım sadə trabzonlulardanbiri hesab etdim. Kimsə mənə onu təqdim etməsəydi, mən onun bələdiyyə başqanıolduğuna inanmazdım. Bu adam məmur çalarlarından tamam uzaq idi. O, sadəcə trabzonlu idi, trabzonlularınseçdiyi başqan idi və sadəcə mükəmməl bir insan idi. O, izlədiyim televiziyamüsahibələrində də belə idi, şəhərin sadə vətəndaşları ilə söhbətlərində də,ölkə sərhəddindən kənardan gəlmiş jurnalistlərlə görüşündə də. O, ilk andayaddaşıma belə hopdu. Ona aid olan iş otağı da bu sadəliyi, səmimiliyi aydın şəkildəbüruzə verirdi. Mən bu otaqda özümü bir mədəniyyət, ədəbiyyat adamının işotağındakı kimi hiss etdim. Sadə dizayn, kitablar, müxtəlif mənzərə təsvirləri,müsafirlərin əyləşməsi üçün rahat oturacaqlar, başının üstündə ay-ulduzlubayraq, önündə bilgisayar. Elə bu auranın içərisində də bir stəkan çayını içə-içəAhmet Metin Gençlə həmsöhbət olduq.

Türkiyənin Qaradənizsahilində yerləşən gözəl şəhərlərindən biri də Trabzondur. İş elə gətirib ki,sağlıq durumumla bağlı bu şəhərdə dəfələrlə olmuşam. Və hər səfərimdə dəTrabzonun bir özəlliyini kəşf etmişəm. Onun təkcə şəhər kimi deyil, həm də birtorpaq, ərazi baxımından da maraqlı tərəfləri çıxıb qarşıma. Çünki bu şəhərinayağı, yəni sahildən başlayan hissəsi sakinlər tərəfindən, daha doğrusu, şəhərrəhbərliyi tərəfindən zaman-zaman hamarlanıb, düzənliyə çevrilib. Burda parklarsalınıb, sahil bulvarı şəhərin başlanğıcından sonuna qədər uzanıb gedir. Eləcədə sahil boyu sosial və məişət obyektləri tikilib. Onların arasında ailəvirestoranlardan tutmuş, müxtəlif otellərə qədər hər cür təyinatlı tikililər var.Eləcə də marketlər, banklar və sairə. Sahildən üzüyuxarı baxanda adamın gözününönündə dağ silsiləsi canlanır. Trabzonun daha çox hissəsi o dağların sinəsindədir.Evlər özünü o dağlara pərçimləyib, özü də çılpaq dağlara deyil, başdan-başayaşıllığa bürünmüş dağlara...

Bu şəhərə gələndəən çox boylandığım da elə o dağlardı. Qaradənizin sahilindən o dağlara baxandamənə elə gəlir ki, dünyanın cənnət guşələrindən birini seyr edirəm. Bunun əsassəbəblərindən biri coğrafi gözəllik olsa da, ikinci vacib səbəb, əslində o, həmdə zəruri səbəbdi - trabzonluların öz şəhərlərini sevməsi, onu qoruması, onuntarixi ilə bu gününü eyni istəkləyaşatmasıdır. Təsəvvür edin ki, şəhərdə tarixin sınaqlarından çıxmış,yüz illəri arxada qoymuş abidələr, xüsusilə məscidlər, camlər var. Onlar eləbir səviyyədə qorunurlar ki, içəri daxil olarkən gözlərinə inana bilmirsən. Bərpaişləri o qədər məharətlə aparılıb ki, yalnız bu işin biliciləri anlaya bilərki, məscidin hansı hissəsindən hansı qəlpə qopubmuş, onu təzələyiblər. Bax, butarixə sevgidir, mədəniyyətə verilən qiymətdir. Mən onu Trabzonda gördüm. Üstəlikmən bu şəhərdə bizim İçərişəhər kimi küçələrə döşənmiş çaylaq daşlarının adamınüzünə gülməsinin də şahidi oldum. Bu, artıq o daşların hər gün yuyulmasından, hərgün o küçələrin süpürülməsindən xəbər verirdi. Mən şəhərin ən yüksək nöqtəsində,yəni dağın üstündə böyük Atatürkün burada olarkən qalıb işlədiyi möhtəşəm bir ev-muzeyinin (Atatürkköşkünün) də ziyarətçisi oldum, həm də dəfələrlə. Trabzonlular bu yeri təkcəturistlər üçün deyil, həm də özləri üçün bir məbədə çeviriblər. Gül-çiçəyi ilə,səliqə-sahmanı ilə.

Bax, bütüngördüklərimin kiçik detalları olan bu məqamları hər səfərimdə görür vətrabzonluların buna necə nail olduqlarını düşünürdüm. Düşündüklərimin cavabınıtapmaq mənə nəsib oldu.

Bəli, çox möhtəşəmbir binanın 3-cü qatında yerləşir Bələdiyyə başqanlığı. Burda elə bir işgüzarmühit vardı ki, istirahət günü olduğu hiss olunmurdu. Başqan yardımçısı eləkapı önündəcə bizdən nəzakətlə bir-iki dəqiqəgözləməyimizi rica etdi. O müddətdə bizə çay, köfe də təklif olundu, amma deyilənvaxtı gözləməyə ehtiyac qalmadı, başqanın qapısı açıldı və bizə, - buyurun içəri!-söylədilər.

Elə buradacabildirim ki, bizim bir çox irili-xırdalı məmurlarımızdan fərqli olaraq bələdiyyəbaşqanı öz müsafirlərini ayaqda qarşıladı. Gülər üzlə - Xoş gəldiniz! - söylədi.Üzbəüz əyləşdik. Dərhal masaya çay, kofe, şirniyyat gətirildi. Mən onun istirahətgünündən bizə vaxt ayırdığını bildiyim üçün vaxt itkisinə yol vermədən qısa vəkonkret cavablar almağa hazırlanmışdım. Və xatırladım ki, görüşümüz Türkiyədəki"Darbe olayı"ndan bir həftə sonra baş tutmuşdu. Elə söhbətimiz dəburdan başladı. Mövzuya giriş üçün etik bir formada hal-əhval tutduq və təbiiki, bunun ardınca soruşdum:

- Sayın, Ahmed bəy,bu gün təkcə Türkiyədə yox, Azərbaycanda da son olaylarla bağlı ciddinarahatlıqlar yaşanır. Biz bir qardaş ölkə olaraq Türkiyədə baş verənlərdənüzgünük. Çünki bu cür olayların şahidi olmuşuq və vətəndaş müharibəsinin, dövlətçevrilişi cəhdinin nə olduğundan yaxşı xəbərdarıq. Siz bu, baş verənlərə necəbaxırsınız, məsələlərə sizin münasibətiniz necədir?

- Öncədən onudeyim ki, Türkiyədə baş verən olaya ilk münasibət bildirən Azərbaycanın Cümhurbaşqanı hörmətli İlham Əliyev münasibət bildirdi. Onun baş bakana telefon açıbAzərbaycanın Türkiyənin yanında olduğunu söyləməsi bizim qardaşlığımızın birdaha nümunəsidir və biz bu qardaşlıqdan qürur duyuruq. Bunun ardınca türk dövlətlərininvə eləcə də Rusyanın, Amerikanın açıqlamaları gəldi. Türk xalqı hiss etdi ki,o, demokratik prinsiplərin qorunması məqamında tək deyil, dünya demokratiyasıonun yanındadır. Sayın baş bakanımız Erdoğan xalqa səsləndi və türk xalqımeydanlara axışaraq öz dövlətini, öz gələcəyini qoruyub xilas etdi. Sizin bir ata sözünüz var,elə bidə də eynidir: ayir-buyur.İmperialist gücləri zaman-zaman bundan istifadə etdilər, bacarmadılar. Türkiyəningüclü olmasını istəməyən xarici düşmənləri məhz bu yolla daxildəki xainləri ələalıb, onları hazırlamaqla içərimizdən savaş açmağa çalışırlar. Təəssüf ki,içimizdə xarici düşmənlərə satılanlar, onlara xidmət edənlər də var. İndi düşmənillah ki, kənardan basqın edib torpağı işqal etmir. Bizim içimizdəki düşmənlərdənistifadə edir. Bu gün onları tapıb çıxarmanın nə qədər çətin olduğunu bilirik.Bu, çox həssas bir məsələdir. Amma buna baxmayaraq xalq onların silahına qarşısinəsini sipər etdi, baş kənd Ankara, İstambul kimi böyük şəhərlərlə yanaşı, eləburada da milli şüur, milli oyanış hakim oldu və xalq birləşərək Türkiyəniqorumaq üçün meydanlara axışdı. Xalqın istəyindən, qərarından çıxış edərəkartıq çevrilişi hazırlayanların xeyli hissəsi müəyyənləşdirilib və istintaqa həhvilverilib, qalanları da ədalətdən qaçıb qurtula bilməyəcəklər. Hər kəs də əminolsun ki, bu məsələdə geriyə yol yoxdur. Dövlətimizin, xalqımızın düşmənlərilayiq olduqları cəzaları alacaqlar.


-Ahmet bəy, bunun daha çox nədən qaynaqlandığını düşünürsünüz?

-Burda ən önəmli səbəb türk torpaqlarının, o cümlədən Azərbaycanın,Qazaxıstanın, türk dünyasının torpaqlarının yer üzünün ən zəngin, strateji cəhətdənönəmli olmasıdır. Onlar, xüsusilə Amerika, Rusiya, Çin, Almaniya və digərləritürk torpaqları üzərində bir şahmat oyunu planlarını cızırdılar. Hər kəszaman-zaman bu torpaqlara sahib çıxmağaçalışıb, müəyyən dövrlərdə buna nal olublar. Amma indi Türkiyənin güclənməsionların bu istəklərini gözündə qoyub. Çünki biz türk dövlətləri olaraq Türkiyə,Azərbaycan, Qazaxıstan və digərləri öz varisliyimzi zaman- zaman hər kəsəxatırlatmışıq. Buna qarşılıq olaraq düşmən də müxtəlif vasitələrə əl atır. Həmçinindüşmən bilir ki, yeni müstəqillik qazanan digər türk dövlətlərinin güvənc yerimöhkəmlənmiş, oturuşmuş Türkiyə Cümhuriyyətidir. Onlar bunu qəbul edə bilmirlərvə bu səbəbdən də Türkiyəni parçalamağa çalışırlar. Bir daşla iki hədəf vurmaqistəyindədirlər. Onlardan biri də sonuncu hadisə - çevriliş cəhdi oldu. Onu dadeyim ki, düşmən bu cür əks zərbə alacağını, uğursuzluğa düçar olacağını gözləmirdi.Onlar Türk xalqının gücünü dəqiq hesablamamışdılar. Aldıqları əks zərbə onlarıçaşqın duruma saldı. Heç kim türk xalqının haqqını yeyə bilməz. Bunu, 1915-ci ildə də edə bilmədilər, indi dəbacarmadılar və heç zaman da bacarmayacaqlar.Çünki türk xalqı bütövdür, birdir və qüvvətlidir.

-Təbii ki, bu birlik bütün türk dünyasına aid olarsa, biz daha güclü olarıq...

-Bəli, mən də belə düşünürəm. Elə bu hadisələr zamanı da bizə ilk dəstək, ilktelefon zəngi Azərbaycandan, Cümhur başqanı İlham Əliyev cənablarından gəldi.Bu da bizim qardaşlığımızın, dostluğumuzun bariz nümunəsidir. Biz birik,qardaşıq, bir-birimizin yanındayıq. Azərbaycanlı qardaşlarıma, başqan İlhamƏliyevə təşəkkürümü bildirirəm. Hər kəs bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığıheç zaman sarsılmayacaq. Biz həmişə bir-birimizin yanında olacağıq,sevincimizi, kədərimizi birlikdə bölüşəcəyik. Dar gündə də, xoş gündə də bizbirlikdəyik. Azərbaycanın Qarabağ dərdi bizim də dərdimizdir. İnşaallah onu daçözəcəyik.

-Ahmet bəy, son hadisələr daxildə və xaricdə Türkiyəni sevməyənlərə hansı mesajıverdi?

-Öncə onu deyim ki, bu, Türkiyənin tarixində ən qələbəlik olan bir insan axınınıortaya çıxardı. Beş milyondan artıq vətəndaşımız meydanlara çıxıb, xəyanətkarlara"dur!" dedi. Onlar müxalifət, iqtidar, parti, qeyri-parti anlayışınıbir kənara atdılar. Çünki Türkiyədə Vətən, torpaq anlayışı hər şeydən üstündür.Vətən, torpaq söz konusu olanda hamı bir yerdədir. Bu da düşmənlərə sübut etdiki, türk xalqının torpaq, Vətən sevgisi bu torpağı parçalamağa imkan verməyəcək.Hər kəs bunu bilməli və öz yerini tanımalıdır. Bizim üçün torpaqdan, vətəndənönəmli heç bir şey yoxdur. Müxalifətimiz üçün də, iqtidarımız üçün də. Bax,meydandakı iqtidar-müxalifət həmrəyliyi, liderlərin çiyin-çiyinə dayanması düşmənlərimizinarzusunu ürəklərində qoydu. Bu, həm də Avropadan, Amerikadan idxal edilən"Ərəb baharı"na bənzəməyən gerçək bir demokratik hərəkat, güc kimimüsəlman ölkələrinə də nümunə oldu. Hər kəs demokratiyanın özəlliklərini,xalqın da bu demokratiyanın qoruyucusu kimi meydanlara çıxmasını izləyə bildi.Aşkar şəkildə transfer edilən "demokratya" ilə gerçək demokratiyaortaya çıxdı. İstər Avropa, Amerika, istərsə də müsəlman dünyası gördü ki, türkxalqı və cümhuriyyətimiz demokratiyaya necə sadiqdir və onu canıyla,qanyla qorumağa həmişəhazırdı. Bu oyanış, bu təpki bütüninsanlığa, bütün dünya barışına bir nümunə oldu. Bu gün texnologyanın, digərinkişafın nə qədər yüksəlişi, yeniliklərolursa olsun, bu, insan anlayışından yuxarıda olmamalıdır. Yəni, bu günbizim Ağdənizin sahillərinə beş yaşlı uşaq balıq cəsədi kimi axıb çıxa bilirsəbu, insanlıqdan kənar bir hadisədir. İnsanlıq adına utancvericidir. Burda demokratiyadan söhbət gedə bilməz.

-Sayın bələdiyyə başqanı, mənim üçün maraqlıdır, nədən Türkiyə Avropa Birliyinəüzv olmağa bu qədər can atır və onlar da həmişə buna problem yaradırlar.Olmazmı ki, AB özü Türkiyənin orada təmsil olunmasını istəsin?


-Biz də belə fikirləşirik. Lakin 1959-cu ildən başlayaraq bu məsələ gündəmdədirvə qoyulan tələbə görə Türkiyə Cümhuriyyəti Avropa Birliyinin bütün şərtləriniqəbul etməlidir. Lakin biz qərbli olmaq, qərbli kimi yaşamaq deyil, öz dəyərlərimizlə,əxlaqımızla, mədəniyyətimizlə bərabər Qərbin inkişaf etmiş müsbət dəyərlərinəqovuşub yaşamaq istəyərik, özümüzdən imtina etmək yox. Böyük Atatürk zamanındasöyləmişd ki, çağdaş mədəniyyətimizi atıb, inkişaf etmiş mədəniyyətə sahibolaq, deyəndə özümüzdən, mədəniyyətimizdən, tariximizdən imtinanı tövsiyyə etmədi.O, söylədi ki, biz öz kökümüzün, milli kimliyimizin içində qərbin dəmüasirliyini, inkişafını görməliyik, bərabər həmin səviyyəyə qalxmalıyıq. Bizəixrac olunan "Ərəb baharı" və digər demokratiya pərdəsi altındainqilablar gərək deyil. Bizim öz gücümüz kifayət edir ki, demokratiyanı qoruyaqvə inkişaf etdirək. Bunu türk xalqı da, onun liderləri də bacarır. Ona görə dəbizim bacarıqlı, xalqını, dövlətini sevən, böyük siyasətə təsir etmək gücü olanliderlərimiz həmişə baltalanıb. Yəni, onlara qəsd olunub. Buna nümunə kimi rəhmətlikTurqut Özalı və XXI əsrin türk əsri olacağını söyləyən Menderesi göstərməkolar. Bütün bunlara baxmayaraq biz son hadisələrdə dünyaya türk xalqının, türkbirliyinin gücünü göstərə bildik. Avropa və Amerika türkün nəyə qadir olduğunu,demokratiyanı necə müdafiə etdiyini açıq şəkildə gördü. Demokratiyanı bayraq edənbu dövlətlər öz standartlarını heç kimə zorla qəbul etdirməməlidir. Bu zor tətbiqidemokratiyadan çox-çox uzaq bir addımdır. Hər millətin öz milli xüsusiyyətlərivar və öz dəyərlərini demokratik istiqamətdə, təbii ki, dünyada olan demokratikdəyərlərə uyğunlaşdıraraq inkişaf etdirir. Biz demokratiyanın kopyasınıçıxarmırıq, onu öz milli kimliyimizin dəyərlərinə uyğunlaşdırırıq. Yəni, açıqsöyləsəm, başqa millətlərə robot kimi baxıb, onu idarə etmək prinsipi ilə çıxışetmək çox böyük yanlışlıqdı. Hər kəsin milli varlığına sayğı ilə yanaşmaqlazımdır. Türk və müsəlman millətləri isətam əksinə barışı, sülhü öndə görür. Bilmək lazımdır ki, güc dəyərləri əzir.Buna görə də öz dəyərlərimizi qorumaq üçün söz sahibi olmalıyıq, daha güclüolmalıyıq.

-Bu gün Suriyadan və digər ölkələrdən minlərlə insan qaçqın kimi Türkiyəyə üztutub. İnsan haqlarından danışan Avropa isəonları qəbul etmir. Belə bir zamanda Türkiyə niyə Avropa Birliyinə daxilolmağa can atır. Özü Türk birliyi yarada bilməzmi?

-Bu gün cümhur başqanımız müxtəlif beynəlxalq tədbirlərdə kəskin mesajlar verir.Məsələn, söyləyir ki, dünya beş dövlətdən böyükdür. Və dünyanın taleyini beşdövlət təkbaşına həll edə bilməz. Yerüzündə 1.7 milyard müsəlman yaşayır. Onların nəinki BMT-nin beş daimi üzvlüyündə,heç on beş üzvünün də arasında adı yoxdur. Belə bir ədalətsizlik ola bilərmi? Vəbu barədə cümhur başqanının söylədikləri təkcə bir diplomat, bir siyasətçi sözüdeyil, o, həm də Türkiyə dövlətinin prezidentinin sözüdür. İndi dünya çox dəyişib,ədalətsizliklər aradan qaldırılmalıdır.Və düşünürəm ki, biz addım-addım türk birliyinə qovuşacağıq. Çünki biztarixdə çox şeyləri bacarmışıq, bunu da bacaracağıq.

-Başqanım, Trabzonun Bakı ilə, yaxud Azərbaycanın hansısa bir bölgəsi iləbirbaşa iqtisadi əlaqələri varmı?

-Bütövlükdə Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz qardaşıq. Bizdiplomatiyadan öncə qardaşıq. Qardaşlar da qonşulardan daha yaxın münasibətdəolmalıdır. Amma mən çox istərdim ki, Bakı ilə, yaxud Azərbaycanın istənilən birşəhəri ilə qardaşlıq əlaqəmiz olsun. Yəni, Qardaşlaşmış şəhərlər kimi aramızdamüqavilə bağlayaq. Öz tərəfimizdən artıq müəyyən işlər görürük. Azərbaycan tərəfindəndə belə bir təşəbbüs olarsa, biz dərhal ona qucaq açarıq. Düşünürəm ki,inşallah bu arzumuz arzu olaraq qalmaz. Bir məqama da toxunum ki, Trabzondaİranın, Gürcüstanın və Rusiyanın baş konsulluqları var, amma Azərbaycanınyoxdur. Bu, məni bir qardaş kimi çox narahat edir. Bu barədə Ankarada da söyləyəcəm,bəlkə qardaşlaşmış şəhərlər layihəsini gerçəkləşdirə bildik.

-Son olaraq bilmək istərdim ki, siz bir siyasət adamı kimi Türkiyə və Azərbaycanıngələcəyini necə görürsünüz?

-Son yüz ildə Qərb mədəniyyəti dünyaya hakim ola bilmədi. Amma ondan üç yüz il əvvəltürk və islam mədəniyyəti dünyaya hakim idi. Qərb də bu mədəniyyətdən istifadəedərək irəli çıxdı. Bu gün insanlıq çıxılmaz bir durumdadır. Çünki, bir neçəmilyon insan qalan bütün insanların haqqının sahibinə çevrilib. Onlar dünyanıöz istəklərinə uyğun idarə etməyə çalışırlar. Bu da haqlı olaraq etirazlarlaqarşılanır. Bu gün Afrikada, müharibə gedən ölkələrdə insanlar aclıq və səfalətçəkirlər, yardımlar umuduna yaşayırlar, xəstəliklər tüğyan edir. CənubiAmerikada, şərqi Asiyada baş verənlər Avropa Birliyi kimi güclərin də yararsızolduğunu, insanlığa xidmət etmədiyini ortaya çıxarır. Onlara olan ümidlər artıqtükənib. Rəhmətlik Turqut Özal 1983-84-cü illərdə söyləmişdi ki, növbəti yüz iltürk əsri olacaq. Mən millətçilik baxımından demirəm, amma inanıram ki, mərhumbaşqanımızın dedikləri gerçəkləşəcək. Azərbaycan və Türkiyənin buna hər cürimkanı və haqqı çatır. Yetər ki, biz daim birlkdə olaq. Həm də bizim hər ikidövlətin bu prosesləri idarə edə bilən güclü prezidentləri var. Və mən hər ikiprezidentin bu işlərdə başarılı olacaqlarına inanıram.

...Bizim söhbətimiz qısa oldu. Bunun da obyektiv səbəbi vardı. Brincisi, başqan"kabinet məmuru" deyildi. Biz söhbət etdiyimiz müddətdə də o,çoxsaylı telefon söhbətləri ilə məsələləri həll edir, münasibət bildirirdi.İkincisi, onunla biz görüşmədən öncə köməkçisi bildirmişdi ki, bu gün başqanınbir neçə ziyarəti və görüşləri var. Bu insan istirahət günündə də Türkiyədə başverən olayda yaralanmış bir trabzonlunu evində ziyarətə tələsirdi. Sonraistifadəyə verilməsi gözlənlən caminin tikintisindəki vəziyyəti öyrənməyə gedəcəkdi.Və üstəlik o, həm də həmin gün şəhərdə təşkil olunmuş izdihamlı mitinqə dəqoşulmalı idi. Mitinq Türkiyədəki bütün partiyaların təmsilçilərinin birgə sonhadisələrə münasibətlə bağlı idi. Bu mitinqdə söhbət Türkiyənin varlığından,bütövlüyündən, demokratiyadan gedəcəkdi.Və mövzu vətənin varlığı olduğu üçün hər kəs bir araya gəlmişdi, hər kəseyni şüarın altında toplanmışdı. Bunu bildiyimdən başqanın, vaxtın darlığınagörə üzrxahlıq etməsin səmimi qəbul etdim. Və bir-birimizin əlini sıxıb, xatirəşəkli çəkdirdik. Trabzonla bağlı xatirə albomlarını hədiyyə kimi qəbul edərəksağollaşdıq.

Mən TrabzonOrtahisar Bələdiyyəsinin bir neçə mərtəbəli möhtəşəm binasını dostum Ahmed, həmkarımFəridə xanımla birlkdə tərk edərkən təsadüfən bir söhbətin dinləyicisi oldum.Bir qadın qəbul otağının önündə dayanmış köməkçiyə başqanla bağlı fikir söyləyirdivə sanki öz oğlu haqqında danışırdı, öz doğmasını soruşurdu. Mənim təəccübümühiss edən, təbiətən çox həssas olanAhmed bəy əlini kürəyimə vuraraq dedi ki: Abi, burda başqanımızı hər kəssevir, hər kəs onu özününkü sayır. İxtisasca hüquqşünas olan başqanımızinsanlarımızın bütün hüquqlarını məharətlə müdafiə edir, ədalətlə qoruyur.

... Trabzonla,xüsusilə həmsöhbət olduğum Ortahisar Bələdiyyə başqanı və onun təmsil etdiyiqurumun gördüyü işlərlə bağlı yaddaşımda neçə-neçə qəzet səhifəsi üçün materialtoplamışdım. Amma sonra düşündüm ki, mənim görüb, eşidib, bildiklərimi"Ədalət"in oxucuları elə, Ortahisar Bələdiyyəsinin özünün vəbaşqanlığın internet səhifəsində oxuyub əyani şəkildə görə bilərlər. Müasirtexnologiyanın bu imkanını yada salmaqla mən oxucularımı da hər gün vaxt tapıbelə internet vasitəsiylə səyahət etdiyim, xəbər tutduğum Trabzona dəvət edirəm:Buyurun Ortahisar Bələdiyyəsinin internet səhifəsinə daxil olub, başqanın gündəlikişindən özünüz xəbər tutun. Onda yəqin ki, siz də əsl bələdiyyə işçisinin fəaliyyətininnədən ibarət olduğunu biləcəksiniz.

Söhbətləşdi:Əbülfət MƏDƏTOĞLU

Qələmə aldı: FəridəRƏHİMLİ


TƏQVİM / ARXİV