adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Noyabr 2016 15:00
88752
MÜSAHİBƏ
A- A+

Adil Əliyev:“Birincilik elə də asan olmadı” - MÜSAHİBƏ

İtaliyanın Karrera şəhərində qazandığı yüksək nəticə ilə Azərbaycan himninin sədalanmasına səbəb olan millət vəkili Adil Əliyev böyük yarışa gedən yoldan, qazandığı qələbədən danışıb. Qeyd edib ki, əldə olunan nailiyyət heç də asanlıqla başa gəlməyib.

-Adil müəllim, necə oldu ki, yarışa qatıldınız?

-Yarışa qatılmağımızla bağlı əməkdaşlıq etdiyimiz VAKO Federasiyasından təklif gəldi. Biz də bu təklifləri dəyərləndirdik və sonda qərara aldıq ki, yarışa qatılaq. Mənim özümün rinqə çıxmağımla bağlı bir sıra tərəddüdlərim var idi. Uzun zaman idi ki. rinqə çıxmırdım. Bu yarışlarda ən əsas məsələ çəki məsələsidir. Çəkini normada saxlamaq, bunun üçün gündəlik məşq etmək lazımdır. Dəvəti dəyərləndirərkən rinqdə öz gücümü sınamaq qərarına gəldim. Açığı buna çəkim də imkan verirdi. 1 ay ərzində gündəlik məşqlərə qatıldım. 84 kiloqramla rinqə çıxdım və qalib oldum. Bu yarışda nəticədən daha çox prinsipiallıq mövqeyini qoruyub saxlamağı düşünürdüm.


-Rəqibinizi tanıyırdınızmı?

-Rəqibim Ruminiyalı idmançı idi. Düzü, bu idmançı ilə bağlı dərin informasiyam yox idi. Rinqə çıxdıq. Bizim yarışın digər yarışlardan fərqi ondadır ki, gənclər və yeniyetmələr 3 dəqiqə rinqdə olur. Veteranlar isə 2 dəqiqə ərzində öz bacarıqlarını nümayiş etdirirlər. Çətin döyüş oldu. Ancaq buna baxmayaraq sevinən tərəf biz olduq.

-Yeri gəlmişkən bu tipli yarışların Azərbaycanda keçirilməsi ilə bağlı hər hansı təklifləriniz varmı?

- Bu yarışın yox, VAKO versiyasının Bakıda dünya və yaxud Avropa çempionatı şəklində keçirilməsi üçün müvafiq təşkilatlara müraciət etmişik.

- Qazandığınız mükafatın məbləğini açıqlaya bilərsiniz?


-Bu tipli yarışlarda pul mükafatı olmur. Sadəcə birinciliklə bağlı medal, bir də təşkilatların suvenir hədiyyələri olur.

-Adil müəllim, belə bir təklif səsləndirilir ki, Dünya Azərbaycanlıları İdmançıları Birliyi yaradılsın. Sizin bu təklifə münasibətinizi bilmək istərdik.

-Bu təklifi yüksək dəyərləndirirəm. Ancaq bu gün xarici ölkələrdə olan azərbaycanlılar arasında müəyyən problemlərin olması bu və ya bu kimi təkliflərin reallaşmasına imkan vermir.

Ədil Ədilzadə