O YAZ YAĞIŞI…

FAİQ QİSMƏTOĞLU
67395 | 2016-11-04 14:15

… Çiçəklərin üstünəyağan yaz yağışından sanki çiçəklər üşüyürdü. Ürəyimdən keçirdi ki, bir şeyolaydı, o çiçəklərin üstünə ataydım və çiçəklər üşüməyəydi. Amma Allah hər şeyiyoluna qoydu. Yağış kəsdi, gün çıxdı. Və çiçəklər yavaş-yavaş isinməyə başladı.Bir də yağış yağdı və bir də gün çıxdı. İstədim ləçəklərində su olan o çiçəkləribağrıma basıb öpüm. Elə öpdüm də. Yadımaistedadlı şair Vahid Əzizin bu misraları düşdü:

Çiçəkləri öpdüyümü küləklər

Qaçıb yara bildirməsəyaxşıdı…

… Şeirin arxası yadımdadeyil. Ancaq yadımda olan odur ki, 1982-ci ilin aprelin 1-i mən Radio zavodaçoxtirajlı «İmpuls» qəzetində işə çıxmaqla bağlı əmr almışdım. Həmin əmri dəzavodun partiya komitəsinin katibi Telman müəllimin köməkliyi nəticəsində əldəeləyə bilmişdim. Çünki Telman müəllim omasaydı, çətin ki, Kamal Ramazanoviç əmrimiverəydi. O vaxtlar «İmpuls» qəzetinin redaktoru İdris Hacızadə başqa işəkeçdiyinə görə, orda yer boşalmışdı. Məni də həmin xəbəri yaxın dostlarım,istedadlı şairlər Vaqif Bəhmənli və AğacəfərHəsənli çatdırmışdılar. Elə onların xeyir-duası ilə həmin qəzetdə işə başladım…

Qəzetin redaktoruElmira Salmanovaydı. Rus dilində çıxan nəşrinredaktoru isə Vialetta Strekalovaydı. Onun bir erməni müxbiri də vardı. Heçkimlə yola getmirdi. Mən işə başlayanda bir neçə dəfə söz atdı, sataşmaq istədi.Ancaq fikir vermədim. Hətta radio verlişlərinin redaktoru, quzu kimi yazıqValentin Çaplıqinə də bu erməni qızı gün verib işıq vermirdi. Bir neçə ildənsonra o çıxıb getdi və bundan sonra biz rahat nəfəs aldıq…

Zavod hərbi müəssisəolduğuna görə, iş rejimi çox ciddi idi. Yəni biz vaxtından tez harasa getmək istəyəndə mütləqdirektor müavinindən «uvalnitelni» almalıydıq. İş saat 8-də başlayıb saat 4-dəbitirdi. Bir dəqiqə geciksəydin içəri keçə bilməzdin. Bax, belə ciddi rejimlibir müəsisədə qəzet çıxarırdıq. Bir-iki dəfə də partkoma dedik ki, bu rejiminbizə nə dəxli var? Biz ki, dəzgah, konveyer axasında çalışmırıq ki. qəzetburaxırıq, qəzetçilərə də azadlıq və sərbəstlik lazımdır.

Partkomumuz AzadManaflı dedi ki, belə işləri yada salıb özünüzü dolaşığa salmayın. Bura hərbizavoddur və bir rejimə də qulluq eləyir. Zavodun direktoru Kamal Ramazanoviç dəparkomla yola getmirdi. Çünki partiya komitəsinin katibi Rayon Partiya Komitəsindətəşkilat şöbəsinin müdiri işləmidi. Onu işdən «vurub» zavoda göndərmişdilər.Haqsızlığa da dözmürdü. Kamal Ramazanoviç də ümumiyyətlə bizim milləti çoxsevmirdi. Onun oturub-durduğu adamların əksəriyyəti ermənilər və qeyri-millətləridi. Bizi görəndə onu sanki allergiya tuturdu.

… Günlərin bir günü rusredaksiyasına bir oğlan gəldi: boylu-buxunlu, hündür və son dərəcə enerjili.Tanışlıqdan sonra məlum oldu ki, bu Emin Eminbəylidir. O bir müddət əvvəlhansısa mehmanxanada (onun diliylə demiş olsaq bibxanada) adminstrator işləmişdi.Hiss olunurdu ki, qəzet işindən xəbərsizdi. Rus dilini bilməyə-bilməyə rus bölməsindəmüxbir işləyirdi. Çox səmimi, zarafatcıl və şən oğlan idi Emin. Belələrinəqarabağlılar «itoynadan» deyirlər. Mən həddindən artıq ciddi, o isə duzlu, məzəli,zarafatcıl bir oğlan. Bir müddət keçdi, başqa bir oğlan da gəldi. O da Azərbaycanşöbəsində işləməyə başladı. Oğlanın da adı Yaqub Babayev idi. Kürdəmir RayonPartiya Komitəsində işləmişdi. Bakıya gəlmişdi ki, özünə karyera qursun…

Bizə radiozavoda çoxları «üç müşkatyor» deyirdilər.Çünki hara gedirdik bir yerdə olurduq. Emin həddindən artıq məsuliyyətsiz adamidi. Amma buna baxmayaraq, riski çox sevirdi və istənilən işə qol qoyurdu və buiş də həmişə alınırdı. Günlərin bir günü Vika məzuniyyətə çıxdı. Emin dəonu əvəz eləməli oldu. O da gözünü yümubağ kağıza qol çəkirdi. Deyirdi ki, onsuz da rus dilini yaxşı bilmirəm. Guyaoxusam nə olacaq? Vika gedəndən üç gün sonra qəzeti Yaqub Babayevə tapşırıb özüdə harasa ongünlüyə gəzməyə getdi…

Eminin yazılarınınhamısını xalası oğlu Adilin rəhmətlik həyat yoldaşı yazardı. Ona görə də o məqalədəadı çəkilən əmək qabaqcıllarının əksəriyyətinin adını və soyadını Adil müəllimindi də əzbər bilir: Boris Qodunov, Viktor Babinkov, Anatoli Fralov, MehdiƏliquliyev, İsa Musayev, Suqra Əzimova… Eşitdiyimizə görə, 85 yaşlı AnatoliFralov bu gün də həmin müəssisədə işləyir…

Axı dedim Emin çoxmaraqlı oğlan idi və indi də maraqlı oğlandı. Bizdə çox işləmədi. Deyirdi ki,Paşanın köməkliyi ilə müəssisələrdən birində Komsomol komitəsinin katibiolacam. Bu iş alınmadı, amma bir də eşitdim ki, Emin «Bakı» və «Baku» axşam qəzetlərindəmüxbir vəzifəsinə işə düzəlib. Ümumiyyətlə, o hara getsəydi, üzünə qapılar həmişətaybatay açılardı. O mən idim ki, dənizə də getsəm, dəniz quruyardı. YaqubBabayev də ondan bir il sonra «Sovet kəndi»nəişə düzəldi…

Bircə mən qaldım radiozavodda. Bir gün Emin üçüncü mərtəbədə otağımızda olarkən peşə məktəbinin 75yaşlı müəllimi Qüdrət Həbiboviç redaksiyamıza gəldi. Başladı o ki, var biziyıxıb-sürüməyə. Hətta Eminin redaktoru Vikanın da ünvanına nalayiq söz dedi.Emin də buna dözməyib ona hücum çəkdi. Əgər mən olmasaydım bəlkə də Emin əsəblərinicilovlaya bilməyib Qüdrət Həbiboviçi vurub öldürmüşdü. İndi də o vaxtları yadasalanda Emin deyir ki, tüklərim biz-biz olur. Əgər sən olmasaydın, mən Qüdrətmüəllimi öldürmüşdüm, özümü də tutmuşdular. Nə yaxşı ki, o vaxt araya girdin.

… Bir dəfə də möhkəmyağış yağırdı. Emin, mən və Yaqub yeni binanın 6-cı mərtəbəsində pəncərədən yağan yağışa baxırdıq. Dedik ki,birimiz gedib «uvalnitelni» alaq, bu yağışda burda oturmaqdansa çıxıb gedək şəhərə. Nə Emin tərpəndi,nə də mən. Yaqub da dedi ki, onda bir şey verin, mən gedim «uvalnitelni» alım.Biz də nəsə ona verdik, o da gedib «uvalnitelni» aldı və biz şəhərə getdik. Həmingünü dənizkənarı bulvarda yağışı vecimizə almadan gəzdik, dincəldik və ürəyimizistədiyi kefi çəkdik…

Bayaq dedim axı, işimizsəhər saat 8-də başlayırdı. Amma EminləYaqub saat 7-də gələr, zavodun idman zalında Kamal Ramazanoviç və digərləri ilə futbol oynayar, sonra da işəbaşlayırdılar. Mən də onlara baxıb qibtə eləyərdim. Ancaq bir dəfə mən də səhər-səhər onlarla futboloynadım. Gördüm ki, adama ləzzət eləyir…

Elə anlar, elə dəqiqələr,elə saatlar və elə günlər var ki, o insan ömrünə qızıl hərflərlə yazılır. Buanlar da mənim ömrümə qızıl hərflərləyazılıb. Bir gün zavod qəzetlərinin əməkdaşlarını raykoma çağırdılar. Dedilərki, Qureyviçev sizinlə söhbət eləmək istəyir. Bu xəbəri eşidən digər çoxtirajlıqəzetdə çalışan rəhmətlik şair Arif Qəlbi bərk əsəbləşdi və dedi ki, Qureyviççağırmır, lap onun dədəsi çağırsın, mən ora gedib-eləyən deyiləm…

… O illərdən bizi uzunzaman məsafəsi ayırır. İndi Yaqub Babayev Almaniyanın Nürünberq şəhərindəyaşayır. Düz 16 ildir ailəsi ilə, balaları ilə orda özünə həyat qurub. EminEminbəyli isə böyük bizneslə məşğuldur. Elə içərilərində ən acizi və zəifi mənçıxdım. Çünki ömrümü qəzetə bağladım və burda da hələ ki, bir şey əldə eləyəbilməmişəm. Mən naşükür adam deyiləm ha, buna da şükür. Öz sənətimdən, peşəmdənləzzət alıram. Kimsə deyəndə ki, sənin filan yazını oxumuşam, mənə zövq verib,bax, bu mənim üçün ən böyük mükafatdır. Sanki bir gün yazı yazdırmayanda eləbil dünya uçur və mən də o dünyanın altında qalıram. Hər halda indi dünyanınişığının içindəyəm və bu dünyanın işığı inanıram ki, nə vaxtsa mənim öz istəyimə,arzuma və məqsədimə qovuşduracaq…


TƏQVİM / ARXİV